Bakı 2007 Elmi Redaktoru və sponsoru: Fəlsəfə elmləri doktoru, professor


Peyğəmbər səlləllahu əleyhi və alehin «xəstəyə baş çəkməsi» hekayəsinə qayıdış



Yüklə 2,29 Mb.
səhifə19/27
tarix15.03.2017
ölçüsü2,29 Mb.
#11341
1   ...   15   16   17   18   19   20   21   22   ...   27

Peyğəmbər səlləllahu əleyhi və alehin «xəstəyə baş çəkməsi» hekayəsinə qayıdış
Xülasə bu baş çəkmə, hədiyyə, bəxşiş üçün,

Bu bəxşiş hamilədir, yüz eşqdən gəliş üçün.

Peyğəmbər baş çəkməkçin, xəstə üstünə getdi,

Xəstə dostunun isə, ölüm məqamı yetdi!

Övliya hüzurundan, əgər uzaqda qalsan,

Həqiqətdə Tanrından, sanki uzaqdasan sən.

Hicranın nəticəsi, dostlara qəm gətirər,

Şahı görməmək necə, ona az qəm yetirər?!

Şahın kölgəsin istə, həmişə tələs ona,

Ki, Günəş şüasından, bədənin çox az yana!

Get, sən qəbul edənin, pənahında həyat sür,

Bir sahibdil səni də, etsin azad, xoş gün gör!

Əgər nəzər eyləsən, qafil olma sinə gər,

Əgər bu niyyət ilə, səfərin var et səfər!

Göyərçin tək söylə sən, hanı, hanı, O hanı?!279

Gizli xəzinələrin, dərviş ol, yerin tanı!

Qapı-qapı dolan sən, get məkandan-məkana,

Axtar onu, axtar sən, axtar qəlb yana-yana!

Nə qədər bacarırsan, övliyadan al cavab!

Cəhd eylə çalış yenə, Uca Haqdan al savab!


Bəyazid Bustaminin kəbəyə getməsi və yolda bir qocayla rastlaşması, o qocanın ona «Kəbə mənəm, məni təvaf eylə»! - deməsi
Ümmət şeyxi Bayazid, Həccə tərəf gedirdi,

Ümrə Həccindən ötrü, yolları qət edirdi.

Məkkəyə daxil olcaq, belə qərara aldı,

Axtarıb, tapmaq üçün, dostların yada saldı.

Şəhəri dolaşaraq, sorurdu o şəxs kimdir?!

Bəsirət gözlə baxır, dost axtarırdı bir-bir.

Haqq demiş: - Səfər vaxtı hara getmək istəsən,

Kişiliyi, mərdliyi, yadda saxlamalısan!

Elə xəzinə istə, xeyrin görə biləsən,

Ziyanı gəlsə sənə, ziyan kimi görəsən!

Hər kimin buğda əkmək, olarsa məqsədində,

Samanı da olacaq, O, buğda xilqətində.

Əgər əksən samanı, buğda əmələ gəlməz,

Kişiliyi axtar sən, kişilik ələ gəlməz.

Kəbə arzusunda ol, Həccin zamanı gəlcək,

Elə ki, Həccə getdin, Məkkə də görünəcək.

Meracda arzu idi, dost ilə görüşülsün,

Ərşin xilqətində var, mələk arzunu bilsin.

Əməllərin Seyyidi280 belə niyyətdə olmuş.

Onun savab niyyəti, gül açmış, güllə dolmuş.

Möminlərin niyyəti əməldən xeyir görmək

Belə demiş Şahi- din, buna diqqət yetirmək.


Müridlə qocanın hekayəsi
Bir təzə mürid bir gün, özünə ev tikirdi,

Piri- kamili gəlib, onun evini gördü.

O, şeyx belə söylədi, özünün müridinə,

Istədi ki, yoxlasın, müridin məqsədi nə?!

Baca nəyinə lazım, sən hara, baca hara?!

Dedi: - Həmin bacadan nur gəlir otaqlara!

Dedi: - O, ikincidir, baca başqa məqsədçin,

Namazın sədasını, hamı eşitmək üçün.

Sən nurunu fitrətdən, alırsan özün üçün,

Niyyət et lazımlını, vacib san özün üçün.

Bəyazid səfər vaxtı çox yer gəzib, dolaşdı,

Bir yaşıl çəmənlikdə, insan könlündən keçdi.

Orda bir qoca gördü, qəddi keyvənd281 kimiydi,

Hər sözündə bir hikmət, kəlamı qənd kimiydi.

O, gözlərdən kor idi, Günəş tək könlü vardı,

Hindistanı, yuxuda görən filə oxşardı.

Yatan, bağlı gözüylə, yüzcə toy-büsat görər!

Elə ki, gözün açar, qəribə həyat görər!

Xülasə təəccüblər, yuxuda aydınlaşar,

Yuxu zamanı qəlbdə, bacalar formalaşar.

Kim həyatda ayıqdır, xoş yuxular görəcək,

O, arifdir torpaqdan, baxışla gül dərəcək.

Bəyazid çəmənlikdə elə ki, tapdı onu,

Tələsdi xidmətinə, geydirdi hörmət donu!

Yanında əyləşərək sordu necədir əhval?!

Gördü kasıb bir dərviş, özü sahibi-əyal!

Sordu: - Bəyazid, hara getməyin əzmindəsən?!

Qərib olub, harada bitməyin əzmindəsən?!

Dedi: - Kəbəyə getmək, qəsdim, həvəsim vardır.

Dedi: - Özündə hansı qiymətli cisim vardır?!

Söylədi ki, iki yüz, gümüş dirhəm varımdır.

Möhkəm yerdə qoymuşam, sanki qan damarımdır.

Dedi: - Təvafın eylə, yeddi dəfə dövrəmdə!

Həcci Təvaf etməkdən, daha yaxşıdır həm də!

O dirhəmləri indi, yanımda qoy kişisən!

Sanki Həccə getmisən, ziyarət də etmisən!

San, bura Həcci-Ümrə,282 sən muradına çatdın!

Saf oldun, saflığınla, yüksək adına çatdın!

Haqq o Haqqdır ki, ruhun onu hiss edib, bilmiş,

Məni kiçik evimdə, seçib, qərara gəlmiş.

Hərçənd Kəbənin özü, Haqqa məxsus bir «ev»dir,

Məni xəlq etdiyi «ev», həmçinin bir sirr «ev»dir!

O, evi tikib, sonra həmin evə girməmiş,

Bu evdə Ondan başqa, bir kəs həyat sürməmiş!

Sən məni burda gördün, sanki Haqqı görmüsən,

Sidq ilə Kəbə evin, təvaf edib, gəlmisən.

Xidmətim itaətdir, Ona şükür etməkdir!

Güman etmə, Haqq məndən, indi ayrı deməkdir!

Yaxşı aç gözlərini, surətimə nəzər sal!

Gör sən Haqqın nurunu, həmin nurdan ləzzət al!

Kəbəyə bircə dəfə «Yarımız» evim demiş,

Mənəsə yetmiş dəfə, ya abidim söyləmiş!

Ey Bəyazid burada, sən Kəbəni tapmısan!

Yüz qədirlə –qiymətə, izzətə sən çatmısan!

Bəyazid bu sözləri, yadda yaxşı saxladı,

Qulaqda sırğa edib, diqqət ilə yoxladı.

Bəyazid uca oldu, qoca məsləhətiylə,

Nəhayət son məqamda, məqsədə çatdı böylə!


O şəxsin incidilməsinin arsız və sırtığlığından olmasını Həzrət Peyğəmbər səlləllahu əleyhi və alehin bilməsi
Elə ki, Nəbi gördü, o biçarə xəstəni,

Şirin nəvaziş etdi, o, mağara dostunu.

Dirildi, cana gəldi, görən tək peyğəmbəri,

Sanki, can Haqqı verdi, yox oldu dərdi-səri!

Dedi: - Xəstə olmağım, mənə bəxt bağışladı.

Sultanım tezdən gəldi, sanki taxt bağışladı.

Bu səbəbdən səhhətim, dəyişib yaxşılaşdı,

Şahın qədəmlərindən, sağlamlığım gül açdı!

Ey xoş ol əziyyətə, xəstəliyə, dərdlərə!

Mübarək ağrılara, yuxusuz gecələrə!

Mənə qocalığımda, lütfüylə, kərəmiylə,

Haqq belə əzab verdi, xəstəlik aləmiylə!

Ağrı arxadan vurdu, yuxudan oyanım mən!

Sıçrayım gecə yarı, yuxusuz dayanım mən!

Camış kimi hər gecə, yatmayıb oyaq qalım,

Haqqım dərdlər bəxş etsin, kərəmindən həzz alım.

Bu sınmalar əlindən, şah kərəmi qaynadı,

Cəhənnəm hədəsiylə, bizi darda qoymadı.

Xəzinə yəsi gəldi, dedi: - Rəhmətlər onda,

Beyni təzə, saf oldu, gördü zəhmətlər onda.

Ey qardaşım başa düş, soyuq məkan, qaranlıq,

Qəmə, dərdə səbr etmək, süstlük, alatoranlıq.

Həyatın çeşməsidir, məstlik camıdır, bil sən,

O zirvələr hamısı, ucalmış dərinlikdən.

Qəm ilə həmdəm ol sən, dəhşətləri yarat sən,

Ölümünlə ömrünü, davam etdir, uzat sən!

Əgər kimsə deyərsə, belə nəfsin əbəsdir.

Onun sözün eşitmə, fikri yalan bir kəsdir!

Onların əksinə get, peyğəmbəri izlə sən,

Onun vəsiyyətlərin, öyüdlərin gözlə sən.

Işdə məşvərət etmək, vacib əməl sayılmış,

Peşman olmazsan işin, məşvərətlə ucalmış.

Nəbilər səylər etmiş, çoxlu zəhmətlər çəkmiş,

Nəhayət dəyirmanın, daşı hərəkət etmiş,

Nəfslər çalışır daim, onları viran etsin,

Xalqı yoldan azdırıb, rəzil, sərgərdan etsin!

Ümmətlər söylədilər: -Kimlə məsvərət edək?!

Ənbiyalar dedilər: - Ağla məsləhət gərək!

Dedilər: - Körpə uşaq, ya da ağılsız arvad,

Biri hələ şüursuz, birində fikir bərbad.

Dedilər məsləhət et, verdiyi cavabların,

Ağlında formalaşdır, əksinə get onların!

Nəfsin o qadın kimi, ondan daha da pisdir,

Çünki nəfs şərin külli, qadın, tək bircə nəfsdir.

Nəfsin ilə məşvərət edərsənsə sən əgər,

Nə desə əksini et, «düşmən» pis yola çəkər.

Hətta «namaz», «oruca» dəvət etsə də səni,

Nəfs hiylələr qurandır, sonda doğar hiyləni.

Öz nəfsinlə məşvərət, etmək lazımdır sənə,

Lakin nələri desə, əksinə get sən yenə!

Tələsərək bir işə onunla başlama sən,

Ondan azca kömək al, ona bel bağlama sən!

Ağıl başqa ağıldan, məsləhətlə bac alar,

Peşəkar kamilləşər, peşəkardan güc alar!

Mən nəfsin hiyləsindən, bəzi şeyləri gördüm,

Öz sehrində fərqləri, aldığı yeri gördüm.

Sənə vədələr verər, yeni-yeni vədələr,

Min dəfələrlə səni, işində məğlub edər.

Ömür sənə verərsə, düz yüz il möhlət əgər,

O səninçin hər bir gün, bir bəhanə gətirər.

Soyuq olan vədlərə, isti deyib «hey yağlar»!

Bir mərdin cadusuyla, başqa bir mərdi bağlar.

Ey sən Ziyaül-Həqq gəl, ey Hüsaməddin, tələs!

Sənsiz cücərməz heç vaxt, çəmənlikdə gül, əbəs!

Göydən yenə asılmış, bir pərdə, pərdə kimi,

Inciyən qəlb olacaq, incik qəlb şərdə kimi!

Bu qəzanı, qəza da, özünə əlac bilər,

Xalqın ağlı qəzadan, çəpləşərək gicələr!

O qara ilan, indi bir əjdahaya dönmüş!

Yolda bir qurd kimiydi, böyük əzaya283 dönmüş!

Əjdaha ilə ilan, sənin əlindədir, bil,

Əsa sənə bənd olmuş, ey Musa, sən qədir bil!

Tanrı hökm etdi ona, tut əlinlə qorxma ha!

Dönəcək bir «Əsa»ya, əlindəki «əjdəha»284!

Indi ağ əlin göstər, ey padşahlar padşahı,

Qaranlıq gecələrdən, ayır nurlu sabahı!

Ey Sən, nəfəsi üstün, dənizin nəfəsindən,

Cəhənnəmlik285 caduya, çöndərdi üz yenidən!

Dəniz hiyləgərliklə, öz dibini göstərdi,

Hiylədən cəhənnəmə, lənətə yerin verdi!

Nə qədər zəif bilib, qadına hirsin töksən,

Ucuz – qiymətsiz olar, gözündə qadın görsən.

Ordusu böyük idi, qələbə fikrindəydi,

Peyğəmbəri kiçildib, balaca insan saydı!

O, Onu artıq bildi, ondan əlhəzər etdi,

Vuruldu məğlub oldu, Nəbi bixətər getdi!

O, Tanrı qayğısıydı, Onun mərhəmətiydi,

Inciyərdin ey Əhməd, belə də olmasaydı!

Onu da, əshabında, ucuz tutdu, sox ucuz,

Həm zahirdə, batində, Haqqın cihadı sonsuz.

Nəhayət qismət etdi, ona bir gözəl oğlan,

Ehtiyac ipi ona, üz çevirmədi son an.

Özün aşağı tutmaq, onun qələbəsiydi.

Haqqı ona dost oldu, düz yola boyun əydi!

Onun pişiyi, özün şiri-nər etsə əgər,

Haqqı dalında durmaz, qisməti olmaz zəfər!

Təkəbbürlə döyüşə, girmək fikrinə düşsə,

Yüzdən birini görər, vurmaq fikrinə düşsə.

O səbəbdən, pişiyi şiri-nərə çevirər,

O səbəbdən, Zülfüqar döyüşdə çalar, zəfər

Bir dilavər, döyüşçü axmaqla girsə cəngə,

Axmağı hiyləsiylə, sala bilər o, çəngə!

Sonda öz gücü ilə, gətirər ayağına,

O faydasız axmağın, ot vurar ocağına!

Saman, yarpaq çöplərin, sanki atar içinə,

Sonra da piləyərək, qovar içindən yenə!

Eşit, Odur, dağları, parçalayıb dağıdan,

Ondan dünya ağlayan, O gülüşə qərq olan!

«Kəbə» evinə qədər, suyu arxa çevirir,

Övcİbni Onğ kiminin, yüzünü qərqə verir!

Qanlı dalğalarını, bardağa yerləşdirir,

Dənizlərin dibini, O, torpağa çevirir!

Quru gördü dənizi, bəsirətsiz, kor Firon,

Qapıya qədər qovdu, göstərərək zor Firon!

Elə ki, daxil oldu, dəniz dibinə düşdü.

Çünki, gözü kor idi, «kor»luq yerinə düşdü.

Tanrının libasından, artar nuru gözlərin,

Haqq həmraz olarmı heç, cahillə, düşün dərin?!

Özü qənd-şəkər alar, dönər tünd zəhər olar!

Sonra düz yolu görər, özü div təhər olar.

Ey Fələk286, sən eşit bir, fitnələrdə son zaman,

Sürətlə fırlanırsan «axirət» göndər haman!

Sən iti xəncərinlə, qəsdimizə durmusan!

Zəhərli neştərinlə, qəsdimizə durmusan!

Ey fələk Haqq rəhmini, öyrən bizə rəhm eylə!

Qarışqalar qəlbini, ilan tək sancma böylə!

Haqq odur ki, tərpədər, sənin çərxin dövrəsin,

Fırladar, bu sarayın, üstündə din dayrəsin!

Ki, sən də dəyişəsən, O, sənə rəhm eyləsin,

Əslimizi yad edib, bizə Haqq yol söyləsin!

Haqq odur ki, ilk əvvəl bizə «Dayəlik» etmiş,

Biz cavan fidanları, su, gil ilə bərkitmiş.

Haqq O şahdır ki, səni, pak, saf, təmiz yaratmış,

Səndə neçə növ məşəl, görünmüş yenə batmış.

O, belə tapşırıqla səni əbədi etmiş,

Sənə dünya bəxş edib, sözünü deyib, getmiş.

Sənin ilk gəlişini, «şükür» tək başa düşdük.

Ənbiyalar dedilər, bir sirr tək başa düşdük!

Insan övladı bilər, evi yaratmaq necə?!

Hörümçək isə bilər, evdə tor atmaq necə?!

Milçək haradan bilər, bağın sahibi kimdir?!

Onu baharlar doğmuş, ölümü dərd kimidir?!

Ağacın daxilindən, onu süst edər qurdlar,

Cavan fidan nə bilər, onu deşən qurdlar var?!

Əgər bilsə düşünsə, anlasa səbəbini?!

Ağıllanar, dərk edər, artırar ədəbini!

Öz ağlını dəyişib, rənbərəng eyləyər, O,

Fərsənglərlə287 uzaqdır, pərilər söyləyər, O!

Mələkdən də üstündür, məqamı pərilərin,

Sən milçək qanadlısan, alçaqlıq sənin yerin.

Baxma ki, ağlın sənin, göylərə tərəf uçur.

Yerdə təqlidi quşun, alçaqdan uçub keçir.

Təqlid elmi ruhumuz, qanadımız, qanımız,

Fanidə oturmuşuq, fanilik məkanımız.

Belə aqillikdənsə, cahil olmaq yaxşıdır.

«Cünunlug»a əl atmaq, əhil olmaq yaxşıdır.

Özünə faydalını görüb, qaçırsan ondan,

Zəhər nuş eylə onda, «Həyat suyu»ndan keç yan!

Səni kim aldadırsa, rədd et, ver ona söyüş!

Müflislərə kömək et, xeyri onlarla bölüş.

Əmin-amanliqdan qaç, qorxulu yerlərdə ol,

Keç hər şeydən, varından, ecazkar sirrlərlə dol!

Uzaqgörən ağılı yoxladım, kama çatdım,

Ondan sonra özümü, divanəlikdə tapdım!


Niyə əxlaqsız qadını nigah etdin deyən-seyyiddən, əyyaşın üzr istəməsi
Seyyid, əyyaşı görüb, nifrətlə gəldi dilə,

Dedi:- Əxlaqsız ilə neçin evləndin, söylə?!

Bunu mənə əvvəldən, söyləsəydin sən əgər,

Səni pak bir qadınla, dost edərdim dəngəsər!

Dedi: - Doqquz dəfə mən, «təmiz qadın» almışam,

Onlar əxlaqsız çıxmış, qəm-dərddən alçalmışam!

Bu avara qadını, almaq istəyirəm mən,

Görüm sonuc nə olur, həqiqət deyirəm mən!

Ağlı da yoxlamışam, çox imtahan etmişəm,

Cünunluq axtarıram, ona tərəf getmişəm.


Dilənçinin özünü dəliliyə vuran Bəhlulu hiyləylə sözə tutub, danışdırması
Birisi belə dedi: - Bir aqil istəyirəm,

Məşvərət, məsləhətçin, əhli-dil istəyirəm!

Başqası ona dedi: - Ey dost şəhərimizdə,

Məcnunnümadan288 qeyri, ağıllı şəxs yox bizdə!

«Qamış ata» minibdir, indi həmin filankəs,

Uşaqlar arasında, çapır atını əbəs!

Gecə-cündüz danışır, sirli kəlamlar deyir,

Dünyada çox xəzinə, canımdadır söyləyir.

Od parçası kimidir, deyir ağıllı sözlər,

Göylər, ulduzlar haqda, qiymətli kəlam söylər.

Hücum, geri çəkilmə, nəsihət canındadır,

Dəlilikdə gizlənmiş, ağlısa qanındadır!

Lakin hər dəliliyi, ruha yaxın sirr bilmə,

Samiriylə,289 danaya290 inananı, bir bilmə!

Sanki bir vəli kimi, sənlə açıq danışdı!

Yüz minlərlə «qeyb»291dən, sirrlərdən sözlər açdı.

Təzəklə, ud ağacın, fərqləndirə bilmədin,

Belə duyğu özündə tapıb, görə bilmədin.

Dəliliklə özünü, daxilən vəli bildi,

Ey sən «kor» kimi olan bil ki, o, əhli-dildi,

Əgər bəsirət gözün, açıq olarsa sənin

Hər daş altda görərsən, qəbrini bir sərhəngin.292

O ayıq, rəhbər gözün, yanında olan ərlər,

Hər bir kilim üstündə, bir kilim də sərərlər!

Bir vəlini başqası, hər vaxt şöhrətləndirər,

Hər kimi o istəsə, məhsulun bol yetirər,

Ağlıyla daxilini, tanımasınlar deyə,

Onunçun da özünü, vurmuşdur dəliliyə,

Gözlü oğurlayarsa, bir korun yatağını,

Heç kor tapa bilərmi, oğru olan yağını?!

Kor olan hardan bilər, onun oğrusu kimdir?!

Ona toxunsa belə, bilməz yağısı kimdir?!


Itin kor dilənçiyə həmləsi
It öz kor sahibini, dişləmiş olsa əgər,

O şəxs necə tanıyar, gözü görürmü məgər?!

Bir it kor dilənçinin, yanındaca qalaraq,

Vəhşi şir tək nərəylə, həmlədən verdi soraq!

It dərvişlər səsini, eşidərək hirslənər,

Dərvişlər gözlərinə, Ay tozları ələnər!

Itin qorxulu səsi, koru aciz eyləmiş,

Kor qorxunun gücündən, itə təzimlə demiş,

-Ki, ey ovlar əmiri, sən ey şikarlar şiri!

Əl-əlin üstündədir, əl götür məndən, yeri!

Zərurətdən o həkim, ulağın quyruğuna,

Kərim ləqəbi verib, təzim eyləmiş ona.

O da zərurətindən, demiş ey şahi-şikar!

Mənim tək arıq ovdan, sənə necə pay çatar?!

Gur ovlayır dostların, gəzərək səhraları,

Sənsə küçədə gəzib, dişləyirsən korları?!

Dostların gur axtarır, onu ovlamaq üçün.

Sənsə kor axtarırsan, onu tovlamaq üçün.

O it «alim» tək olub, gur ovladı səhrada,

Bu it xəstələr kimi, kor tovladı səhrada,

It «elm» öyrənən kimi, qurtuldu zəlalətdən,

Meşələrdə ov edib, nuş etdi halal ətdən.

It «alim» tək olanda, daim izzətdə, keyfdə,

It «arif» tək olanda, yatar «Əshabi-kəfdə».

Itə də bəlli oldu, ovun əmiri kimdir?!

Ey Tanrı, nur tanıdan, nurların şiri kimdir?!

Korun tanımaması, gözsüzlüyündən deyil,

Görməməyə səbəbkar, onun cahilliyidir.

Korun özü torpaqdan, daha artıq kor deyil.

Düşməni görən olmuş, torpaq Haqq gücüylə, bil!

Musanın Nuru gördü, onu cəld-çevik etdi,

Harunu uddu torpaq, cəzasın aldı getdi!

Hər etiraz edəni, məhv etdi zəlzələylə,

Ey yer! Suyun ud! Dedi: - Haqq bilənə yer eylə.293

Su, torpaq, külək, atəş, özünün şərləriylə,

Bizlərə tabe deyil, Haqqa tabedir, böylə!

Bizsə onun əksinə, Haqqdan xəbərsiz kimi,

Haqqdan bixəbərik biz, san yerdə fərsiz kimi.

Cahil fərsiz insanlar, öhdə götürdü yenə,

Bu hökmə razı oldu, zülm etdi özlərinə.294

Dedi bizar olmuşuq, hamımız bu həyatdan,

Haçan olar əbədi, yaşayar, ölməz insan?!

Xalqdan ayrı qalarsa, şəksiz yetim qalmalı,

Haqqla ünsiyyətlinin, qəlbi sağlam olmalı!

Korluğun ucbatından, oğru əşya oğurlar,

Korlarda nalələr var, oğrularda uğurlar!

Əgər oğru deməsə, sənin oğrun, mənəm-mən,

Səndən oğurluq etdim, oğurluqda mahirəm!

Kor tanıya bilərmi, özünün oğrusunu?!

Olmasa gözdə nuru, ziya tərk etsə onu?!

Necə desin oğrunu, tutun verin cəzasın?!

Əlamətin bilmirsə, tanımırsa əzasın?!

Nəhayət «böyük cihad», oğru əsrində gəlmiş,

Ki, deyə bilsin «qadın», neçin belə gicəlmiş?!

Əvvələn, sürmə çəkmək, nurunu oğurladı,

Bəsirət ala bilsən, bilərsən nur hardadı?!

Qəlbimin itirdiyi hikmətin sirlərini,

Əhli-dilin yanında, tapacaq, öz yerini.

Qəlbi kor olan şəxsin, qulaq, canı, gözüylə!

Oğru şeytana qarşı, tapa bilməz əks hiylə.

Onu ruhda axtarma, hal əhlində axtar sən,

Onda sirr söyləyənlə, məşvərətdə olarsən!

Məşvərət axtaranlar, onun yanına gəlmiş,

Sən ey uşaq atası, bizə sirr söylə demiş.

Dedi ki, bu həlqədə, qapı açıq deyil, bil!

Qayıt geri bu gün sən, bu gün sirr günü deyil.

Əgər sən «Laməkana», getsən məkan dalınca,

Sanki, tacir şeyx qaçır, ora dükan dalınca!


Darğanın bir məstə zindana layiq olmasını bəyan etməsi və onun darğaya cavabı
Bir darğa gecə yarı, atın bir yerə sürdü,

Bir divarın dibində, bir məsti yatan gördü.

Dedi:- Sən ey məst yatan, nə içmisən söylə gəl?!

Dedi:- Xümdə olandan içmişəm, olma əngəl!

Dedi:- Axı kuzəndə, nə vardır, söylə bir sən?!

Dedi:- Ondan içmişəm, yəqin adın bilmirsən?!

Dedi:- Sənin içdiyin, axı nədir, bəyan et?!

Dedi:- Küzəmdəkinin, adı məxfidir, çıx get!

Uzanırdı suallar, verilirdi cavablar.

Darğa lap ulaq kimi, bilmədi nə yox, nə var?!

Darğa dedi: - Ey kişi, sən bir «ah» eylə görüm?!

Məst kişi «Hu-Hu»295 dedi:- Nə lazım söylə görüm?!

Dedi:- Dedim «ah» eylə, sənsə «Hu» eyləyirsən?!

Dedi:- Mən sevincdəyəm, sənsə qəm söyləyirsən.

Ah, dərd ilə qəmlərə, ayıqlığa işarə,

Hu-Hu eyləmək isə tam saflığa işarə.

Darğa dedi: - Bilmirəm, qalx-qalx ayağa, görüm!

Mərifətdən dəm vurma, gəl sən qabağa görüm!

Dedi:- Get- get, sən hara, mənim məqamım hara?!

Dedi:- Sən məst olmusan, layiqsən zindanlara!

Məst söylədi: - Ey darğa, əl çək məndən, düz yeri!

Lüt – kasıb bir adamam, ölüyəm diri-diri!

Özümdə qüvvət əgər olsaydı yol getməyə,

Öz evimə gedərdim, yıxılmazdım küçəyə.

Yaxşı olsaydı mənim, əgər ağlım imkanım,

Şeyxlər kimi mənim də, çox olardı dükanım.

Əgər olsaydı, belə fikrim, tədbirim mənim,

Şeyxlər kimi, rütbədə olardı, yerim mənim.

Mənə zənbil daşıyıb, ehtiram göstərərdin,

Xidmətimdə olardın, qarşıma yüyürərdin.

Ötüş məndən, uzaqlaş, məntək məsti unut, sən!

Axtar saqqallıları, xanəgaha üz tut sən.



Dilənçinin yenidən o böyük Bəhlulu danışdırması və onun vəziyyətindən xəbərdar olması
O tələbkar söylədi: - Sən nəfəs al, bir dayan,

Atını qaytar geri, mənə tərəf, ey cavan!

Qamış atını sürüb, dedi: - Mənə tez söylə!

Mənim atım sıçrayan, bir az ehtiyat eylə!

Nə qədər ki, o sənə təpik vurmayıb, tez ol,

Nə soruşmaq istərsən, ey ağa, mənlə düz ol!

O, qəlbinin sirrini, macal tapmadı desin,

Çəkil kənara dedi, ucadan gəlsin səsin!

Dedi:- Bu küçədə mən, bir qadın istəyirəm,

Mənə layiq kimdir kim, mən adın istəyirəm?!

Dedi:-Dünyada üç növ , qadın vardır, ey cavan!

Ikisi əzab verən, biri xəzinə yığan.

O, bir növü istəsən, başı dazdır, keçəldir,

Ikinci yarı sənin , yarısı da bədəldir.

Üçüncüsü, heç zaman sənin olmaz, bunu bil.

Eşitdin bunları sən, qaç, uzaqlaş, tökmə dil!

Ki, atım sənə təpik, vurub həlak etməsin,

Düşüb, yıxılmayasan, ömrün bada getməsin!

Uşaqlar arasında «şeyx», atını çapırdı,

Yenidən, cavan onu gəl deyibən çağırdı!

Ki, sən yenə gəl bura, dediyini izah et,

Dediyin üç qadının, birini seç, sonra get!

«Atı» yanına sürüb, «şeyx» ona dedi: -Ey can,

Əgər keçəli alsan, qəm dərddən qurtularsan!

Yarısı sənin olan, şübhəsiz dul olandır,

Sənin olmayan isə, oğlu ilə qalandır.

Ilk ərindən vardırsa, uşağı o qadının,

Mehri-məhəbbəti də, uşağa olar onun.

Tez uzaq qal atıma, sənə təpik atmasın,

Mənim yorğa atımdan, sənə ziyan çatmasın.

Hay-huylu səs çıxarıb, «şeyx» yenə atın çapdı,

Yenə də oynadığı, o uşaqları tapdı.

Dilənçi olan cavan, «şeyx»i səslədi yenə,

Bir sualım qalmışdır, onu da şərh et mənə!

Ona tərəf «atını» çapıb dedi: - Tez söylə!

Uşaqlar arasından, deyim sənə, dərk eylə!

Dedi:- Ey şahım mənim, belə ədəb –ərkanla?!

Bəs bu nə iş əməldir, məşhursan adla-sanla?!

Sənin ağlın düşüncən, hamıya məlum olmuş,

Günəş, cünunluğunda gizlənmiş, gizli qalmış.

Belə qərara almış dedi: -Lotu-potular,

Şəhərdə məni «qazi», etmək fikirləri var!

Mən etiraz eylədim, dedilər: - Yox-yox olmaz!

Sənin tək fiqh alimi, bu şəhərdə tapılmaz!

Sənin varlığın ilə xəbisliklər, haram iş,

Azalacaq deyirlər, olsan qazi bil, tam iş!

Şəriətdə belə bir, bizə məlum qanun yox,

Sənin qədər bilək biz, sənin adın-sanın çox.

Bu zərurət üzündən, gic, divanə olmuşam!

Bunların xahişinə, mən biganə olmuşam!

Zahirən vurğun olub, bu işə şeyda kimi,

Lakin batində isə, pisliyə fayda kimi.

Mənim ağlım «xəzinə», özüm viranə kimi,

Xəzinə tapsam əgər, ollam divanə kimi.

Divanə olmayanın, özü divanə olmuş,

Qaravolçunu görmüş, evə biganə olmuş.

Mənim elmim gövhərdir, qeyri-üzvi maddə yox!

Hər bir qərəzli üçün, dəyişkən bir idda yox!

Olam birisi üçün, ney-şəkər tək şip-şirin,

Həm məndən o cücərsin, həm də mən görüm xeyrin.

O, bir təqlid elmidir, öyrənilməsi lazım,

Eşidən nifrətindən, qorxu bilməsi lazım.

Dən dalınca gedən yox, nur dalınca gedəndir,

Bir tələbə kimidir, elmə nüfuz edəndir.

Bir muş təkin hər yanı, dəlik-dəlik eyləmiş,

Nurun qapıdan qovmuş, onu perik eyləmiş.

Muş tək hər yanı dəlmək, deşik-deşik eyləmək,

Qafil edər, Tanrının, nurundan almaz kömək.

Çünki çöllərə tərəf, nuruna yol açmamış,

O zülmətdə qalaraq, cəhdi şəfəq saçmamış.

Əgər Tanrısı ona, verərsə ağıl dadı,

Muşluqdan qurtularaq, alar quşluq qanadı.

Axtarmasa qanadı, yer altında qalacaq,

Parlaq ulduza tərəf, ümidi qalmayacaq.

Elm bir cansız olan, kəlmədir, danışıqdır,

Xiridarlara aşiq, onlara yol, işıqdır.

Elmi mübahisələr olmasa, bir alimdə,

Onun xiridarının olmaz, gücü elimdə.

Mübahisə eyləmək, elm ilə olsa əgər?!

Onun xiridarının, adı, başda çəkilər!

Əgər olarsa, mənim Tanrım, mənə müştəri,

Məni çəkər göylərə, verər layiqli yeri.296

Mənim qanbaham olar, Zülcalalın camalı,

Qanbahamı yeyərəm, kəsb eylərəm Cəlalı!

Bu xiridarlar olmuş, müflis bir solan yarpaq,

Nə xiridarlıq edər, bir ovuc qara torpaq?!

Gili alma, gil yemə, axtarma gili, düzü,

Çünki gil bir zəlillik, saralmış daim üzü.

Sən ürək ye həmişə, daim cavan qalasan,

Bir ərğəvan297 gülü tək, təcəllada olasan!

Ürək tələb eylə sən, özün əlvan olasan,

Daim şad xürrəm qalıb, gül tək xəndan298 olasan.

Ürək gül tələb edən, olmasa daim əgər,

Ürək sahibi üçün, bu sözlər heçə dəyər.

Ya Rəbb! Bu bəxşişlərin, əməlimə hədd deyil,

Sənin lütfün məxfi lütf, bizə xeyirlidir, bil.

Əlimizdə dəstgirik, bizi əlimizdən al,

Pərdələri aç bizə, pərdəni yırtmadan qal,

Bü çirkin nəfs əlindən, bizi geri al yenə,

Sümüyədək işləyib, ümüdümüz, tək Sənə!

Biz tək biçarələri, belə bənd etmək nədən?!

Kimdir bəxtləri açan, mümkünmü qeyri Səndən?!

Bu ağır kilidləri, ey sevgi mənbəyimiz?!

Səndən başqa kim açar, Özünsən köməyimiz?!

Biz də öz üzümüzü, çevirək Sənə tərəf,

Çünki özümüzdən də, Sən bizə yaxın, şərəf.

Belə yaxın olmaqla, yenə uzaqıq- uzaq,

Yenə qaranlıqdayıq, göndər Nurunu çıxaq!

Bu dua, həm bəxşişin, həm də Sənin təlimin,

Cücərərmi gülüstan, içində zibilliyin?!

Qanla ürək içində düşüncəyə, ağıla,

Kərəmindən özgə şey, heç vaxt gəlməz nağıla!

Iki qoşa gözündən, sayrışan nur dalğası,

Düz asimana qədər, yüksələr, gur dalğası.

Dil adlanan əzadan, yastı ət parçasından,

Axır hikmətlər seli, aşaraq məcrasından.

Gedir qulaq adlanan, bir dəlik onu içir,

Meyvəsi yaddaş olan, canın «bağına» keçir.

Can bağının şah yolu, onun şəri299 yoludur,

Aləmin bağ- bostanı, onun fəri300 yoludur.

Səadət çeşməsiylə, qəlbə girən Odur, O!

Altından çaylar axan cənnət verən Odur, O!301

Əzablı hədis söylə, Ya Mustafa Məhəmməd!

Haqq lütfün bəlli eylə, Ya Mustafa Məhəmməd!

Necə şükr eyləyirsən, çünki şükür etdiyin,

Təzə nemət olacaq, ehsanına getdiyin.

Sənin iczin şükründən, şükrə gəlmişdir tamam,

Başa düşüb dərk eylə, kəlamları ver tamam!



Həzrəti Rəsuli-Əkrəm Məhəmmədin xəstəyə dua etmək üsulunu öyrətməsi

Belə dedi peyğəmbər, bizar olan xəstəyə,

Gedəndə baş çəkməyə, gül tək solan xəstəyə!

Sən heç filan duanı, özünçün demisənmi?!

Cahillik zəhərindən, aş edib yemisənmi?!

Yada sal hansı dua, oxunmuşdur dilindən?!

Nəfsin məkrindən qorxub, toxunmuşdur dilindən?!

Dedi: - Yadımda deyil, bir kömək eylə mənə!

Bəlkə yadıma düşə, söyləyəm indi sənə!

Nursaçan Mustafanın, hüzurunda o kişi,

Duanı yada saldı, yox eylədi təşvişi.

Peyğəmbərin köməyi, hər şeyi aşkar etdi,

Onun yadına düşdü, duanı təkrar etdi.

O duanı oxuyub, qəlbdən-qəlbə toxudu,

Haqdan fərqli aydınlıq, bir batillik oxudu!

Dedi: - Ey Rəsul indi, dua düşdü yadıma,

Bu dua mənasızdır, çatmaz mənim dadıma,

Elə ki, bir məqamda, günah iş tuturam mən,

Dənizdə boğulan tək, əl-qolu atıram mən!

Günahı çox olanlar, çarə qapısı arar,

Dənizdə boğulan kəs, çör-çöpə də əl atar!

Səndən hədiyyələrlə, bayramlıq mənə çatdı,

Günahkarların isə, əzab başını qatdı.

Iztirablar çəkirəm, mənim çarəm azdır-az,

Möhkəmcə bağlanmışam, qıfılım heç açılmaz.

Nə tövbəyə ümidim, nə qovğaya qolum var.

Nə vaxtım, nə də səbrim, nə qaçmağa yolum var,

Haqqdan başqa nə dostum, nə yar, nə yoldaşım var.

Belə müşkülə düşdüm, nə dost, nə sirdaşım var!

Harutla- Marut kimi, qəmin hüznün əlindən,

Ah Tanrım! Kaş eşidəm, «bağışlanma» dilindən!
Axirət əzabının çətinliklərinin bəyanı
Harut, Marut qorxudan, açıq-aşkar üzüldü,

Babildə bir quyuya, özlərin layiq bildi!

Ki, axirət əzabın, bu dünyada çəksinlər,

Axirət əzabından, hiylə ilə qaçsınlar.

Özümüz işimizi düzəldək, söylədilər,

Dünya əzabı asan, axirətdən dedilər.

Axirət əzabının vəsfinin, heç həddi yox.

Dünyanın əziyyəti, asandır, həddindən çox.

Ey xoş ol şəxslərə ki, cihad etməklə məşğul,

Bu dünyada əzabkeş, Haqqa yetməklə məşğul.

O dünya əzabından, qurtula bilsin deyə,

Ömür əzabla keçər, yenə dözər, hər şeyə.

Mən hər vaxt deyirəm ki, Ya Rəbb, həmin əzabı,

Bu aləmdə ver, çətin, axirətin əzabı,

Ki, axirət zamanı, qurtulum o əzabdan,

Bu istəyim həqiqət, onu istərəm Haqqdan.

Belə bir əzabkeşlik, mənim üçün tapıldı,

Əziyyətdən bu canım, sakitliyə qapıldı.

Onu zikr eyləməklə, qalmışam öz-özümlə,

Özümdən bixəbərəm, bir olmuşam dözümlə.

Indi sənin özünü, görməsəydim mən əgər,

Bilməzdim ki, xislətin, bütün cahana dəyər.

Olmasaydın sən əgər, öz-özümə, məhv idim,

Bu qəm çəkmək şahanə, bunu özüm istədim.

Dedi: - Hey bu duanı, daha arzu eyləmə!

Özünü –öz kökündən qırıb, çox söz eyləmə!

Ey qarışqa cüssəli, varmı sənin taqətin?!

Əzəmətli bir dağı, üstünə qoysun sənin?!

Dedi: - Tövbə eylədim, ey Sultanım ürəkdən,

Başdan-ayağa qədər, təsirləndim diləkdən.

Bu cahan bir biyaban, Sənsə Musasan mənə,

Günahın təsirindən, biyabandayam yenə.

Bu cahan bir biyaban, Sənlə Musa, birdə biz

Daim günahkarlarıq, biyaban vətənimiz!

Illərlə yol gedirik, sonadək gedəcəyik,

Ilk mənzildə əsririk, əsir də öləcəyik!


Musa Əleyhissalamın millətinin zikri və onların peşmançılığı haqqında
Musanın dindarları yol ilə gedirdilər,

Addımla yol qət edib, məqsədə yetirdilər!

Açıq, gizli sirləri, bir-bir söyləyirdilər,

Kişi-qadın, pir-cavan, hamı bir deyirdilər:

- Musanın qəlbi bizdən, razı qalsaydı əgər?!

Səhranın çətin yolun, asan keçərdik, bizlər!

Bizdən o, tamamilə bizar olsaydı əgər?!

Göydən yeməklər bizə, göndərilərdi məgər?!

Necə daşdan çeşmələr, axıb, cuşa gələrdi?!

Biyabandan hamımız, can qurtara bilərdi?!

Süfrələr əvəzinə, od-alovlar gələrdi!

Evimizdə bizləri, kömürə döndərərdi.

Tərəddüd etdiyiyçin, Musa bizim bu işə,

Gah bizə dost kimidir, gah hirsli bu gərdişə!

Hirsi yatağımıza od vurur, atəş kimi,

Həlimliyi rədd edir, bəlanı günəş kimi.

Nə zaman həlimliyə çevrilər, qəzəbi də?!

Nadir olan şey deyil, çatar bizə lütfi də.

Bu səbəbdən qorxulu, belə mədhi eyləmək,

Musa adın çəkərək, ona fikri söyləmək,

Yoxsa Musa özü də, heç rəva bilməyəcək,

Sənin qarşında, onu mədh edənə güləcək.

Yüz dəfə, milyon dəfə, əhdimizi, sındırmış,

Sənin əhdinsə dağtək, sabit olaraq durmuş.

Bizim əhd zaman təkin, küləyə bir qul kimi,

Sənin əhdin bir dağdır, möhkəm qaya, sal kimi.

Tanrı sənin qüdrətin, bizi rənbərəng etmiş,

Ey rənglərin əmiri, rəhmin bizi ləng etmiş.

Özümüz görmüşük biz, rüsvay olmağımızı,

Çəkmə imtahanına, bağışla canımızı.

Rüsvay işlərimizi, gizlət açıq eyləmə,

Sənə sığınmışıq biz, bizdən acıq eyləmə!

Camalda, həm kamalda, tayın-bərabərin yox,

Əyrilik, rəzilliyin, say-hesabı bizdə çox.

Sən öz məzəmmətini, üstümüzdən götürmə,

Hədsiz əyriliklərə, nəzarətin itirmə.

Səninlə əlaqəmiz, bir ip, bir tar302 kimidir.

Bir Misir kimi idi, indi divar kimidir.

Saxla Sən o divarı, ey əbədi Şahımız,

Qoy şad ola bilməsin divlər, ol pənahımız!

Ilk lütfi bizə deyil, onlara göstərdin sən,

Yolunu azmışlara, öz lütfünü verdin sən!

Rəhmini neylədin sən, bizə rəhmini göstər?!

Ey sən, rəhmin əzəli, rəhm Səndə sanki gövhər!

Əgər bizim duamız, günahları artırsa,

Duanı öyrət bizə, əgər savabı varsa.

Bu minval iləİnsan, Behiştindən qovuldu,

Qayıtmaq izin verdin, çirkin divlə bir oldu.

Göy div hansı məqamda, insanı tərk edəcək?

Dəri xalça üstündə oyun udub, gedəcək?!

Həqiqətdə Adəmə, sonuc xeyirli oldu,

Paxıl lənətə gəldi, qəlbi zəhərlə doldu.

Yüz hiyləni görmədi, qüdrət, əzəmət gördü,

Evinin sütununu, özü əliylə qırdı.

Gecələr atəş vurub, özgələrin öldürdü,

Külək ona qayıtdı, o, özündən ötürdü.

Divə lənət eyləmək, onun gözün bağladı,

Hirsin zərərin gördü, hiylə onu saxladı.

Özü canına ziyan, hiyləsinə can ziyan,

Sanki Adəm div olmuş, divsə Adəmə həyan!

Lənət ona, insanı, əyri görən eyləmiş

Paxıl, özünü görən, kinlə duran eyləmiş.

O biləcək nəhayət, hər kim pislik eyləsə,

Şübhəsiz pis qayıdıb dərd verər, həmin kəsə!

Şahmat vəziri bütün xanaları, tərs görər,

Sonda mat olub qalar, məğlub tək ömür sürər.

Amma özü-özünü, bir heç bilərsə əgər,

Yarasını irinli, həlak edici görər.

Belə içi görməkdən, dərdlər başın qaldırar.

Onun dərd-bəlasını, hicabından çıxarar.

Çünki ana doğarkən, ağrı tutmasa əgər,

Uşağın doğulması, mümkün olarmı məgər?!

Ana doğuş ağrısı tutmayan ana qədər,

Uşaq doğulmaq üçün, imkan taparmı məgər?!

Bu əlamət gizlənmiş, hamiləlik qəlbində,

Bu öyüd, məsləhətlər, qabiləlik303 qəlbində.

Əbəçi304 neyləsin ki, ağrısı yox ananın,

Zahıya ağrı lazım, çağanın doğuşuyçun.

Zəhmətsiz əldə etmək, quldur tək yeməkdəndir,

Ağrısız olan işlər «Ənəl Həqq» deməkdəndir.

Yersiz «mənəm» deyənə, o söz lənət gətirər,

Yerində «mənəm» demək, ona rəhmət gətirər!

Mənsurun «Mən» deməsi, ona rəhmətdir, yəqin!

Fironun «Mən» deməsi, ona lənətdir, yəqin!

«Vaxtsız banlayan xoruz», atalar misalıdır,

«Başın kəsdirər yəqin», bu söz ellər malıdır.

«Baş kəsmək» nə deməkdir, öz nəfsini öldürmək?!

Lamisəni tərk etmək, cihada könül vermək!

Sanki əgər əqrəbin, iynəsini çıxartsan,

Ölümdən qurtararaq, tapacaqsan həyat sən.

Ilanın zəhər dişi, çıxarılsa ağzından,

Ilan daşqalaq olmaz, zəhər diş çıxan andan.

Qocalıqdan savayı, heç nə nəfsi etməz tərk,

Həmin nəfs öldürənin, ətəyindən yapış, bərk!

Əgər bərk tuta bilsən, bil Haqqın köməyidir.

Sənə nə qüvvət gəlsə, bil Onun əməyidir.

Əgər bərk tuta bilsən, bil Haqqının əzmidir,

Sənə nə güc gələrsə, bilki Onun cəzbidir.

Bədənin günahını, özündən kənar eylə,

Canın nəyi vardırsa, canın-canından söylə.

Əllər tuta biləndir, zəhmətə qatlaşandır,

Dəmbədəm zəhmətin çək, zəhmət şöhrətdir-şandır.

Qəm çəkmə, uzun müddət, sən zəhmətsiz qalmısan,

Gec tutsan da, yaxşı tut, sən mükafat almısan.

Gec tutub bərk tutarsa, onun mükafatı çox,

Haqqı ayrılmaz ondan, çünki ona səbəb yox.

Əgər istəyirsənsə, izahını çox daha,

Beynində vird eyləyib oxu, oxu «Vəzzuha».305

Qəribə nə söyləsən, bil ki, Ondandır səndə,

Onun fəzli noqsansız, nöqsanlar bəndəsində!

Pislikləri vermək də, Onun ağlına məxsus?!

Sənə bir misal çəkim, bu misal Ona məxsus?!


«Yominu bilqədəri xəyrəhu və şərəhu!»306 -O, «qəzavü-qədərin xeyri və şərinə inanır» ayəsinin məna açımı
Bir rəssam iki növdə, nəqş eyləmişdi rəsmin,

Bir yarısın zövq ilə, digərin zövqsüz, çirkin.

Mələk kimi xoş üzlü, rəsmi idi Yusifin,

Bəd-heybət, çirkin idi, şəkli, ifritİblisin!

Rəsmin hər bir növü də, onun özünə məxsus,

Ona pislik gətirmir, bu iş-güc, ona məxsus.

Çirkini çirkinliyin, xaricində çəkmişdir,

Bütün çirkin sifətlər, bədəninə çökmüşdür.

Yaxşını yaxşılığın xaricində çəkmişdir,

Aləm yaxşı dadları, sanki onda əkmişdir.

Onun bilik, kamalı, nümayan307 olsun deyə,

Ustadı inkar etsə, rüsvaylıq qalxar göyə.

O, əgər bacarmasa, çirkinlik naqis kimi,

Bu səbəbdən, olacaq kafirlik xalis kimi.

Bundan sonra get sən də, kafirliyə şahid ol,

Buyur, «büt allahına», səcdə edən, sacid308 ol!

Lakin bunu başa düş, mömin könüllü sacid!

Çünki O, Haqq axtaran, dinə könüllü qasid.

Gəbri, Atəşpərəstin, varıdır pis əməli,

Onların hər birisi, ayrı işə məqsədli.

Sultan möhkəm qalalar, sərdabələr tikdirir.

Lakin döyüş zamanı, qalaları sökdürür.

Özünü yağı edir, qalaya sahib qalır,

Sonucda özü dönüb, Sultana «qala» olur.

Özün yağı eyləyir, qalaya sahib olsun,

Özü də bir Sultana, «qala» tək tikilir, son!

O qalanın mömini, Padşaha xidmət edir,

Cah-calala görə yox, o şaha xidmət edir!

Ey çirkinlik yaradan, «şahsan» çirkinlik yerin.

Həm yaxşıya, həm pisə, çatır sənin hünərin,

Yaxşı danış, yaxşı din, ey gözəllik aşiqi,

Eyiblərdən xilas ol, ey, sən güllük aşiqi.

Ey həm kədər, həm qəhər, sahibi Sənə şükür!

Həm hazır, həm nazirsən, sitayişim Sənədir!

Sənsən nəyi istəsən, yerinə yetirən Tək!

Yaxşı-pisi bir edən, qızıl güllə-tikantək!

Sənsən hər bir padşahı, padşahlığa çatdıran!

Sənsən Allahlıq edən, ucalığa çatdıran!


Həzrəti Rəsuli Əkrəmin yataqda yatan bir xəstyə dua və tövbə öyrətməsi
Yataqdakı xəstəyə, Rəsul söylədi böylə,

Dediklərimi söylə, çətini asan eylə!

«Ey Rəbbəna Atina fiddari dünyana həsən!

Vəqinə əzabənnar, fiddari üqbana həsən»309!

Aç yolları bizimçin, bağ-bostanı et lətif!

Bizə lütfünü göstər, kömək eylə ey Şərif!

Möminlər axirətdə deyərlər ey Şahımız!

Cəhənnəmdən uzaq et, bizi ey Pənahımız!

Mömin, kafir məhşərdə bir körpüdən keçməli!

Görmək istəmirik biz körpüdə, alov seli.

Bizlərə bəxş eylə sən, Behişt sarayın əgər?!

Rəzillər bəs haradan, körpünü ötüb-keçər?!

Yaşıl Behişt bağını, Mələklər tərifləyər,

Gördünmü keçid vaxtı, filan yerləri deyər?!

Tanrı cəhənnəmisə, çox çətin sınaq yeri,

Sizlərəsə qismətdir, bağ, bostan, yarpaq yeri.

Cəhənnəm xasiyyətli, sizin nəfs xislətiniz,

Bütpərəst atəşi tək, yandıran fitnə-dəniz!

Siz cəhdlər eylədiniz, od oldu çox şəfalı,

Haqq atəşi söndürdü, sizlər olduz təqvalı.

Göylərə şölə saçan şəhvətli atəşininz,

Təqva bağçası oldu, nurlandı hər işiniz!

Sizin odlu hirsiniz, yumşaldı, həlimləşdi,

Cahillik zülmətiniz nurlandı, elimləşdi.

Acgözlük atəşiniz sizlərdən uzaqlaşdı,

Tikanlı həsədiniz dəyişdi gülzarlaşdı.

Özünüzdə var olan, cümlə atəşləri siz,

Haqqa xatir əvvəldən boğaraq öldürmüsüz.

Od olan nəfsinizi, bir bağa oxşatdınız,

O bağın torpağına vəfa tumu atdınız.

Od olan nəfsinizi bağ edib, sədd çəkdiniz,

O bağın torpağına vəfa tumu əkdiniz.

Bülbüllər həmin bağda, daima cəh-cəh vurar,

Gözəl nəğmələriylə, çəməndə məclis qurar.

Haqqın hökmlərini göylərdən endirmisiz,

Nəfsin cəhənnəm odun su töküb söndürmüsüz.

Cənnətdən qapı açdız, Cənnətə doğru, sizlər,

Isti suyla yudunuz, nəfsinizi günüzlər.

Bizim cəhənnəmimiz sizi gördü dəyişdi,

Yaşıllaşdı, gül açdı, yarpaqlar pıçıldaşdı.

Ehsanına mükafat, bilirsən oğlum nədir?!

Lətafətlə, gözəllik, savab ürəyincədir?!

Siz heç söyləmədiniz, bizlər də qurbanlarıq?!

Varlığın qarşısında biz fani olanlarıq.

Bizlər hiyləgər qəllaş,310 divanə olsaq əgər,

O saqi, peymanədən, məstlikdən verir xəbər,

Onun fərmanı ilə, baş səcdəyə qoyuruq,

O şirin canımızı, qul, kölə tək əyirik,

Nə qədər «dost» xəyalı, bizim sirrimiz olar?!

Nökərlik, qurban getmək, bizim işimiz olar?!

Nə qədər bəla şamı od vurub, yandırdılar,

Yüz minlərlə aşiqin canın odlandırdılar!

Evləri daxilində ömür sürən aşiqlər,

«Yar» üzünün şamına, pərvanə tək məşuqlar!

Ey ürək, ora tələs, o yer səndən nur alsın,

Bəladan can qorunsun, zireh təkin yer alsın!

Canları arasında, sənə yer eyləsinlər,

Səni badəylə dolu camla, bir eyləsinlər.

Canların arasında, özün dürdanə eylə,

Ey sən bədirlənmiş ay, Fələkdə xanə311 eylə!

Ütarüd bürcü kimi, qəlb dəftərin açılsın,

Ki, sənin özün üçün, sirli ətir saçılsın!

Qohumlar önündə ol, sən bir avarə kimi,

Mükəmməl aya çevril, ol sən mehparə kimi!

Zərrrələr öz küllündən,312 qoruna bilən deyil,

Bu ziddlərlə qarışma, bəs nədəndir, de, ey dil?!

Cinslər növlər içində, dönüb olar bir üsul,

Qeyblər görünən olar, parlar, nur saçar bol-bol.

Nə qədər qadın kimi, işvəlisən bixirəd313

Yalançı işvələrdən sənə gəlirmi mədəd?

Yaltaqlıq, şirindillik, aldatmalardan əl çək!

Bəyənirsən, sevirsən, yığırsan cibə, zər tək!

Şahların şilləsiylə, söyüşünü qan, oyan!

Sənə faydalı olar, azğınlar duasından!

Şahlar şilləsini ye, yemə alçaq balını,

Ki, sən bir mərd olasan, alasan iqbalını.

Şahlardan xələt gələr, ya da ki, dövlət gələr,

Cəsəd ruh pənahında, canına qeyrət gələr!

Harada ayaqyalın, binəvaları görsən,

Bil ki, o, ustadından qaçmış, qəsdinə dur, sən!

Ki, könlü istədiyi, elə bir günə qalmış,

O, kor qəlbli xeyirsiz, pis mükafatını almış!

Elə günə qalanda, ustad düşsə könlünə,

Sanki özün-özünə, bəzək vurarsan yenə!

Hər kim ustadan qaçsa, bu cahan torpağında,

Sanki varından qaçır, yox çörək, ocağında.

Can bəsləmək üçün sən, bir sənət kəsb etmisən,

Islam sənətinə də, sən heç, bir əl qatmısan?!

Dünyada geyinərək, yaşadın zəngin oldun,

Gedəndə nə apardın, ömür qurtardı, soldun?!

Elə bir peşə öyrən, axirət zamanında,

Sənə xeyir gətirsin, sorğu-sual anında.

O cəhan bir şəhərdir, «bazarı bol», işi bol,

O bazarı görməkçin, bu dünyadan keçir yol!

Haqq demiş bu dünyanın, kəsbi314 asan, bil bunu!

O dünyaya nisbətən, sanki uşaq oyunu.

Sanki bir tifil çıxmış, başqa tifil üstünə,

Şuxluq eyləyib, yeyir, durur üstündən yenə,

O, uşaq dalaşması, nə olar, bir oyuncaq,

Rüstəm tək cəhd eyləmək, cihad sayılar, qoçaq!

Uşaqlar oyun üçün, dükan tikib qurarlar,

Bunun faydası olmaz, yalnız vaxt ötürərlər.

Axşamçağı ac-susuz, qayıdarlar evlərə,

«Dükan» qalar, uşaqlar qaçışarlar evlərə.

Bu dünya oyun yeri, ölüm isə gecələr,

Boş kisəylə qayıtsan, ac başına nə gələr?!

Gor evinə tərəfsən, təksən, tənha qalmısan,

Ah-fəğan eyləyirsən, həsrətdən, saralmısan.

Din elmini kəsb etmək, eşqdir cəzbi var, oyan!

Bacarıq Haqq nurudur, ey kəc adam, bunu qan!

Sənin bu çör-çöp nəfsin, faniliyə həvəskar,

Neçin belə çör-çöpü, yığmağa həvəsin var?!

Çör-çöp nəfs dalıncasan, şərafət axtaran kəs,

Hiylə, məkri uzaq et, onu axtarmaq əbəs!


Iblis lənətliyin «namaz vaxtı keçdi», deyərək Maviyyə lənətliyi oyatma hekayəti
Hədislərin birində, belə xəbər yazılmış,

Maviyyə öz qəsrində, yatağında yatıbmış!

Qəsrin qapılarına, özü kilid vurubmuş,

Camaatla görüşdən, həddən çox yorulubmuş.

Birdən «bir kişi» onu, yuxusundan oyatmış,

Gözünü açan kimi «o kişi» gözdən itmiş.

Öz-özünə söyləmiş: - Qəsrə kimsə kirəmməz?!

Bü cürət, bu sırtıqlıq, heç kimsədə olammaz?!

Ətraflı dolaşaraq, tələb etmiş hamıdan,

Həmin gizlənən «kişi», tapılsın yubanmadan!

Qapının arxasında, eybəcər kişi görmüş,

Pərdə dalında qalmış, üzünə pərdə vurmuş.

Demiş: - Ehey sən kimsən, adın nədir, söylə bir?!

Cavab vermiş: -Iblisəm, xəbisliyim bəllidir!

Demiş: -Niyə oyatdın, məni belə, söylə bir?!

Doğru danış, aldatma, bu işdə məqsəd nədir?!

Demiş: -Namazın vaxtı, sona çatmış, tələs sən!

Məscidə qaçmalısan, oraya gecikmisən,

Vəhdət dürrün Mustafa, elə ki, deşdi, keçdi,

Ölümündən əvvəlcə, əcəl şərabın içdi.

Dedi: - Yox-yox, bunu sən, qərəzlə söyləyirsən!

Guya yol göstərirsən, doğru yol diləyirsən?!

Oğru gəlmiş gizlincə, evimdə sakin olmuş,

Qayğına qalıram mən, deyərək hakim olmuş!

Mən hardan, o oğruya, qəlbən inana billəm?!

Oğrudan xeyirli iş, özümə sana billəm?!

Xüsusən sənin kimi, bir yol kəsən olarsa?!

Guya şəfqət göstərib, boyun basan olarsa?!


Maviyyə lənətliyə,İblis lənətliyin ikinci cavabı.
Iblis belə söylədi: - Mən bir vaxt mələk idim!

Can-başla, itaətlə, Tanrıya kömək idim!

Salik315 olanlar ilə, həmçinin məhrəm idim!

Ərşin sakinləriylə, daima həmdəm idim!

Ilk-əvvəl olan peşə, necə qəlbi tərk edər?!

Ilk məhəbbət, zay olub, necə ürəkdən gedər?!

Səfər edib ya Rumu, ya da Xütəni görsən?!

Heç qəlbindən çıxarmı, vətənə ürək versən?!

Biz Onun «şərabından», məst olanlardan idik!

Dərgah «aşiqlərindən», dost olanlardan idik!

Onun məhəbbətiylə, göbəyimiz kəsilmiş,

Onun eşqinin nuru, «canımıza» əkilmiş,

Onun rüzigarından, xoş gün görüb keçmişik!

Onun şəffaf arxından, zəhmət suyu içmişik!

Onun fəzilətindən, məgər yaranmamışıq?!

Varlığı, güzəştiylə, məgər dayanmamışıq?!

Ey, nə çox, Tanrıdan biz, nəvazişlər görmüşük!

Onun gülüstanında, xoşbəxt ömür sürmüşük!

Başımıza rəhmətlə, diqqətlə əl çəkirdi!

Lətafət gözləriylə, şəfqətlə göz dikirdi!

Südəmər uşaq kimi, Dərgahında olanda,

«Beşiyim» tərpədirdi, lazım gələn zamanda!

Süd olmayan «südünü», mənə kim verə bilər?!

Ondan başqa kim məni, tədbiriylə bəsləyər?!

Xasiyyəti, südüylə, vücudumda yer salmış,

Xalq sirrin aça bilmək, xisləti Ondan qalmış!

Dərya tək kərəmini, əta eyləsə əgər?!

Kərəm qapılarını, kimlər bağlaya bilər?!

Lütf, ədalət, bəxşişlər, Onun saf kərəmidir!

Onda olan qəhr isə, bizə dərd, vərəmidir!

Lütfünün çoxluğundan, bu dünyanı yaratdı,

Zərrələri Günəşdən, cücərərək, boy atdı!

Qəhrindən ayrılıqlar, «hamilələr» olsa da,

Həmçinin vüsalı var, bilinməlidir, o da!

Cana «qulaq burması», verə bilən Tək, Odur!

Vüsal dövrünün qədrin, bilməyə kömək, Odur!

Cana «qulaq burması», verir ki, dərk eyləsin,

Vüsal qədrini bilsin, onu idrak eyləsin!

Nəbi demiş: - Haqqımız, belə buyurmuş Bizə,

«Qəsdim kərəm göstərmək, ey bəndələrim Sizə»!

Yaratdım sizləri ki, Məndən xeyir tapasız,

Əlləri çırmalayıb, öz şəhdimdən dadasız!

Sizi fayda tapmaqçin, yaratmamışam ki, Mən!

Lüt-üryan saxlayaraq qəbanızı götürəm!

Hüzurumdan bir müddət, qovulsanızda Sizlər!

Gözüm xoş üzünüzdə, yaxşıları əzizlər!

Belə xoş baxışlara, sizin qəhriniz nədən?!

Hər bir kəs bəd əməlli, şəhdə, zəhriniz nədən?!

Mən «səbəbə» baxmasam, o hadisə yaradar.

Hadisəçi vardırsa, hadisələr törədər.

Əzəldən lütfüm olmuş, lətafətlə baxaram,

Nə hadisə törənsə, iki bölüb ataram.

Tutalım həsədlikdən, səcdəni tərk elyləmiş,

O həsəd məhəbbətdən, inkara yox söyləmiş.

Hər bir həsəd törəyər, dostluğumuzdan bizim.

Həmnişin ola bilək, özgə dostla əzizim!

Dostluğun şərtlərindən biri, qeyrətlilikdir.

Asqırmaq şərtlə olsa, sonuc sakitlilikdir.

Yağlı süfrəsi Onun. başqa bir əməl deyil,

Nə istərsən et deyər, sonda süfrəmə əyil!

Birisi oyun vaxtı dedi ki, mən uduzdum!

Özüm bəlaya düşdüm, onunçun belə dözdüm.

Bəla içrə də mənə, O göstərir iltifat,

Ona matəm, Ona matəm, Ona mat!

O etməsə iltifat «azad» buraxsa bizi;

Altı cəhət içində, yaşayan qalmaz, düzü.

O şəxs altı cəhətsiz qalsa necə olar haqq?

Xüsusiylə də olsa o, varlıqla kəc, nahaqq?

Hər kim atəş içində, olsa «altı cəhət» də,

Odur qurtaran onu, Xaliq O, kainatda!

Bir şəxs əgər kafirsə, iman Xaliq əlində,

Imanı əldə etmək, kafirin əməlində!




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin