Bakı 2021 Mündəricat Öz müəlliminin nəzəriyyəsini alt-üst edən tələbə-Nils Bor



Yüklə 1,37 Mb.
səhifə1/10
tarix31.12.2021
ölçüsü1,37 Mb.
#49532
  1   2   3   4   5   6   7   8   9   10
Vəfa Hüseynzadə Fizika





Ad: Vəfa
Soyad: Hüseynzadə
Qrup: 209 qrup
İxtisas: Ətraf mühitin mühafizəsi və bərpası
Müəllim: Qulayeva Asiyət
Fənn: Fizika


Mövzu: Hidrogen atomunun bor nəzəriyyəsi onun çətinlikləri

Bakı 2021

Mündəricat

1. Öz müəlliminin nəzəriyyəsini alt-üst edən tələbə-Nils Bor

2. Atom modelləri

3. Hidrogen atomunun kvant nəzəriyyəsi (Bora görə)

4. Atomun Bor modeli

5. Bor postulatları

6. Bor nəzəriyyəsinin zəif cəhətləri

1. Öz müəlliminin nəzəriyyəsini alt-üst edən tələbə

Onu ilk vaxtlar ölkəsində fizika alimi kimi yox, futbolçu kimi tanıyırdılar. 1922-ci ildə Nobel mükafatı alanda yerli qəzetlər belə bir başlıqla çıxmışdı: "Məşhur futbolçu Nobel mükafatı aldı". Lakin qəzetdə dərc olunmuş məqalədə məlum deyildi ki, Bor Nobel mükafatını nəyə görə alıb: futbola və ya digər hansısa başqa işə görə. Danimarkalı alim Nils Bor müasir fizikanın yaradıcılarından biridir. Kvant mexanikası, atom nəzəriyyəsi, nüvə reaksiyaları sahəsində əsas elmi işlərin yaradıcısıdır. Kopenhagendə Nəzəri Fizika İnstitutu yaradıb (Nils Bor İnstitutu), dünya nüvə elm məktəbinin banisidir. 1943-1945-ci illərdə Amerikada işləyib. Atom nəzəriyyəsini hazırlayıb. Onun əsasında atomun planetar modeli, kvant nəzəriyyəsi və Borun təklif etdiyi postulatlar durur. Atom təhlükəsinə qarşı fəal mübarizə aparıb. 1922-ci ildə Nobel mükafatı alıb. Oğlu Oge Bor da atası kimi XX əsrin böyük fiziklərindən olub və 53 il sonra 1975-ci ildə Nobel mükafatına layiq görülüb.



İlk addımlar

Nils Xenrik David Bor 1885-ci il oktyabrın 7-də Kopenhagendə anadan olub. Atası Xristian Bor (1858-1911) Kopenhagen Universitetinin fiziologiya üzrə məşhur professoru, fiziologiya və tibb sahəsində iki dəfə Nobel mükafatına namizəd olub. Anası Elen Adler (1860-1930) yəhudi ailəsindən çıxıb. Onu ölkənin bank, siyasi və intellektual dairələrində yaxşı tanıyırdılar. Sonralar alim xatırlayırdı: "Mən dərin mənəvi maraqların hökm sürdüyü, elmi diskussiyaların adi hal olduğu ailədə böyümüşəm, atam üçün onun öz elmi işləri ilə insan həyatının bütün problemlərinə canlı maraq göstərməsi arasında kəskin fərq mövcud deyildi". Valideynləri uşaqlarının gələcək həyatını məzmunlu və xoşbəxt edə bilmişdilər. Ailənin, xüsusən də analarının isti münasibəti onlarda səmimi keyfiyyətlərin formalaşmasında həlledici rol oynadı. Bor həm şəxsiyyəti, həm də insani davranışları ilə böyük xəyallar ardınca qaçan gənclər üçün bir örnək və öncül idi. Balaca Nils uşaqkən heç də parlaq bir gələcək vəd etmirdi. Gələcəkdə məşhur riyaziyyatçı olacaq qardaşı Xarald da ondan fərqlənmirdi. İki qardaşın ən çox sevdiyi anaları ilə birlikdə tramvayda şəhəri gəzmək idi. Buna baxmayaraq, Nils Borun məktəb illəri çox maraqlı keçib. Atasının fizika və fəlsəfə üzrə dostları hər cümə axşamı Bor ailəsinə qonaq gələr və onlar elm dünyasında baş verənləri müzakirə edərdilər. Qardaşlar isə bir küncdə oturaraq onların qızğın müzakirələrinə qulaq asardılar. Nils həm fizika, həm də fəlsəfəyə dair müzakirələrin gedişini böyük diqqətlə izləyərdi. Özlərinin qaynar diskussiyalarından baş ayırmayan yaşlı elm adamları heç fikirləşməzdilər ki, onların bir addımlığında Danimarka elminə dünya şöhrəti gətirəcək balaca Nils Bor var.

Əvvəlcə Nils Kopenhagendə Qrammelxolm Qrammatika Məktəbində oxuyub. Bor və onun qardaşı, sonralar tanınmış riyaziyyatçı olmuş Xarald məktəb illərindən futbol həvəskarı idilər. Qardaşlar həvəskarlardan ibarət "Akademisk" futbol komandasında oynayırdılar. Nils komandanın qapısını qoruyur, Xarald isə yarımmüdafiəçi idi. Sonralar Xarald Danimarka yığma komandasının üzvü olub və "Olimpiada - 1908"-in gümüş medalına layiq görülüb.

Sonralar da stolüstü tennis, qayıq idmanı, xizəksürmə Nils Borun bütün həyatı boyu məşğul olduğu idman növləri idi. 1903-cü ildə məktəbi bitirən Nils Kopenhagen Universitetinin təbiətşünaslıq fakültəsinə daxil olur. Onun burada uğurları o qədər çox idi ki, tədqiqatçılıq sahəsində qeyri-adi qabiliyyətləri hamını heyrətləndirirdi. 1907-ci ildə atasının laboratoriyasında suyun səthi gərilməsi sahəsində tədqiqatlarına görə Kopenhagen Elmlər Akademiyasının qızıl medalı ilə təltif olunmuşdu. Bu, onun yeganə eksperimental işi idi. 1907-ci ildə Bor bakalavr olub.

O, 1909-cu ildə Kopenhagen Universitetində magistr dərəcəsi alıb. Onun metallarda elektronların nəzəriyyəsinə dair doktorluq dissertasiyası ustad tədqiqat işi hesab olunurdu. Bu iş elmi fəaliyyətinin ilkin dövrlərində onda belə bir qənaətə gəlməyə imkan verdi ki, klassik nəzəriyyə elektronların davranışını tam təsvir edə bilməz. 1911-ci ildə Bor doktorluq dərəcəsi alıb, eləcə də Kembricdə məşhur Con Tompsonun laboratoriyasında birillik təcrübə keçmək üçün xüsusi təqaüdə layiq görülüb. 1912-ci ilin əvvəllərində Bor Mançesterə Ernest Rezervordun yanına gedir. O, burada alfa və beta zərrəciklərin tormozlanması sahəsində tədqiqatlarla məşğul olub, sonra isə atom strukturunu öyrənib. 1910-cu ildə Nils Bor aptek sahibinin qızı Marqaret Nerlund ilə tanış olub, bir il sonra onlar nişanlanıblar. Özünün ilk 4 illik xarici təhsil ezamiyyətindən qayıdan Bor 1912-ci il avqustun 1-də Marqaretlə evlənib. Onların nigahı hər ikisinə əsil xoşbəxtlik gətirdi. Onlar biri-biri üçün çox qiymətli idilər. Ailədə 6 uşaq böyüyürdü. Oğlanlarından biri sonralar yazırdı: "Bizim ailədə anamızın oynadığı rolu qeyd etməmək olmur. Onun rəyi atam üçün həlledici idi, onun həyatı anamın həyatı idi. Həyatımızda istənilən hadisədə - istər böyük, istərsə də kiçik olsun, anamız iştirak edirdi. Təbii ki, hansısa qərarı qəbul edəndə atamızın ən yaxın məsləhətçisi idi".

1912-ci ilin yayında Bor ölkəsinə dönərək Kopenhagen Universitetində professor-assistent vəzifəsinə təyin olunur. Kembricə bir həftəlik səfər gedişində Bor Rezerforda baş çəkib. O, evə qayıtmazdan əvvəl alfa hissəciklərin tormozlanmasına dair apardığı işləri tanışlıq üçün Rezerforda verib.




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin