Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»


Özünüzü  başqasının  yerinə  qoyduğunuz  məqamlar



Yüklə 10,65 Mb.
Pdf görüntüsü
səhifə82/174
tarix02.01.2022
ölçüsü10,65 Mb.
#2287
1   ...   78   79   80   81   82   83   84   85   ...   174
  Özünüzü  başqasının  yerinə  qoyduğunuz  məqamlar 
çoxmu olub?
-  Çox  olub.  Xüsusən  icra  başçısı  işlədiyim  illərdə.  O 
vaxtlar yanıma  min  bir ümidlə gələn kimsəsiz, haqqı  tap­
dalanan,  ehtiyac  içində  yaşayan  adamları  görəndə, 
özümü  unutmuşam,  özümü  onların  yerində  görmüşəm. 
Heç  şübhəsiz  ki,  mənə  üz  tutanların  hamısının  işini, 
problemini  məndən  asılı  olmayan  səbəblər  ucbatından 
ürəyimcə  həll  edə  bilmədiyim  vaxtlar  da  olub.  Belə  mə­
qamlarda  onunla  təsəlli  tapmışam  ki,  mən  bacardığımı, 
imkanım  dairəsində,  vəzifə  səlahiyyətlərim  həddində  edə 
bilmişəm.  Belə  bir  deyim  var,  -  deyirlər  ki,  birinə  kö­
məklik  məqsədilə  gündə  bir  balıq  verincə,  eləcə  ona  bir 
tor ver, qoy gedib özü balıq tutub dolansın.
Yadımdadır,  başçı  işlədiyim  zaman  kəsiyində  həmişə 
Allaha  üz  tutub  deyirdim  ki,  ay  Allah  sən  mənə  tamah 
vermə,  əgər  tamahım  varsa  da  onu  məndən  al,  elə  olsun 
ki,  camaat  üçün  arzuolunası  başçı  olum.  Mən  ona  görə 
tamah  deyirəm  ki,  elə  bütün  bəlalarımızın  kökündə  ta­
mah dayanır. Tamah olmayan yerdə haqq-ədalət də olar, 
heç  kim  heç  kimin  haqqını  yeməz  və  insanlar  bir-birinin 
göz  yaşlarını  silər,  bir-birinin  ağrısına  da,  sevincinə  də 
şərik olar.

Yüklə 10,65 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin