Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»


olub,  elə  məqamlarda  qorxub  mövqevinizi  dəvişmomisiniz



Yüklə 10,65 Mb.
Pdf görüntüsü
səhifə73/174
tarix02.01.2022
ölçüsü10,65 Mb.
#2287
1   ...   69   70   71   72   73   74   75   76   ...   174
olub,  elə  məqamlarda  qorxub  mövqevinizi  dəvişmomisiniz 
ki?
-  Dəfələrlə taleyin  zərbələrinə  məruz qaldığım  vaxtlar 
olub.  Ancaq  heç  vaxt  öz  yolumdan  dönüb  mövqeyimi 
dəyişməmişəm,  haqsızlığa  qarşı  həmişə  mübariz  olmu­
şam.  Nə  vaxt  məğlub  olsam  da  naümid  olmamışam,  sa­
baha  ümidlə  baxmışam.  Ağac  gövdəsinə  və  kökünə  gü­
vəndiyi  kimi  mən  də dostlara,  vicdanlı  və  işgüzar  adam­
lara güvənmişəm və inanmışam  ki, dünyamız yaxşılardan 
xali deyil.
-  İnsanda  olan  hansı  naqis  xüsusiyyəti  islah  etmək 
çətindir?
Xudbinliyi,  özündən  müştəbehliyi  islah  etmək  müm­
kün  deyil.  Kimin  ki  qəlbində  xeyirxahlıq  deyil,  mərdi­
mazarlıq  kök salıb,  kim  ki  yalanı özünə peşə edib,  kim  ki 
qorxaqdır,  kimin  ki  canında  qeyrət  damarı  yoxdur,  çətin 
ki,  onlar islah olunsun.  Ancaq adamlarda elə çatışmayan 
xüsusiyyətlər  olur  ki,  onu  düzəltmək  olur.  Səhvsiz  insan 
yoxdur.  Hamı  səhv  edir,  ancaq  hamı  səhvini  başa 
düşmür.  Xoş  o  adamın  halına  ki,  səhvini  başa  düşür.  Bir 
də  onu  deyim  ki,  insanda  olan  nadanlıq  xüsusiyyəti  də 
müalicəsizdir.

Yüklə 10,65 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin