2. Atom modelləri
Atom (yunanca -"bölünməz") - kimyəvi elementin, bu elementə aid xüsusiyyətlərini saxlayan ən kiçik zərrəciyidir. Elmin inkişaf tarixi boyunca müxtəlif atom modelləri təklif olunmuşdur. İlk dəfə olaraq b.e.ə. V əsrdə Demokrit abstrakt şəkildə atom haqqında fikir söyləmişdir.
Atom modelləri
Atom modelləri izolə olunmuş atomların quruluşunu əks etdirir.
Demokrit- Levkipp modeli
Demokrit hesab edirdi ki, istənilən əşyanın xarakteri – onun kütləsi, forması və s. onun atomlarınn xassələri ilə təyin olunur. Məsələn, alovda atomlar daha itidir, buna görə də o yanma qabiliyyətinə malikdir. Bərk cisimlərdə onlar kələ-kötürdülər, ona görə də, onlar bir-biri ilə möhkəm əlaqədə olurlar, suda onlar hamardırlar, bu da suyun axmasına imkan verir. İnsan qəlbi (ruhu da) də Demokritə görə atomlardan təşkil olunmuşdur. Demokrit öz hipotezini atomistlik adlandırırdı. Demokrit ilə yanaşı onun müəllimi Levkipp də atomist olmuşdur. Həmin dövrdə atomistlik hipotezinin qəbul olunmamasının səbəbi Demokrit və Levkippdən daha şöhrətli olan Aristotelin (Ərəstu, Ərəstun) atomu qəbul etməməsi idi. O qəbul edirdi ki, Demokritin atom hipotezinin əsas hissəsi olan boşluq mövcud ola bilməz. Hətta o belə bir postulatın müəllifi idi
Nature not abhorret vakuum (Təbiət boşluğa dözmür).[1]
Bu postulat uzun müddət aristotel fizikasının əsas postulatı olmuşdur.
Tomson modeli.
A limlər atomun bərabər sayda müsbət və mənfi yüklü zərrəciklərdən təşkil olunduğunu XIX əsrin əvvəllərindən bilirdilər. İngilis fiziki C.C.Tomson (qısaca Ci- Ci[2]) 1897-ci ildə elektronu kəşf etdi və müəyyən olundu ki, elektron hidrogen atomunun kütləsindən təxminən 2000 dəfə kiçikdir. Bir tərəfdən bu fakta, digər tərəfdən atomun neytral olması faktına əsaslanaraq Ci- Ci 1903-cü ildə atomun quruluşunun ikinci modelini irəli sürür.[3]
Dostları ilə paylaş: |