§ 9.6. Saros
Qədim astronomlara aydın olmuşdur ki, Günəş və Ay tu-tulmalarının ardıcıllığı 6585 günlük (18 il 11.3 gün) dövrlə tək-rarlanır. Bu dövrə saros (qədim Misir dilində "təkrarlanma" deməkdir) deyilir. Bu dövrdən sonra Günəş, Ay və Ay orbiti-nin düyünlərinin vəziyyəti təkrarlanır. Aydındır ki, bu dövr-dən sonra Ayın təzə ay və bədirlənmiş ay (dolu ay) fazaları Ay orbitinin düyünlərindən eyni məsafədə baş verəcəkdir.
Yadımıza salaq ki, sinodik ay (Ayın sinodik dolanma dövrü) 29.53 günə, əjdaha ayı (Ayın eyni düyündən iki ardıcıl keçməsi arasındakı zaman fasiləsi) 27.21 günə və əjdaha ili (Günəş diski mərkəzinin eyni adlı Ay düyünündən iki ardıcıl keçməsi arasındakı zaman fasiləsi) tropik ildən təqribən 19 gün qısa olub 346.62 günə bərabərdir. Ona görə tutulmaların təkrarlanma dövrü bu üç dövrün başlanğıclarının üst-üstə düş-məsi üçün lazım olan zaman fasiləsinə bərabərdir.
Doğrudan da
242 əjdaha ayı = 242x27.21 = 6584.82 gün»6585 gün;
223 sinodik ay = 223x29.53 = 6585.19 gün»6585 gün;
19 əjdaha ili = 19x364.62 = 6585.18 gün»6585 gün;
Hər sarosda 70 tutulma baş verir, onlardan 41-i Günəş tutulması, 29-u isə Ay tutulmasıdır. Bu Günəş tutulmaların-dan 10-u tam tutulmadır, qalanları isə qismən tutulmadır.
Yer səthinin eyni nöqtəsində tam Günəş tutulması 200300 ildən bir baş verə bilər.
Nəhayət qeyd edək ki, Günəş tutulmaları Yer səthinin yalnız müəyyən zolağında müşahidə olunduğu halda hər bir Ay tutulması Yerin bütöv bir yarımkürəsində müşahidə olunur. Ona görə də saros dövründə Günəş tutulmalarının sayı Ay tutulmalarının sayından çox olmasına baxmayaraq Yerin istənilən bir məhəllində Ay tutulmaları daha tez-tez müşahidə olunur.
Bir tropik il ərzində cəmi 7 tutulma baş verə bilər. Onlardan ya 5-i qismən Günəş tutulması, 2-si tam Ay tutulması, ya da 4-ü qismən Günəş tutulması, 3-ü isə tam Ay tutulması olur.
Növbəti Ay tutulmaları 2003-cü il mayın 16-da Brazili-yada, 2004-cü il mayın 14-də Madaqaskarda, 2004-cü il okt-yabrın 28-də Barbarosda, ... 2009-cu il dekabrın 31-də Pakis-tanda, ... 2019-cu il yanvarın 21-də Kubada və s. olacaqdır.
Dostları ilə paylaş: |