- Hörmətli dost, həyatda çox şey olur, bəzən uduz mamaq üçün sözünü udmaq məcburiyyətində olursan. Sizdə necə, buna oxşar hallar olub? - Yadıma gəlmir.
- Deyin, kimlərdən zəhləniz gedir? - ö z xeyiri, öz qazancı üçün şeytana səcdə edənlərə,
xəyanət edənlərə, sözünün ağası olmayanlara, zalımlara,
valideyn haqq-sayını itirənlərə, dosta dönük çıxanlara,
vəzifə kürsüsünə qalxandan sonra sadə insanlara xor
baxanlara.
Qardaş bu siyahını bir az da uzatmaq olardı, ancaq
elə bilirəm ki, dediklərim də kifayət edər.