Bakı 2021 Mündəricat Öz müəlliminin nəzəriyyəsini alt-üst edən tələbə-Nils Bor



Yüklə 1,37 Mb.
səhifə4/10
tarix31.12.2021
ölçüsü1,37 Mb.
#49532
1   2   3   4   5   6   7   8   9   10
Vəfa Hüseynzadə Fizika

Fizikada fəlsəfə axtaran alim

Nils Boru uşaqlıqdan başqalarından fərqləndirən bir keyfiyyət var idi: o, bütün elmi araşdırmalarında, nəzəriyyələrində, fərziyyələrində fəlsəfi məna axtarırdı. Onun qənaətinə görə, bütün elmi düşüncənin fəlsəfi əsası, izahı var. Dahi alim bu prinsipə ömrünün sonuna qədər sadiq qaldı. Alim hələ tələbəlik illərində "Ekliptiklər" adlı fəlsəfə klubu yaratmışdı. Onun üzvləri arasında fiziklər, riyaziyyatçılar, hüquqşünaslar, psixoloqlar, tarixçilər, entomoloqlar, linqvistlər, incəsənət işçiləri var idi. Bor təkcə atomun müasir modelinin banisi deyil. O, həm də fizikada iki yeni fəlsəfi prinsipin müəllifi idi. Onlardan birincisi, uyğunluq prinsipi - yeni nəzəriyyə köhnə nəzəriyyə ilə bir-birinə bağlanmalıdır və bu bağlanma nöqtəbənöqtə izlənilməlidir. İkincisi, qarşılıqlı tamamlama prinsipidir. O, fizikin işini şairin yaradıcılığı ilə müqayisə edərdi. Hər ikisi reallığı əks etdirən obraz gəzir. Lakin Borun fiziki reallığı şairinkindən fərqlənirdi. Bu, şairin daxili aləmi deyil, təbiət hadisələri və toplanmış faktlar arasında qarşılıqlı əlaqənin birliyi idi. Ona bir-birini tamamlayan anlayışlar lazım idi. O, kvant fizikasına vahid təsəvvürlər sistemi kimi baxırdı. Alim tələbələrinin elmi uğursuzluğuna təmkinlə baxar və bunda da fəlsəfi məna axtarardı. Elmdə uğursuzluğa düçar olmuş tələbələrindən biri barədə Bor belə demişdi: "O, şair oldu - fizik üçün onun kifayəf qədər az təxəyyülü var idi".




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin