- Şair deyir, kim ki, yüz il yaşamasa günah onun özün dədir. Mənə elə gəlir ki, çoxları həmin ömrü də insan üçün çox az bilir. Zeynəddin müəllim, Siz uzunömürlülər diya rında yaşayırsınız. İnanıram ki, 100 ilin kürəyini yerə vu racaqsınız. Və siz yüz ildən də artıq ömür sürməyə haqqı olan insansınız. Əlişir Nəvai də deyir ki, yüz 0 yaşamaq üçün, yüz illik də səbrin və dözümün olmalıdır. O mənada da mən sizi səbirli və dözümlü insan kimi tanıyıram, elə deyilmi? - Bizim ulu dağlarımız - Şahdağı, Bazardüzü dağı
naz-qəmzəli gəlinə bənzəyir, ağ örpəyi heç zaman üzün
dən əskik olmur, hər kəsə qaş-qabaq açmır. Qismət ilahi-
dən. Nazını çəkmək, pişvazında durub dodaqlarımla
dodaqlarından süzülən, dişgöynədən sularını içmək həs
rəti ilə bu fələyin acığına hələ yaşamaq və doğmalarımla,
el-obamla birlikdə nəfəs almaq istəyim məndə olduqca
güclüdür.