Bakı 2007 Elmi Redaktoru və sponsoru: Fəlsəfə elmləri doktoru, professor


Maviyyəninİblisin sözlərini qəbul etməsi vəİblisliyinə inanması



Yüklə 2,29 Mb.
səhifə21/27
tarix15.03.2017
ölçüsü2,29 Mb.
#11341
1   ...   17   18   19   20   21   22   23   24   ...   27

Maviyyəninİblisin sözlərini qəbul etməsi vəİblisliyinə inanması

Dedi: -İndi düz dedin, sözdə sədaqətlisən,

Əlindən bu iş gəlir, buna ləyaqətlisən.

Sən bir hörümçək kimi, milçək ovlamağın var,

Ey it, milçək deyiləm, məni tovlama, qurtar!

Şahlar ovunu edən, «ağ qartal»am,İblissən.

Milçəyi baldan çəkib, ayrana tuş edirsən!

Get milçək ovun eylə, həlak edə biləsən,

Ayrana tərəf çağır, şöhrət dada biləsən.

Bala tərəf çağırsan, dəvət eyləsən əgər,

Nə bal olar, nə ayran, dəvət yalana dönər.

Yuxudaydım oyatdın, guya məqsədə çatdın.

Gəmi olmaq istədin, sonda girdaba batdın.

Sən xeyirli yuxudan oyatdın, bildim niyə?!

Daha çox xeyirlidən, ayrı salasan deyə?!

Evi oğurlanan bir şəxsin evini oğurlayan oğrunu tutmaq üçün qaçması, ikinci oğrunun onu çağırması, evi oğurlanan şəxsin birinci oğrunu buraxıb səsə tərəf gəlməsi və oğruları tuta bilməməsi haqqında
Bir ev sahibi gördü, oğrunu öz evində,

Qaçırdı arxasınca, tutmağın həvəsində.

Oğru dalınca qaçıb, üç- dörd döngəni keçdi,

Nəhayət həmin oğru, yorulub, əldən düşdü.

Ev sahibi tullanıb, yaxınlaşdı oğruya,

Oğrunu tuta bilsin, sonra tutsun sorğuya.

Birdən, başqa bir oğru, səslədi ev sahibin,

Gəl gör sən də ey kişi, oğrunun nə etdiyin.

Tez ol qayıt geriyə, ey kişi buraya gəl!

Gör burda işlər necə, öyrən hardadır əngəl?!

Ev sahibi eşitcək, özü əndişələndi,

Tezcə tələyə düşdü, başına kül ələndi.

Dedi: - Ola bilsin ki, bir oğru qalmış yenə,

Əgər qayıtmasam mən, oğru qaçar evinə.

…Bax belə qocalar da, ağ saçı vüqarıyla,

Deyib şən edirdilər, «Nəbi günahlarıyla»!

Hanı həya abırlar, hanı pərdəli üzlər?!

Yüz min ayıb işləri, gizlədirlər nəbilər.

Yenə ürəklərində, tövbədəydi özləri,

Nəbi etirazından, saralmasın üzləri.

Lakin əyri fikirlər, qəlblərindən çıxmırdı,

Pislik damğası yenə, payını buraxmırdı.

Uğursuz dostluq ilə, qohumdan olan nifaq,

Möminləri dəyişdi, oldular üzlərə ağ.

Zarə gəlib dedilər:- Ki, ey sirrlər alimi.

Imkan vermə kafirlər, bizlərdən alsın elmi!

Göz görməsi tək, ürək görməsi, əlimdə yox,

Yoxsa, ürək yanğını, göstərərdim daha çox.

O, bu əndişə ilə, yuxusunu öldürdü,

Onların «məscidi»ni, təzək ilə doldurdu.

Onun daşları ilə, dualar pozulurdu,

Daşlardan qara tüstü, qalxaraq burulurdu.

Tüstü hülquma dolur, hülqum qıcıqlanırdı,

Acı tüstü əlindən, yuxudan oyanırdı.

Üzüstə yıxılaraq, ağlayıb- sısqayırdı,

Allahdan kömək umur, kafirliyin duyurdu.

- Ey Tanrım qəzəb yaxşı, belə həlimliyindən!

Iman nurumu mənim, ayırsın iliyimdən.

Əgər məcaz əhlini, tapmaq üçün axtarsan,

Içbəiç iyli olar, sanki soğanla yarsan.

Hər biri digərindən, daha içi boş olar,

Sədaqət sahəsində, daxildən naxoş olar.

O süst vəfasız millət, belə yüz kəmər bağlar,

Nadürüst «iman» ilə, göz yaşı töküb, ağlar.

O millət yüz kəməri, qəba üstündən bağlar,

Qəba328 məscidi, həm də, məscid əhlini dağlar.

Necə ki, o Həbəşdən, «Əshabi- Fil» qoşunu,

«Kəbə»yə hücum etdi, Haqq oda tutdu onu.

O qara üzlülərə, din özü alət kimi,

Məkri, hiyləni qurmaq, sanki bir adət kimi

Hər bir səhabə gördü, o məsciddə nur dürüst,

O hadisə baş verdi, inanıldı sirr dürüst.

Əgər hadisələrini bir- bir desəm, haqq dolar,

Şübhədə qalanlara, şəfalar hasil olar.

Sirrləri kəşf etməkdən, etmək istərəm həzər,

Nazənin olanların, nazı onları bəzər.

Təqlidsiz şəriəti, onlar qəbul etmişlər.

Məhəksiz yoxlamadan, nağd dalınca getmişlər.

Quranın hikmətləri, mömini bihuş edər,

Hər kəs bihuşluğunda, imana tərəf gedər!



Yolunu azmış dəvəsini axtaran və soruşan kişinin hekayəsi

Dəvəni itirmisən, tezliklə axtar onu,

Əgər tapsan bilməzsən, səninki olduğunu.

Yolunu azmış nədir, itirilmiş bir dəvə?!

Ovcun içindən qaçmış, daha qayıtmır evə.

Karvan hazır qalmışdır, yükünü yükləməyə,

Dəvən oradan çıxmış, yük məcbur gözləməyə.

O tərəf – bu tərəfə, qaçırsan susuz- susuz,

Karvansa uzaqlaşır, gecələr yaxın, sonsuz.

Yataq torpaqda qalmış, yolu da qorxuludur.

Dəvə gəzir bilmirsən o, nə yolun quludur.

Bir dəvə görmüsüzmü, müsəlmanlar, sorursan?!

Sübh qaçmış axurundan, deyə hamın yorursan.

Hər kim, həmin dəvəmdən, gətirsə xəbər mənə,

Müjdə payı verərəm, bir neçə dirhəm ona.

Alçaq, rəzil insanlar, sənə rişxənd edirlər.

Ünvanın axtarırsan, vəd verib, yan gedirlər.

Deyirlər, bir dəvəni gördük, belə gedirdi,

Qırmızı rəngdə idi, çəməndə ot yeyirdi.

Biri soruşur onun, qulağı kəsik idi?!

Başqa birisi deyir: - Yükü əyri yük idi?!

Bir başqası deyirdi: - Dəvə təkgözlü idi?!

Qeyrisi söyləyirdi: - Dəvə az tüklü idi?!

Müjdə üçün yüz nişan, göstərirdilər sənə,

Hər yoldan ötənə də, bəyan etmisən yenə.

Ey dil, israrçıların, sözlərinə qulaq as!

Əgər onlar vardırsa, düzlərinə qulaq as!

Hər kəs bir mərifətlə, sənə cavab söyləyər,

Itəni vəsf edərək, sənə bəyan eyləyər!
Müxtəlif məzhəbə qulluq eyləyənlərin arasından çıxıb, xalis bir məzhəbi tapmaq haqda hekayə
Bir filosof, başqa cür izahını söylədi,

Daxili mənasını açıb, bəyan eylədi.

Biri qeyri ikiyə, tənələr eyləyirdi,

Qeyrilərsə yalandan, can verirəm, deyirdi.

Hər biri bir yol ilə, qeyridən söz açırdı,

Nə qədər güman edir, uzaqlara qaçırdı.

Bil ki, bu bir həqiqət, bütün bunlar haqq deyil.

Hamı əyri yoldadır, sözümüz nahaqq deyil.

Əgər haqq ilə, batıl, açılıb bilinməsə,

Əbləh qəlbi salınar, zər iyiylə həvəsə.

Əgər nağd varın yoxsa, bu dünya məkanında,

Qəlblər üçün xərcləyə, bilməzsən məqamında.

Əgər doğru olmasa, yalan necə yaranar?!

Həmin o yalan özü, haqqdan oda qalanar.

Həqiqət ümidiylə, kəc işləri alırlar,

Zəhəri qənd yerinə, ağızlara salırlar.

Hər məkanda bir ordu, məğlub olarsa əgər,

Bir- iki müxənnətin, işindən bəhrələnər.

Səfdə olar qoşunla, kişi tək silah əldə,

Qoşun etibar edər, yəqin mərddir əməldə.

Yarasını görən tək, üz çevirər qaçmağa.

Onun geri qaçması, bel sındırar, ey ağa!

Bu məsələ uzundur, çox çəkər söhbətimiz.

Məqsədimiz nədəndir, o sözə qayıdaq biz.

…Rəsul haqqında onlar, əfsanələr qurdular,

Atların döndərərək, ona tərəf sürdülər.

O mehriban, rəhimli Rəsul, könül qırmadı,

Təbəssümdən, «bəli»dən qeyri, cavab vermədi.

Şükr etməyi öyrətdi, xalq evin abad etdi,

Təvazökarlığıyla, qasidləri şad etdi.

Onların hiylələrin, aşkar edib, deyirdi,

Tükü- tükdən ayırıb, açıqca söyləyirdi.

Sanki tükü görmürdü, o incə ruhlu insan,

O zərif xasiyyətli, şirə deyirdi əhsən.

Yüz minlərlə hiylələr, çaxnaşmalar, tələlər,

Əməliylə yatırdı, bir anda nələr, nələr?!

O kərəmin dənizi, deyirdi düz sözləri:

-«Mən sizdən daha artıq, çox sevənəm sizləri»!329

Bir atəş kənarında, sən xəyala dalmısan,

Nur, ziya, şölə ilə, neçin qəmli qalmısan?!

Sizlər pərvanə kimi, qaçansız oda tərəf,

Əlimlə qaytarıram, pərvanələrsə səf- səf,

Vəziyyət belə oldu, Rəsul tapdı öz yəsin,

Haqqı dedi:- Eşitmə, «qulyabanı»lar səsin!

Bu xəbislər hiyləgər, sənə kələk gəlmişlər,

Hamı məğluba məhkum, vəziyyəti bilmişlər.

«Qaraüzlükdən» qeyri, onlar xeyir veribmi?

Tərsa, Yəhudilərdən, din heç xeyir görübmü?

Cəhənnəm körpüsündə, guya «məscid» tikdilər,

Bu oyunda uduzub, son ucda dərd çəkdilər.

Məqsəd təfriqə salmaq, Rəsul- əshab qəlbinə.

Axmaq insan nə bilir, Haqqın fəziləti nə?!

Nəhayət, bir cuhudu, şamdan ora çəkdilər.

Onun vaizliyiylə, şər toxumu əkdilər.

Nəbiyə «bəli» deyib, bildiklərin etdilər.

Yol üstəyik, deəyərək, cəng330 yoluyla getdilər.

Peyğəmbər dedi: - Bəli, əyri yoldasız sizlər.

Bizlər də yol istərik, cihad bizləri gözlər.

Dedi:- Qalib qayıtsam, bu səfərdən mən əgər,

Həmin məscidə tərəf, səksiz getməyə dəyər.

Dəf etmək əmri verdi, cihad atını çapdı.

Xəbislər məğulb oldu, osa qələbə tapdı.

Cihadda qalib gəlcək, onlar yenə gəldilər.

Keçmiş vədəni sorub, tələb edə bildilər.

Haqqı Nəbiyə dedi:- «Peyğəmbər açıq söylə!»

Üzrü ortaya gətir, qanmazla cihad eylə!

Nəbi dedi: - Xəbislər, sizlər sakit qalınız.

Sirrləri açmayım Mən, açsam gedər canınız.

Sirrlərdən bir neçəsin, Nəbimiz açan kimi,

Işləri fəna oldu, görəndə sirrli elmi.

Qasidlər geri qaçdı, tez gizlincə yeridilər.

Haşəllah! Haşəllahla,331 heyrətdən əridilər.

Hər münafiq tutaraq, qoltuğunda bir «kitab»,

Nəbiyə tərəf gəlib, istədilər haqq- hesab!

And içən o şəxslərin, imanı «cənnəti»332dir,

Yalan and içənlərin, bu əməl sənətidir.

Əyrilər Haqq dininə, vəfa etmədiyindən,

Hər zaman «andın içər», sözü getmədiyindən,

Düzlərə ehtiyac yox, and ilə söz deməyə,

Çünki sözləri doğru, Haqq da çatar köməyə.

Əhd- vəfanı sındırmaq, axmaqlığın nəqşidir,

Inamı hifz eyləmək, möminlərin işidir.

Yalan and içənlərə, belə dedi, Peyğəmbər:

- «Anldınıza» inanım, yoxsa Haqq versin xəbər?!

Yenidən «and» içdilər, yol azan suçlu millət.

Kitab da əllərində, ağzı oruclu millət.

«And olsun pak kəlama, «həqiqət»dir sözümüz!

Məscid Allaha məxsus, «inanırıq» özümüz!

Burada heç bir hiylə, yalanlar uydurmuruq,

Qəsdimiz «sədaqət»dir, Rəbbdən «kömək» umuruq.

Nəbi onlara dedi: - Haqq vəhyi çatır Mənə,

Qulağımda səslənir, vəhy təkrar- təkrar yenə!

Haqq sizin qulaqlara, möhür vurmuşdur daha,

Eşidə bilməyəsiz Haqq Kəlamın bir daha!

Mən indi çox sürətlə Haqq səsin eşidirəm,

Safı- xıltın içindən süzüb qəbul edirəm.

Necə Musa ağacdan eşidərdi Haqq səsin.

«Ki, ey xoşbəxt taleli» eşit Haqqın nəfəsin.

«Ağacdan» səs gəlirdi, «Innəllah» deyilirdi.

Nurlu kəlamlar tez- tez ondan eşidilirdi!

Onlar vəhyin Nurundan bəhrəsiz qalırdılar.

Yenə yalan and içib, səs- küylər salırdılar.

Haqqımız and içməyi, sipər saymış yalana,

«Döyüşçü» sipərini verər, rəqib olana?!

Yenə Peyğəmbərimiz, tamam təkzib eylədi,

Sizlər yalançısınız, fəsahətlə söylədi.


Peyğəmbər səhabələrindən birinin- nəyə görə Allahın Rəsulu eyibləri gizlətmir deməsi
Rəsula yaxın olan, dostlarından bir nəfər,

Daxilən dəyişərək, biyətdən etdi həzər.

Evdə arvad- uşağa, toxunmamaq xətrinə,

«Oğrunu» bağlamışdı, bəlkə xeyri var mənə.

- Həmin müsəlmana mən, kərəmimdən səs verdim,

Əgər mən qayıtmasam, peşmanlıq olar dərdim.

O xoş məramlı şəxsdən, şəfqətlər ümüdiylə,

Oğrunu buraxaraq, gəldi yaxına, böylə!

Dedi:- Sən ey yaxşı dost, bu necə haldır səndə?!

Bu nə ahü- fəğandır, nə qeylü- qaldır səndə?!

Dedi:- Nəzər sal bura, oğruların izidir.

Bu tərəfə getmişlər, bax onların izidir!

O namussuz oğrunun ayağının rəddidir,

Bu iz arxasınca qaç, bu hədd onun həddidir.

Dedi:- Ey əbləh insan, bu nə sözdür deyirsən?

Mən oğrunu tutmuşdum, sən indi söyləyirsən?!

Bu nə çərən – pərəndir, bu nə hərzəvü- hədyan?!

Mən həqiqət tapmışam, nəyə lazım nam- nişan?!

Dedi:- Mən sənə burda, Haqqdan söhbət açaram,

Bu Haqqın nişanəsi, mən Ondan xəbərdaram.

Dedi:- Ya yalançısan, ya da əbləh, kələksən,

Bəlkə özün oğrusan, oğrülara gərəksən?!

Saçlarından tutaraq, çəkirdim düşmənimi,

Sən onu buraxdırdın itirdim mən qənimi.

Sən cəhətlər göstərən, mən çıxmışam cəhətdən,

Şahidlər görüşəndə, açılar sübut həmən.

Yaradan sifətindən, bilər mərd daxilini,

Sifət zata pərdədir, o bilir zat dilini,

Vüsala qovuşanlar, zata qərq olmuş yenə,

Nə vaxt nəzər salarlar, Onun pak sifətinə?!

Baş vurub çay dibinə, su içrə qalsan əgər,

Suyun rənginə, necə sala bilərsən nəzər?!

Su rəngini bilməkçin, baş qaldırsan əgər sən,

Sanki ipək paltarı, palaza dəyişərsən.

Ümumxalq itaətin, ziyalı günahı bil,

Ümumiylə vüsalı, xüsusi hesabı bil.

Darğalıq işin versə, bir vəzirə şah əgər,

Onda şah onu sevmir, sanki düşməndən betər.

Günah da etmiş olsa, əgər o vəzir, yenə,

Səbəbsiz ola bilməz, bu vaxtsız yer dəyişmə,333

Kimin ki, ibtidadan, darğalıq bəxtində var,

Bəxti, ruzisi odur, o işlə məşğul olar.

Lakin o ibtidadan, vəzir olarsa əgər,

Darğa təyin olunmaq, əməlindən törəyər.

Əgər şah astanadan çəkib vəzir eyləsə?!

Yenə də astanaya endirib, yer eyləsə?!

Sən yəqin bil, bu işdə günaha əl qatmısan.

Sənə olan bu zülmü, cahillikdən dadmısan.

Düşünmə qismətim bu, ruzim bu, çörəyim bu?!

Dünənki dövlət hanı, evim bu, dirəyim bu?!

Özün öz qismətini, kəsdin cahilliyindən!

Mərdin qisməti artar, onun aqilliyindən!


Münafiqlər onların Peyğəmbər Məscidinin əleyhinə, həmin məscidə oxşar bir məscid tikib Həzrəti Məhəmməd Sələvatullahın o «məscidə» gəlməsi üçün yalvarmaları hekayəsi
Münafiqlər haqqında, başqa bir misal da var,

Quranda nəql olunmuş özgə hal- əhval da var.

Düşmənlər qoşa tağlı, «məscid» bina etdilər,

O tərslər, Peyğəmbərin, əleyhinə getdilər.

Bəlkə, Əhməd dinini izzətindən salalar,

Məscid tikib,İslamı əllərindən alalar.

Belə tərs oyunları, qurub, hiylə əkdilər.

Məscidindən əlavə, başqa «məscid» tikdilər.

Yerin, üstün, qübbəsin bəzədilər, düzdülər.

Ikitirəlik salıb, öz «qəlb»lərin üzdülər.334

Ki, «Məscid»i işə salıb, arzulara çatsınlar,

Təfriqə üsuluyla, milləti aldatsınlar.335

Peyğəmbərin yanına gəlib, «xahiş» etdilər,

Dəvə tək dizə çöküb, qarşısına getdilər.

Dedilər:- Sən ey Rəsul, Haqq lütfü xatirinə,

O «məscid»ə tərəf get, qədəm at daxilinə.

Atdığın qədəminlə, «məscid» mübarək olsun,

Adın qiyamətədək, daim, əbədi qalsın.

Qədəm qoy həm gündüzün, gecənin məscidinə,

«Zərurət»in, dözümün, Ucanın məscidinə!

Qərib olan qonaqlar, orda qalıb, dincəlsin.

Xidmət yeri bol olsun, insanlara xos gəlsin.

Din şüarı sayılsın, tərəfdarlar çoxalsın.

Dostlarla sevinək biz, dinin adı ucalsın.

Bir saat o məkana təşrif gətir, Ya Rəsul!

Bizi sən şərəfləndir, tərif yetir, Ya Rəsul!

Bu «məscid»in dostu tək, gəl, bizləri yada sal!

Sən Ay ol, bizsə gecə, bir anlıq bizimlə qal!

Olsun camalın ilə, gecəmiz gündüz kimi.

Ey sən camalı Günəş, biz də olaq Siz kimi.

Heyif, səd heyif sözlər, kaş ürəkdən olaydı,

Onda həmin şəxslərin, muradı çin olardı.

Söz könülsüz deyilsə, ruhsuz olar, ey dostlar.

Göy ot təzəyi kimi, iylə dolar, ey dostlar

Uzaqdan nəzər salıb, uzaqdan da ötərlər.

Üfunətli iyini duyub, gözdən itərlər!

Vəfasız «lütfün» dərk et, onlara tərəf getmə,

Uçuq bir körpü kimi, başa düş qəbul etmə.

Cahil əgər qədəmin, «körpü» üstünə qoysa,

Həm körpü, həm də qədəm, sınaraq olar qısa.

Buğda məhəbbət ilə, nuş olunmasa əgər,

Buğda yerinə, arpa satan, nə xeyir görər,

Çox demə, bu qəbildən, olan dinlər batildir,

Batillərin qəlbləri, Haqq ətrinə qatildir.

Söyləmə batil dinlər, elədir, ya belədir,

Batillər Haqq dininə, ürəklərdə tələdir.

Çox demə hər şey xəyal, Haqq yolundan döndərən,

Aləmdə xəyal da var, düz yola ümüd verən.

Düz yol Qədr gecəsində, gecələr üzrə nihan.

Ki, can axtarıb etsin, hər gecəni imtahan.

Hər gecə Qədr olmaz, eşit məni ey cavan,

Lakin onsuz da deyil, onu axtar, sən hər an!

Xirqəli dərvişlərdən, bir fəqiri yoxla sən,

Hansı Haqq yolundadır, ona ürək bağla sən.

Hanı «yoxlayan» mömin, yoxlayıb ayırd etsin.

Harda «Şah», harda «gəda», Padşaha tərəf getsin.

Dünyada çox olmasa, eyiblə dolu səhflər.

Ticarətçi, tacirlər, olar, yalnız əbləhlər!

Onda parça tanımaq olar, çox- çox aşan, dost!

Çünki, əhil- naəhil bilinmir, sən oyan, dost!

Şorla- yağın qiyməti, eyni olan məkanda,

Bilinməz yağ neçəyə, şor neçəyə dükanda.

Hər şey qüsurludursa, bilik orda işləməz,

Hər yer odunluqdursa, Ud336 yansa ətir gəlməz.

Hər kim desə, hər şey düz, o şəxs axmaq kimidir.

Kim desə, hər şey batil, düzə toxmaq kimidir.

Ticarətdə Nəbilər, xeyirlər apardılar,

Tacirlikdə hər şeyin, daxilinə vardılar.

Onlar gözləri ilə, malı yoxlayırdılar.

Sən də gözlərini ov, hər bir şey ayırd olar.


Hər şeyi aşkar etmək üçün yoxlamaq və o şeyin daxilindəki keyfiyyəti tapmaq haqqında
Etmə qibtə onlara, xeyirsiz insanlara,

Bax o itkilər verən Səmudə, Fironlara.

Dünyaya təkrar- təkrar, gözün aç, eylə nəzər,

Çünki Haqq buyurmuşdur: - «Sümmə ərcəə bəsər».337

Bir baxışla inanma, göydə nur günbəzinə,

Dəfələrlə nəzər sal, Yaradanın izinə.

Günbəzdən göstərərsə, yaxşı şeyləri Fələk,

Təkrar- təkrar bax, yenə eyb axtaran kişi tək.

Zil- qara torpaqları, çox görmüsən bilirsən,

Görüb ayırd edərək, baxıb, bəyənməlisən.

Olan xıltın içindən, safları ayırasan,

Nə qədər əzab çəksən, ağlını da doyurasan.

Qışın imtahanları, payızın sınaqları,

Yayın baharın isə, can kimi qonaqları.

Külək, bulud olmalı, ildırımlar çaxmalı,

Fərqlər bilinməlidir, səbəblərə baxmalı.

Torpaq, gilin rəngi də, aşkar olunmalıdır,

Yerin «cibində» daşdır, ya ləl bilinməlidir.

Haqqın xəzinəsindən, o dərya kərəmindən,

Nəyi oğurlamışsa, qara torpaq ilk gündən,

«Qismət məmuru» deyər, doğru söylə nəyin var?

Udduğunun yerin de, nə harda tutmuş qərar.

«Oğru- torpaq» ərz edib, söyləyər ki, heçdir- heç,

«Məmur» sorğuya tutub, torpaqla edər pıç- pıç.

«Məmur» bəzən lütfilə, danışar şirin- şəkər,

Bəzən qarışar halı olar, betərdən-betər.

Yoxlayan «məmurların» qəhri, lütfi, əməl, iş ,

Atəşdən zahir olar minnət, əhf, arzu, xahiş.

O, baharlar lütfüdür, Uca Tanrının bizə,

Payızlar həm tənqidi, hədəsi Onun bizə.

O qışlarsa Mənəvi, «çarmıx» olmuş bizlərə.

Həmin gizlənən «oğru» zahir olsun gözlərə.

Mücahidlər, qəlbində cihadı həbs eyləmiş.

Zaman keçmiş mücahid «oğruları» peyləmiş.

Çox mücahidi zaman, öz qəlbində həbs etmiş,

Bir müddət həbs olmaqla pislik irəli getmiş,

Bu su, torpaq, su qabı bizə məxsusdur, ey dil,

Oğru, inkar etməni canımıza ziya bil.

Haqq istini, soyuğu, əziyyəti, dərdləri,

Tərimizlə bir etmiş, ey şiri- mərd, gəl bəri,

Qorxunu, kasıblığı, azlığı, nasazlığı,

Can içrə zahir etmiş, qəbul eylə aclığı.338

Qorxularla vədələr, təhrikli bir- birinə.

Yaxşılıq, pislik üçün şərikli bir- birinə.

Çünki haqla- batili, qatışdırmışlar deyə,

Saf pul ilə, qəlb pulu, tökmüşlər bir kisəyə,

Indi məhək lazımdır, ayırsın qəlbi, safdan,

Imtahan edib tapsın, haqq ayrılsın, nahaqqdan.

Ki, bütün bu hiylələr, dönüb olsun haqq əməl,

Bu tədbirlər gücüylə haqqa qoyulsun təməl.

Ey «Musalar» anası, südü ver doysun çağa,

Qorxun varsa at çaya, bəla gəlməz uşağa!

Hər kim «yaranış» günü o süddən içsə əgər,

Musa kimi, onu da Tanrısı fərqləndirər!

Əgər maraqlısansa, uşağın fərqli olsun,

Gərək «Süd ver uşağa»! Sənə təklif olunsun.339

O ananın südündən, içsə bir uşaq əgər,

«Pis dayə» başı üstdə, qalsa nə edə bilər?!

Bu hekayənin ardı, daha sənə bəllidir.

«Qərəz»li fikir deyil, sözlər düz əməllidir!

Əhli- dil ürəyiylə bil, biganə davranmaq,

San, şahlarla hiyləgər, tülküyanə davranmaq!

Gözü toxnəfsliləri, «dilənçi» hesab etmək,

Sanki, yaxşı olana, bir düşmən deyib getmək!

Xoş üzlə qəbul etsə, deyəcəksən gədadır,

Əksinə qəbul etsə, deəyəcəksən dəğadır.340

Əgər həm bu, o olsa, deyərsən, tamahkardır.

Əgər əksinə olsa, deyərsən, kibrə341 yardır,

Əgər zülmünə dözsə, deyəcəksən, acizdir,

Əgər qeyrət göstərsə, deyəcəksən, nacinsdir!

Ya da münafiq kimi, söylərsən, həmin anda,

Qalmışam uşaq ilə, arvadım arasında.

Nə başımı qaşımaq, düşünmək hayındayam,

Nə də dini seçməkdən, daşınmaq hayındayam.

… Onda ey mənim Tanrım! Bizə mərhəmət göstər!

Olaq övliyan sənin, sonucda himmət göstər!

O, kəlamı nə dərddən, nə yanğıdan nəğl etdi.

Nə yuxulu söylədi, nə də yuxuya getdi.

Ayləni yedirtməyə, heç çarən olmayanda,

«Diş dibindən» çıxart, sən, halalı həmin anda!

…Nə «halal» axtarırsan, ey sən zülümlə dolan?!

Qanından başqa bir şey, görmürəm «halal» olan!

Sənə Haqqdan çarə var, qolun qüvvəsindən yox!

Dinindən kömək gələr, Şeytan hiyləsindən yox!

Ey sən, səbri olmayan, dünyamızın oduna?!

Bəs necə səbr edərsən, «Fəneməl- mahiduna»?!342

Ey sən, səbri olmayan, paklığa, murdarlığa?!

Bəs necə səbr edərsən, verdiyi padşahlığa?!

Ey sən, səbri olmayan, nazına- nemətinə?!

Bəs necə səbr edirsən, Tanrının himmətinə?!

Ey sən, səbri qalmayan, qadına- övladına?!

Bəs necə səbr edirsən, verdiyi imdadına?!

Ey sən, səbri olmayan, çamırlı sularına?!

Bəs necə səbr edərsən, Haqqın cəzalarına?!

Ey Haqqından diləyən, bağışlanma əməlin?!

Bəs necə öhdəliyə, vədlərə gəlir dilin?!

Hanı Xəlil, hanı bəs, o mağaradan çıxan?!

Hanı deyən «mənəm Rəbb», eşit bil Odur baxan!

Mən bu iki aləmi, istəmirəm dərk edəm,

Biləm iki məclisə, kimdir rəhbərlik edən?!

Haqqın sifətlərinə, tamaşa etməsəm mən?!

Əgər çörəyin yesəm, hülqum tutular həmən.

Onu görmədən, necə, loğması həzmə gedər?!

Gülü- gülzarlığına, kimlər tamaşa edər?!

Haqqa bel bağlamadan, bu sərin bulaqlardan,

Öküz, ulaqdan qeyri, kim olar suyu dadan?!

Heyvan kimi olanlar, zəlalətdə olarlar.

Hiylələri olsa da, qəflət içrə qalarlar!343

Hiylə kəllə- mayallıq, o da kəllə- mayallaq,

Günü zillətli olar, yeyər şapalaq- şallaq!

Bəzən fikri kütləşər, bəzən ağıldan çaşar,

Ömrü zay olub gedər, «əlif»tək arıqlaşar!

Nə qədər söyləsə də, əndişəm məni saxlar.

Əndişəsi boş olar, nəfsi qolların bağlar.

Desə bağışlayandır, həm Rəhim, həm Rəhmandır!

Nəfsinin hiyləsidir, qulaq asma amandır!

Ey qəmdən ölüb deyən, əlim boş, nə zamandır?!

Bəs bu qorxun nədəndir, deyirsən O, Rəhmandır?!


Bir Qocanın həkimə gedib, özünün əzab çəkməsindən danışması
Bir qoca, bir təbibə gedib, belə söylədi:

-Burnum çox axır mənim, şikayətlər eylədi.

Dedi:- Qocalıqdandır, onçun burnun xıltı var!

Dedi: - Göz bəbəyimdə, zülmətdən qaraltı var?!

Dedi:- Qocalıqdandır, başa düş, ey qocalmış,

Dedi:- Belim ağrıyır, məni lap əldən salmış?!

Dedi:- Qocalıqdandır, zəif bir qocasan sən,

Dedi:- Hər nə yeyirəm, dad hiss eyləmirəm mən?!

Dedi:- Qocalıqdandır, zəifləmiş mədən də,

Dedi:- Nəfəs alıram, nəfəsim düşür bəndə?!

Dedi:- Qocalıqdandır, nəfəs tez- tez tutular,

Qocalıq yetişəndə, xəstəlik də çox olar.

Dedi:- Şəhvətim mənim, birdəfəlik azaldı?!

Dedi:- Qocalıqdandır, ey yazıq, bu nə haldı?!

Dedi:- Ayağım süstdür, yerimək çətin mənə?!

Dedi:- Qocalıqdandır, künc qismət etmiş sənə.

Dedi:- Belim kaman tək, ikiqat olmuşam mən?!

Dedi:- Qocalıqdandır, əzabla dolmusan sən!

Dedi:- Qaralır gözüm, eşit məni ey həkim?!

Dedi:- Qocalıqdandır, mənmi dərdini çəkim?!

Dedi:- Ey səni axmaq, başqa kəlam bilmirsən?!

Təbiblik sənətindən, yalnız bunu bilirsən?!

Ey təkəbbür sahibi, ağlın kəsmirmi sənin?!

Allah hər dərdə dərman, Özü vermişdir, yəqin?!

Ey axmaq uzunqulaq, sən bu az biliyinlə?!

«Quru yerdə» qalarsan, bir az məni də dinlə!

Sonra o təbib dedi:- Sən ey yaşı altımış?!

Bu qəzəb, bu coşma da, qocalıqdan boy atmış!

Çünki zəifləyəndə, bədəndəki əzalar?!

Səbri- qərarın qalmaz, dözümlülük azalar.

Iki sözə dözməzsən, cavaba heyin olmaz,

Bir parç su içən kimi, tabü- təvanın qalmaz.

Yalnız Haqqdan «məst olan» qocalıqdan, savayı!

Şadü- xürrəm yaşayar, həm günü xoş, həm ayı!

Sənin «torun» enəlmiş, «balıqlar» çıxıb qaçır,

Beləcə səxavətlər, bəxşişlər axıb, qaçır!

Qəba əhli tikdirən, o bədnam «məscid» kimi,

Üzdə məscidə oxşar, yalandan «məscud»344 kimi.

Insanlar arasında, şöhrətə minmədi o,

Tanrı qəbul etmədi, məscidə dönmədi o.

Əsildən- əsil olan, həqiqətləri öyrən!

Orda olan fərqləri, məhəbbətləri öyrən!

Nə həyatın onların, həyatı tək olacaq?!

Nə məmatın345 onların, məmatı tək olacaq?!

Onun gorunu heç vaxt, öz goruna oxşatma,

Fərqləri neçin deyim, özün dərk eylə yatma?!

Əməlinə «məhək»346 vur, ey sən əməl sahibi,

Sən də Qəbalılar tək, olma zərər sahibi!

O məscid tikənlərə, çox- çox rişxənd eylədin?!

Diqqətlə nəzər salıb, özünü bənd eylədin!


Öz eyiblərindən xəbərsiz olan, bir- birləri ilə vuruşan dörd hindunun hekayəsi
Dörd hindu rastlaşaraq, bir məscidə girdilər,

Itaətçin, səcdəyə onlar könül verdilər.

Hər biri kasıblıqdan, təkbirə başladılar,

Namaz qılmaq yerinə, tədbirə başladılar.

Müəzzin gələn kimi, bir hindu tez dilləndi.

Əzana qalıb hələ, ey müəzzin, şelləndi!

Başqa bir hindu «abid», ötərək dil- dil dedi:

-Namaz vaxtı danışdın, namazın batil dedi!

Üçüncü, ikinciyə dedi:- Sən ey əmican,

Neçin tənə edirsən, özün betərsən ondan!

Dördüncü hindu dedi:- And olsun Allaha, mən,

Bu üç şəxs tək olmadım, «namaz»ım qəbul, həmən.

Xülasə hər dördünün «namaz»ı oldu batil,

Eyiblər tuta- tuta, özləri eybə qabil.

Ey xoş ol canlara ki, eyiblərin dərk edir,

Hər kim eybini deyir, deyən tək idrak edir.

Onun yarı bədəni, «eybistan»347 olduğundan?!

Başqa yarı bədəni, «qeybistan»348 olmuş, oyan!

Çünki başında sənin, on yara olsa əgər,

Özünçün xahiş eylə, özünə himmət349 göstər.

Yaranır eybin görmək, özünə olar dərman,

Düşmən məğlub olarsa, rəhm etməyə var zaman!

Əgər eybin olsa da, ondan eylə həzər sən,

Ola bilsin ki, bir gün, eybini faş edərsən.

«La təxafu»350 ayəsin, oxumusan Qurandan?!

Nədən bəs, sən özünü, uzaq görürsən ondan?!

Iblis də illər boyu, yaxşı adla yaşadı,

Rüsvay oldu, adı da, lənət ilə qoşadı!

Dünyada məşhur olmuş, onun bədniyyət adı,

Məşhurluqdan fayda yox, günah hədsiz saydadı!

Sən günahsız deyilsən, «ox»u qoyma kamana,

Qorxulardan təmizlən, sonucda gəl imana!

Yaran üstü qopmasın, qaysaqlansın, keçmə hədd!

Sadə olan şəxslərə, tənəylə vurma afət!

Bax gör onun canı da, nəyə mübtəla oldu,

Necə günlərə düşdü, qisməti bəla oldu!

Sən də onun tək olma, o almadı nəsihət,

Zəhər içən olma gəl, şəkər iç, ol həqiqət!


Oğuzların, özgələr qorxsun deyə, bir kişini öldürməyə cəhd göstərmələri
Oğuz Türkləri bir gün, yad bir kəndə endilər,

Qorxutmaq məqsədiylə, bir tənbeh düşündülər.

Kənddə iki əyani, tutaraq qul etdilər,

Birisini ölümə məhkum, qəbul etdilər!

Əllərini bağlayıb, ölüm dedi əyanlar,

O şəxs dedi: - Ey xanlar, çox qüdrətli xaqanlar?!

Neçin mənim qanımı, axıtmaq istəyirsiz?!

Qanıma susamısız, nə etmək istəyirsiz?!

Bu isin hikməti nə, ölümə səbəb nədir ?!

Lüt- üryan bir dərvişəm, bəs məndən tələb nədir?!

Dedilər:- Məqsəd qorxu, dostun qorxsun ölümdən,

Qızılın yerin desin, sirr faş olsun dilindən!

Dedi:- Axı, o məndən, daha artıq kasıbdır!

Dedi:- Qasid söyləmiş, onu «qızıl basıbdır!»

Dedi:- Bu necə qorxu, biz ikimiz də birik?!

Ehtimal məqamında, ikimiz də bir zərik.

Ey tədbirli şahımız, əvvəl onu öldürün,

Mən qorxub yerin deyim, qızılın kanın görün!

Xülasə, Tanrımızın kərəmini gör, bizlər,

Gəldik «axır zaman»a, sonuc bizləri gözlər!

Qərinələrdən əvvəl, lap sonuncu əsrlər,

Hədislərdə söylənmiş, açılmışdır çox sirrlər.

Nuh ilə, Hud milləti, cəzayla oldu həlak,

Səbəb oldu canımız, rəhmə gəlib, olsun pak,

Demək, öldürməlidir, qorxub, baxağın sözə?!

Əgər əksini etsək, vay olar günümüzə!


Peyğəmbər və övliyaların nemətlərinə naşükürlük edən, təkəbbürlü şəxslərin halının bəyanı

Hər kim desə onlara, ayıblı günahlardan,

Daş qəlbli olanlara, o qara sabahlardan.

Onun fərmanlarını, ucuz tutmalarından,

Sabahkı qəm- qüssədən, azad yatmalarından,

Bu rəzil dünyamızın, eşqindən, həvəsindən,

Qadınlar tək dəyişən, ərlərinin səsindən,

Edilən nifrətlərdən, nəsihət verənlərdən,

Naşürüklük göstərib, çəpgöz tək görənlərdən!

Şəksiz faydası olar, beynə həkk edənlərə!

Haqqın səxavətini görüb, şəkk edənlərə!
«Dəvəaxtaran» hekayəsinin faydalarının şərhi
Ey etimad sahibi, dəvəsin itirənsən?!

Hərə bir cür danışır, sənin itmiş dəvəndən?!

Sən özün də bilmirsən, dəvən hardadır sənin?!

Lakin şübhələnirsən, dəvən dardadır sənin.

Zəhmətkeş olan şəxslər, dəvəsini itirməz!

Axtarar dəvəsini tapar, vaxtı ötürməz!

Deyər:- Bəli özümdə, dəvəmi itirmişəm,

Kim onu, tapa bilsə muzdunu gətirmişəm.

Dəvəni tapmaq üçün, səninlə dostluq edər.

Dəvənin tamahkarı, sənlə oyuna gedər.

O düz nişanəsini, ayırmaz əyrikindən,

Təqlid edənə deyər, Əsa gəlmiş Təkindən!351

Kimə desən xətadır, səninçin o nişanə?!

Sənin təqlidinə də, xəta deyər zamanə!

Əgər düzgün əlamət, ona oxşar desələr?!

Onda, aydın olacaq, sənə bütün şübhələr.

O canların səfası, səndən inciyəcəkdir.

Hissin, zahir məkanın, qoruyacaq o, bir- bir!

Üzün rəngi, qolunun, qüvvəsi olacaqdır!

Hülqumuna meyvələr birə- yüz dolacaqdır!

Gözün işıqlı olar, ayaqların qaçağan,

Cismin ruha çevrilər, olar göyə uçağan.

Sonra deyərsən ki, sən düz dedin, Haqqı bilmiş,

Həmin o nişanələr, təbliğat üçün gəlmiş.

Qəti sübut kimidir, Ayələri bizlərə,

Tam bir barat kimidir, qədirli əzizlərə.

Nişanəyə ədalət deyərək, get irəli,

Ahəng zamanı gəlmiş, sən ondan keç irəli.

Səni izləyəcəyəm, ey həqiqət söyləyən!

De, mənim dəvəm hanı, axı sən izindəsən?!

Dəvən o şəxs yanında, onun dəvəsi yoxdur.

Dəvə işləmək sevər, onun həvəsi çoxdur.

O, doğru nişanədən, yəqinlik hasil etmir,

Dəvənin əksin görür, həqiqət bilib getmir.

Bəsirətlə hiss etdi, «cəddinin» xoş məramın,

Bu danışıq, sədalar, vəcdə gətirər hamın.

Dəvəyə sahibliyi, haqqı ona verməmiş,

Lakin məlumdur, o da, dəvə itirən imiş.

Azmış dəvəyə ümid, pərdələnmiş görünmür.

Nəyi itirmişdirsə, yaddan çıxmış, bilinmir.

O haraya qaçırsa, bu da yüyürür, böylə,

Hərislikdən həmdədrddir, özünün sahibiylə.

Bir hiyləgər, pak ilə, birlikdə yoldaş oldu.

Hiyləgərin yalanı, doğruyla sirdaş oldu.

Dəvənin tələsdiyi, həmin qumlu səhrada,

Başqa bir dəvə tapdı, o da, şumlu səhrada.

O, dəvəni görən tək, özün yadına saldı.

Tamahından əl çəkdi, sözün yadına saldı.

O otlaqda otlayan dəvəsini görən tək.

Təqlidçi dönüb oldu, saf bir ömür sürən tək!

O dəvə tələbkarı, bir anlıq göz gəzdirdi.

Onu tapa bilmədi, gəzmək onu bezdirdi.

Sonra tənha gəzməyi, özünə rəva bildi,

Öz dəvəsi ardınca, gəzmək fikrinə gəldi.

Dedi:-İndiyə qədər, əfsus deyib, durmuşam,

Yaltaqlıq göstərmişəm, tamah evi qurmuşam.

Indi bu vaxt, bu vədə, sənlə həmdərd olmuşam,

Özüm öz tələbimlə, ayrı bir fərd olmuşam.

Səndən oğurladığım, dəvənin vəsfi oldu,

Mənim özümü gördü, onun gözləri doldu.

Əgər tapmasa idim, olmazdım tələbkarı,

Indi «mis» məğlub oldu, «qızıl» qalxdı yuxarı.

Şükr etməklə itaət, mənim «günah»ım oldu,

Cəddə şükürlər sübut, hənək352 fani353 tək soldu.

Mənim «pis» əməllərim, qovuşdurdu Haqqıma,

Bu «pis» əmələ görə, mənə danlaqlar vurma!

Sənin öz sadiqliyin, tələbini etmişdi,

Cəddən sədaqət yolun, istəməyə getmişdi.

Sidqin354 sübut olundu, sənin axtarmağınla.

Axtarmaq sübut oldu, sidqimə varmağınla.

Mən torpağa əkirdim, var- dövlətin dənini,

Bir işsizlik sanırdım, mütiliyin dəmini.

O işsizlik deyildi, sənət idi fitrətdən,

Bir toxum əkirdimsə, məhsul olurdu yüz dən.

Oğru bir evə tərəf, sürünüb, ora qondu,

Evdən çıxanda gördü, çıxdığı ev onundu.

Sən «isti» ol, ey «soyuq», «istilik» qismət olsun,

«Sərt»liklə dostluq eylə, lətiflik qismət olsun.

O, iki dəvə deyil, bir dəvədir, yəqin bil,

Sözüm çətinə düşdü, lakin məna dərindir.

Söz tamlıqla mənanın, öhdəsindən, heç gələr?!

Nəbi demiş:- Haqq bilən, bütün dilləri bilər.355

Idrak hesablamaqda, sanki «üstürlab»356 kimi,

Göylərdəki Günəşi, bilən bir «Kitab» kimi.

Xüsusən elə göy ki, asiman bir qanadı,

Günəş, Haqq Günəşindən, bir zərrəyə oxşadı!


«Zərərli məscidin fitnəsi hər bir insana təsir edə bilər» kəlamının bəyanı
Formaca «məscid», lakin məzmunca, yalan bina!

Yəhudi hiyləsinin, tələsi olan bina!

Peyğəmbər əmr eylədi:- Uçurun o binanı,

Çör- çöp tökün üstünə, torpaqlayın olanı!

«Məscidin» sahibi də, onun kimi qəlb357 idi.

Tələlərə «dən səpən», namərdliyə cəlb358 idi.

… Xaricən qoca olan, daxilən cavan kimi,

O, Vəli, O, Nəbidir, xasiyyəti can kimi.

Onlar yaxşıya kömək, pislərə mane, öndə,

Rəzillər həsəd çəkir, pisliklər ümüdində!

Nədən onlara qarşı rəzillər həsədlidir?!

Onlar yaxşıya kömək, pisə mane törədir!

Onların Haqq işini, dərk etmirlərsə, nədən?!

Kin, hiylə, həsəd ilə, yanırlar ar bilmədən?!

Dirilmə,359 Bəsiyyəti,360 bilə- bilə bəs nədən?!

Iti qılınc altında, ölürlər yubanmadan?!

Sənə «gülərək» deyir: - Qəbul etmə ey bəndə,

Yüz qiyamət sirrləri, gizli öz daxilində.

Cəhənnəm, Cənnət hamı, onun söbələridir,

Sən nəyi düşünürsən, göylərdən xəbəridir.

Nəyi fikirləşirsən, fənalıqla doludur,

Fikrinə nə gəlmirsə, Haqqın sirli yoludur.

Bu evin qapısında, rəzillik etmək nədən?

Əgər dərk edirlərsə, bu evə kimdir gedən?!

Əbləhlər o «məscid»ə, təzim üçün gedirlər,

Əhli- dil olan Cəddi, cəfalarla didirlər!

O, məcaz, bu həqiqət, dinləyin ey ulaqlar!

Nəbi qəlbindən qeyri, gözəl məscid harda var?!

Övliya daxilində, olan, məscid ciddidir,

Hamının səcdagahı, olan Haqq məscididir.

Haqqın mərd bəndəsinin, ağrıyarsa ürəyi,

Allah rüsvay eyləməz, azalmaz heç çörəyi.

Nəbilər də daima, cəng fikrində idilər,

Onları özləri tək, bir bəndə bilirdilər!

Səndə, əvvəlkilərin, əxlaqı varsa əgər?!

Bəs nədən qorxun yoxdur, savablar əldən gedər?!

O qədir bilməzlərin, adətin cücərtmisən,

Heç nə dürüst alınmaz, pisləri dəbərtmisən.

Səndəki nişanələr, onlardan gəldiyiyçin,

Səndə onlar kimisən, yanarsan için- için.


Atasının Tabutu önündə nalə edib ağlayan uşağın hekayəsi və iti söz ustası balaca Cuhanın, uşağın sözlərini yozması
Bir uşaq atasının tabutunun önündə,

Zar- zar nalə edirdi, özünün bəd günündə.

Deyirdi:- Səni hara aparırlar, ey ata?!

Yəqin torpaq altına tapşırırlar, ey ata?!

Darısqal, xoşagəlməz bir yerə aparırlar,

Nə orda xalı mövcud, nə də orda həsir var!

Nə gecəsi çıraqlı, nə gündüzü çörəkli!

Nə təamı ətirli, nə süfrəsi yeməkli!

Nə qapısı bilinmir, nə üstü var, nə damı,

Nə orda işıq izi, nə boşqabı, nə camı!

Nə orda qonaq yeri, nə bulağı nə suyu!

Nə qonşu köməyi var, nə də qazılmış quyu!

Sənin cismin xalq içrə, öpüş məkanı idi.

Bu göy günbəzli «evdə» necə qalarsan indi?!

Heç bir şeysiz bir mənzil, çox dar olan bir məkan,

Nə divarı suvanmış, nə də rəngə yox imkan!

Beləcə vəsf edərək, mənzil təsvir edirdi,

Gözlərindən yaş axır, qan ağlayıb, gedirdi!

Birdən balaca Cuha361 bunu eşidib durdu,

Təəccüblü sifətlə atasına buyurdu:

- «Ata, vallah tabutu, evmizə aparırlar!»

«Uşağın söylədiyi, təsvirlər bizdə də var!»

Atası ona dedi:- Əbləh olma, ey oğul!

Cuha dedi:- Atacan, qulaq as, sən vaqif ol!

O uşağın indicə söylədiyi, təsvirlər,

Heç şübhə doğurmadan, bizdən xəbər verirlər!

Nə həsir, nə də çıraq, nə bir təamımız var!

Nə evin qapıları, nə də tavanımız var!

Oxşar nişanələrdən, bizdə də yüzlərlə var,

Yalnız zülümkar şahlar, onları belə saxlar!

Ziyasız, nursuz olan, ürək xanələri var.

Günəşin şüasından, bəhrələnməmiş onlar!

Cuhudlar ruhu kimi, darısqal, qaranlıqdır.

Haqqın zövqü gözünə, görünmür toranlıqdır.

Yoxdur həmin ürəkdə günəş nurundan əsər.

Nə geniş sarayı var, nə sözündə bir kəsər.

Bu ürəklə olmaqdan, gorda qalmaq yaxşıdır!

Ürəklə gordan, daha üstün olmaq yaxşıdır!

Canlısan, canlı doğan, sən ey bihəya, qanmaz?!

Bu gor olan dar evdən, ürək səni alammaz!

Yusif zamanı gəlmiş, səma günəşi parlaq,

Bu zindan həyatından üz sevir, gəl bir olaq.

Yuniş Balıq bətnində, püxtələşdi, ucaldı.

- Nicat ümidi ilə Haqqını yada saldı!

Olmasaydı Haqqını yad eyləyən o əgər?!

Balıq qarnında idi, ta qiyamətə qədər!

Haqqı yad etməyiylə, balıq qarnından çıxdı,

«Yad etmək» səbəb oldu, Haqqı sözünə baxdı.

Əgər «yaddan çıxartsan», zikr eyləmək adətin,

Eşit, balıqların da, yad eyləmək niyyətin!

Kim o dənizi görsə, sanki «o balıq» kimi,

Hər kim Allahı görsə,İlahi varlıq kimi.

Bu cahan bir dənizdir, tən balıq, Haqq ruhudur.

Yunisi qoruyansa, «sübh şərabı» nurudur,

Əgər yad etmən olsa, «balıq»dan qurtularsan,

Əgər əksinə olsa, qarında həzm olarsan.

Bu dəniz dop- doludur, canın «balıq»larıyla,

Korluğu, xəstəliyi, bil sən, yanıqlarıyla.

O «balıq»lar özünü, sənə toxundururlar,

Gözünü aç, yaxşı bax, sənə eyham vururlar.

«Balıq»lar var hamısı ruhsuz, cəsədsiz olmuş,

Onlar məkr, hiyləsiz, kinsiz, həsədsiz olmuş!

«Balıq»ları aşikar, görə bilməsən əgər?!

Onların zikr etməsin, qulaqların eşidər.

Səbr eyləyib, gözləmək, zikr etməyin ruhudur,

Sən səbr eylə, səbirlə zikr etməyin, doğrudur.

Onsuz, yox dərəcəsi, heç bir «yad eyləmənin»

Səbr eylə, səbr eyləmək, açarı qəmlənmənin!

Səbir «Sirat körpüsü», keç, Behişt niyyətçisi,

Hər yaxşının varıdır, bir çirkin xidmətçisi.

Xidmətçilikdən qaçsan, vüsala ümid yoxdur,

Çünki xidmətçiliyin, vəslinə, ümid çoxdur.

Səbrin zövqün bilməzsən, «şüşə qəlbli», ağla gəl!

Səbrin etdiyin olsa, Çegel362 kimi bir gözəl.

Kişi olan zövq alar, döyüşdə cəng etməkdən,

Müxənnət363lər zövq alar, əyri yolla getməkdən.

Əyri yoldan savayı, nə dini var, nə zikri,

Cəhənnəmə aparar, onun niyyəti, fikri.

Əgər Fələyə qədər, qalxsa da, qorxma ondan,

Enmə işini öyrən, de ona, həmin andan.

O, atını çapırdı, ülvi həyata doğru,

Çünki onda var idi, göylərdən o an qorxu.

Gədaların elmindən, nədəndir belə əsmək?!

Çünki o elmin yolu, bir loğma çörək kəsmək.

Bu sözləri dərk eylə, eşit, yadda saxla sən,

Dərk eyləyə bilməsən, yarı yolda qalarsan.


Çox cüssəli bir şəxsdən, bir uşağın qorxması, həmin şəxsin uşağı sakitləşdirmək istəməsi hekayəsi
Nəhəng bədheybət kişi, bir uşağa rast oldu,

Uşaq ondan qorxaraq, rəngi saralıb, soldu.

Dedi:- Qorxma gözəlim, məndən arxayın ol sən!

Belimdə olacaqsan, qorxma, çəkinmə məndən.

Əgər qorxuluyamsa, bil ki, özüm qorxağam!

«Dəvə» bilib, min məni, sür səhraya ol ağam.

«Üzdən görkəmli» insan, daxildən divə oxşar,

Bir sıra kişilərin, üzündə çox məna var.

Ağac budağın külək, təblə vurdu, gah kəsdi,

Təblin səsin eşidən, dəli, qorxudan əsdi.

Bir tülkü şikarını, buraxıb, bada verdi,

Təbli dolu ət bilib, dişləyibən boş gördü.

Təbildə ət tapmayıb, ah çəkib belə dedi:

-Bu boş qab əvəzinə, donuz yaxşı, söylədi.

Tülkülər qorxub qaçar, nağaranın səsindən,

Səyinə baxmayaraq, uduzar öz nəfsindən.



Meşəyə ov ovlamaq üçün çıxan silahlı bir atlının, bir oxatanı görüb qorxaraq öldürmək istəməsi hekayəsi

Çox zirək, qorxunc olan, silahlı bir süvari,

At üstündə meşədə, axtarırdı ovları.

Bir ox atan atlını, yaraq – yasaqla gördü,

Qorxudan kamanına, ox qoyub, hazır durdu.

Oxu atan zamanda, süvari tez səsləndi,

Cüssəm qorxunc olsa da, özüm zəifəm dedi:

-Eşit, ayıq ol, baxma, qorxulu görkəmimə,

Döyüş vaxtı, bir qoca, qarıdan zirək bilmə.

Dedi:- Yaxşı ki, dedin, get uzaqlaş buradan,

Nişan almışdım səni, öz qorxumdan, ey nadan.

Çox insanlar özünü, yaraqla vermiş bada,

Kişiliyi olmamış, silah çatmamış dada.

Təpədən – dırnağadək, silahlı olsan əgər,

Kişiliyin olmasa, öz canın əldən gedər.

Canını sipər eylə, oğul ox kamana qoy,

Hər kim başsız olarsa, Haqqdan çalınar bu toy.

Üstündə olan silah, sənin məkrin, hiyləndir.

Öz içindən doğmuşdur, özünə də düşməndir.

Bu məkr ilə hiyləndən, xeyir gəlməmiş sənə.

Tərk eylə onları sən, kişilik gələr yenə.

Əgər işlətdiyin fənd, sənə xeyir verməsə,

Xeyri Haqqından istə, düşmə fəndli həvəsə.

Çünki mübarək deyil, bildiyin o elmlər,

Gey dərviş yapıncasın, keçir əzablı günlər.

Üz tut göylərə söylə:- Tanrım, «La elmə ləna!»

Eyİlahi! Bilmirik, «Illa ma əlləm təna!»364

Bir hekayə də eşit, dərk eylə ey əhli- dil,

Ağılla- cahilliyin, arasında fərqi bil!
Bir ərəbin çuvalı qumla doldurması, bir «alimin» onu görüb danlaması hekayəsi
Bir ərəb yükləmişdi, ağır yüklə dəvəsin,

Birisində buğdadydı, doldurmuşdu kisəsin.

Ikinci çuval isə, dolu idi, qum ilə,

Onları doldurmuşdu, ağzacan bilə- bilə.

Özü də çuvalların üstündə oturmuşdu,

Bir «alim» onu görçək maraqlanıb soruşdu.

Ilk- əvvəl ərz eylədi: - Elin- oban haradı?!

Özünün sorğusuyla çox qapılar aradı.

Ondan sonra soruşdu: - Bu iki çuval nədir?!

Nə ilə doldurmusan, sidq ilə söylə birə- bir?!

Dedi:- Bir çuvalımdır, buğda, toxumla dolu,

Ikinci çuval isə, xeyirsiz qumla dolu!

Dedi:- Neçin doldurdun, bir çuvalı qum ilə?!

Dedi:- Qoşa olmaqçın, doldurdum bilə- bilə!

Dedi:- Buğda çuvalın, ikiyə böl yarıla,

Tök ikinci çuvala, gücü ver sən ağıla.

Çuvallar yüngül olsun, dəvən də rahat getsin,

Dedi:- Afərin sənə, Haqq sənə kömək etsin!

Belə dəqiq fikirlə, yaxşı rəy, yaxşı sözlə,

Nədən belə üryansan, piyadasan bir söylə?!

Rəhmi gəldi həkimə,365 əzm etdi ki, onu da,

Dəvəsinə mindirsə, çətin bunu unuda?!

Yenə dedi:- Ey həkim, ey şirin söz, xoş kəlam?!

Öz halından danış bir, bəlkə məndə zövq alam?!

Səndə kifayət qədər bilik ilə, ağıl var.

Ya vəzirsən, ya da şah, söylə kimdir sənə yar?!

Dedi:- Söylədiklərin, deyildir amalımdan,

Bax mənim libasıma, xəbər verir halımdan!

Dedi:- Neçə dəvən var, neçə, inək, öküzün?!

Dedi:- Nə dəvəm vardır, nə öküz, təkəm özüm!

Dedi:- Evin, yatağın, bəlkə varındır dükan?!

Dedi:- Uşaqlarımçın, yatmağa yoxdur məkan!

Nə gücüm var, nə işim, nə qumaş, nə yatağım?!

Nə yeməyə xörəyim, nə mətbəxim, ocağım?!

Dedi:- Nağd pulun varmı, miqdarı nə qədərdir?!

Bəlkə onçun tənhasan, öyüdlərin ləl, zərdir!

Sən kimyasan, dünyamın «misi» sənə məxsusdur!

Ağlın, biliyin, gövhər, öz beyninə məxsusdur!

Xəzinələr basdırsan, gözlətsən məkanlarda?!

Səndən daha ağıllı, söylə harda var, harda?!

Dedi:- Vallah yoxumdur, bil, ey sən ərəb sifət?!

Bütün varım, dövlətim, özüməm, bir də külfət?!

Ayağyalın, lüt bədən, başaçıq, qaçıram mən!

Hər kim çörək verəndə, ağzımı açıram mən!

Bu ağıl, bu hikmətin, bu hünərin xeyri yox.

Boş fikirlə xəyal var, bir də dərdi- sərim çox!

Sonra ərəb söylədi:- Rədd ol mənim yanımdan!

Nəhs bəxtim, kənar olsun, uzaqlaşsın canımdan.

Rədd olsun hikmətinlə, nəhs bəxtin məndən, ey dost!

Sənin nitqin ziyanlı, qorxuram səndən, «ey dost»!

Ya sən başqa tərəfə, mən də başqa tərəfə!

Qabağa gedirsənsə, geri qalım, bu dəfə?

Bir çuval buğda dolu, ikinci qüm olması,

Canıma qəbul, lakin pisdir, miras qalması.

Buğdayla, həm də qumla, dolu çuvallar, yəqin.

Mənə xeyri var, lakin zərərlidir hikmətin!

Axmaxlığım xeyirli, axmaqlıqdır, ziyansız.

Qəlbim yarpaq tək əsir, can təqvalı, yalansız.

Əgər istəyirsənsə, bədbəxtliklər azalsın,

Cəhd eylə ki, hikmətin, canından uzaq olsun!

Candan gəlməyən hikmət, yalnız doğurar xəyal,

Xeyirsizdir o hikmət, Nurun verməz Zülcəlal!366

Dünyaya məxsus hikmət, şəkk- şübhəni artırar,

Məzhəbə məxsus hikmət, səni Haqqa çatdırar!

Son zamanlar Şeytan da, zirəkləşmiş daha da,

Öndə olan şəxslərə, gərəkləşmiş daha da.

Hiylə öyrənənlərin, ciyərləri qaralmış,

Hiyləli əməlləri, öyrənməkdə yer almış.

Səbr etmək, qurban getmək, canda nəfs səxavəti,

Xeyrin iksirin367 olmuş, qazanmış sədaqəti.

Xoş fikir, o fikirdir, yolları aça bilsin,

Yaxşı yol o yoldur ki, qarşına «Şahın»368 gəlsin.

Yaxşı «Şah»da odur ki, özündən Şah seçilsin!

Var- dövlət, orduyla yox, düzündən Şah seçilsin!

Əbədiyyətə qədər, o Şahlıq davam edər,

Əhmədin369 «Din mülkü»də, Onun dalınca gedər!

Qiyamət gününədək, şəri, zavalı olmaz,

Nə qədər yaşasada ağlı, kamalı solmaz!


Ibrahimi-Ədhəmin dəniz sahilindəki kəramətləri (möcü­­­­­zələri)
Belə rəvayət vardır,İbrahim peyğəmbərdən,

Bir dəniz sahilini, keçirirmiş nəzərdən.

Sonra «Ruhlar Sultanı» yapıncasın tikirmiş,

Bir əmir də o zaman, o məkandan keçirmiş.

Həmin əmir o Şeyxin, bəndələrindən imiş,

Şeyxi görüb, tanımış, ona səcdə eyləmiş!

Mat- mat Şeyxə baxaraq, tez gördü yapıncasın,

Yapınca cırılmışdı, gözləyirdi ustasın.

Düşündü o buraxmış, əzəmətli şahlığı,

Seçmiş bu kasıblığı, tərk etmiş padşahlığı!

Yeddi iqlim mülkünü, könüllü tərk eyləmiş.

Cırıq yapınca tikir, sanki dilənçi imiş,

Yeddi iqlim mülkünü, pis hesab edib, getmiş,

Dilənçi tək yapınca, tikməyi qəbul etmiş.

Şeyx özü vaqif oldu, onun əndişəsindən,

Çünki Şeyx, bir «Şir» kimi, xəbərdar meşəsindən.

Qorxu, rica qəlblərdə, həddən çox olduğundan,

Onunçun güzli sirrlər, tamam yox olduğundan,

Qəlbinizi qoruyun, ey xeyirsiz olanlar,

Ürəkli cənabların, hüzuruna gələnlər,

Tən əhli qarşısında, ədəblilik zahirdir.

Qəlbləri sirrlər üçün, od olmağa hazırdır.

Korların ziddinə sən, məqamı almaq üçün,

Hazır olub, gəlibsən məqamda qalmaq üçün,

Görənlər hüzurunda, ədəbi tərk edirsən,

Şəhvətin atəşini, qəbul edib, gedirsən.

Zirəkliyin yoxdursa, payın yox Haqq nurundan,

Korlar üçün üzünü, parladırsan şurundan!370

Görənlər qarşısında, gözün mal- dövlətdədir,

Belə «iyli» halınla, naz- qəmzən hörmətdədir.

Şeyx iynəni dənizə tullayıb, önə getdi,

Sonra uca səsiylə, iynəni tələb etdi.

Yüz minlərlə balıqlar Bir Allahı yad etdi,

Hər birinin ağzında zər iynə icad etdi!

Haqqın dəniz mülkündən, başların qaldırdılar.

Qəbul et Haqq iynəsin, səliqəylə durdular!

Qızıl iynə parladı, balıqların dişində,

Onun iynələridir, al möhkəm ol işində.

Dedi:- Allahım mənim, öz iynəmi istədim,

Iynəni göstər mənə, gücümü isbat edim!

Başqa bir balıq sudan, baş qaldırdı bu zaman,

Şeyxin öz iynəsini, ağzında tutdu haman.

Ona üzünü tutub dedi:- Ey böyük əmir?!

Ürək mülkü yaxşıdır, ya belə mülki- həqir?!371

Hər yarpağı Fələyə, məxsus olan o bağı,

Bəlkə də o içidir, aləm onun qabığı.

Nədən o bağa sarı, üz tutmaq istəmirsən?!

O bağı cəhdlə ara, kama çat, sür ömür sən.

O bağın gözəl ətri, canına hopub yatsın.

O bağın rayihəsi, gözlərinə nur saçsın.

O bağın ətri- ruhu, bağına tərəf getsin,

Səsləsin doğru yola, ömrün firavan keçsin.

Kor olan gözlərini, görən gözə dəyişsin,

Sənin könül quşun da, Sina dağına düşsün!

Yusif demiş:- Götürün, köynəyimi aparın!

Sürtün Yaqub üzünə, göz korluğun qoparın!372

Əhməd373 demiş:- Dünyada, üç şeyi bəyənmişəm.

Yaxşılıq, qadın, bir də Namazı söyləmişəm!374

Beş duyğu bir- biriylə, əhdi- peyman bağlamış,

Çünki həmin «beş duyğu», bir əsildən çağlamış.

Güc- qüvvət birləşərək, ömrünü baqi375 edər.

Uzun ömür olmaqçın, özlərin saqi edər!

Gözlərin bəbəkləri, aşiqliyi artırar,

Eşq də zəhmət çəkərək, sadiqliyi artırar!

Sadiqlik növbəsində, duyğuları oyadar.

Duyğular ünsiyyətin, incə zövqünü dadar!


Bir arifin şəxsi duyğularının qeybdən yağan nurla nurlanmasının başlanğıcı


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin