- Zeynəddin müəllim, inanıram ki, Sizin ən böyük mə nəvi gözəlliyiniz, xüsusiyyətləriniz və məziyyətləriniz, və tənpərvərliyiniz, idrakınız, seçdiyiniz peşənizi dərindən bil məyiniz, el-obaya bağlılığınız, münasibətlərdə səmimiy yətiniz, tamahsız olmağınız, bütün işlərinizdə ədalət adlı əlahəzrətə üz tutmağınız, haqqı nahaqqa verməməyiniz, mərdliyiniz, qonaqpərvərliyiniz, vəzifəli şəxslərin qarşı sında əyilməməyiniz, təvazökarlığınız, xalqımızın milli və mənəvi dəyərlərinə söykənməklə bəşəri hisslərlə yaşayıb xeyir əməl sahibi olmağınız və bir də sevib-seçdiyiniz, kö nül verdiyiniz Şərqiyyə xanıma dağlardan uca, dəryalardan dərin olan məhəbbətinizdir. Bu yerdə onu da deyim ki, gözəl xislətli və gözəl sürətli qadın, kişi üçün onun qədir- qiymətini bilən üçün haqdan gələn nurdur, həyatdır.