Tİbrus Şafım ar
Eynşteynə irad tutulduqda deyir ki, yaxşı-pis geyinmə
yimin elə bir əhəmiyyəti yoxdur, onsuz da indi məni
burada hamı tanıyır...
İnsanda gərək hər şey gözəl olsun və insanı əhatə
edən bütün canlı və cansız varlıq da gözəl olanda əlayül-
əla olur. Düzdür gözəllik duyumu nisbi və fərdi xüsusiy
yət daşıyır. Ola bilsin ki, sənə görə gözəl olan, mənə görə
çirkin olsun. Gözəllik insanın nitqində də təzahür edir,
özünü büruzə verir. Quranda deyilir: «Bəndələrinə de ki,
danışarkən bir-birilərinə gözəl-gözəl sözlər desinlər».
Gözəlliyi duymaq üçün heç də baxmaq, eşitmək kifa
yət etmir, onu qavramaq, dərk etmək, qiymətləndirmək
lazımdır. Cismani gözəllik də, mənəvi gözəllik də zəru-
ridi. Onlar bir-birini tamamlayanda isə bütövlük yaranır,
mütləq gözəllik doğulur. Əgər onlardan birini atıb, birini
saxlamaq lazım gəlsə, onda mənəvi gözəlliyi saxlamaq
zəruridir.
Biz baharın ən qaynar çağında, təbiətin axarlı-baxarlı
qoynunda olub, gözəlliyini seyr edəndə sanki gözlərimiz
dincəlir, istirahət edir. Nizami Gəncəvinin hansı əsərin-
dəsə göstərilir ki, adamlar bir yerdən keçəndə burunlarını
tutub tez ötürmüşlər. Lakin başqa bir nəfər həmin yerə
yaxınlaşanda dayanır, yaxınlıqda olan, iylənib eybəcər
hala düşmüş it cəsədini görüb onun dişlərinə diqqət
yetirir və deyir:
- Nə gözəl inci kimi dişləri var.
Bununla da şair demək istəyir ki, gözəllik elə bir qüv
vədir, elə bir cazibədir ki, yüz çirkinliyin içindən özünü
göstərir, qəlb oxşayır, göz oxşayır. Dünya var olandan
insan gözəllik sorağında olub, bu da yaradıcı adamların
əsərlərində öz əksini dönə-dönə tapıb.
1 7 4 __________
Ümumiyyətlə, gözəllik elə bir mövzudur ki, onun
barəsində nə qədər danışsan da qurtaran deyil. Bu, bəşər
övladı yaşadıqca var olan bir duyğudur.
Bir
dəfə universitetdə Hüseyn Cavidə imtahan verən
son dərəcə gözəl bir qız sualı yaxşı bilmədiyindən şairdən
xahiş edir ki, ona aşağı qiymət verməsin. Şair də qayıdıb
deyir ki, qızım, sənin qiymətini Tanrı əla verib, mən
nəkarəyəm ki, onun verdiyi qiyməti aşağı salım.
Hüseyn Cavid bu sözləri deyib qızın qiymət vərə
qəsinə «əla» yazır.
Dostları ilə paylaş: