5. Bor postulatları
Borun birinci postulatı. Atom sistemi, hər birisi müəyyən En enerjiyə malik olan, yalnız xüsusi stasionar vəziyyətlərdə ola bilər. Stasionar vəziyyətdə atom şüalanmır.
Borun ikinci postulatı. Atom sistemi enerjini yalnız bir stasionar vəziyyətdən digər stasionar vəziyyətə keçdikdə enerji şüalayır və ya enerji udur. Şüalanan və ya udulan fotonun enerjisi stasionar vəziyyətlərin enerjiləri fərqinə bərabərdir.
Atom k-cı enerji səviyyəsindən n-ci enerji səviyyəsinə keçdikdə şüalanan və ya udulan fotonun enerjisi:
Efoton = En – Ek.
h·νnk = En – Ek.
Burada h=6,63∙10-34 C∙san, νnk - şüalanan və ya udulan fotonun tezliyi.
Atom böyük enerjiyə malik olan səviyyədən kiçik enerjiyə malik olan səviyyəyə keçdikdə foton şüalanır. Fotonun enerjisi səviyyələrdəki enerjilərin fərqinə bərabərdir. Və, əksinə, fotonun udulması zamanı, atom kiçik enerjiyə malik olan vəziyyətdən böyük enerjiyə malik olan vəziyyətə keçir.
Bor – hidrogen atomunun hər bir stasionar vəziyyəti üçün enerji qiymətlərini hesablayıb.
Hidrogen atomunun ən aşağı enerji səviyyəsində olan vəziyyəti əsas və ya həyacanlanmamış adlanır. Bütün başqa vəziyyətlər isə həyacanlanmış adlanır. Digər atom və ya yüklü zərrəcik ilə toqquşması zamanı və ya fotonu udarkən, hidrogen atomu enerji ehtiyyatı az olan vəziyyətdən enerji ehtiyyatı çox olan vəziyyətə keçir. Hidrogen atomu istənilən həyacanlanmış vəziyyətdən aşağı vəziyyətə keçə bilər ki, bu keçid foton şüalanması ilə müşahidə olunur. Müşahidələr və təcrübələr onu göstərir ki, atom yalnız stasionar vəziyyətlərindəki enerji fərqinə bərabər olan miqdarda enerji şüalayır və ya udur.
Hidrogen atomunun enerji udması
Hidrogen atomun enerji udması zamanı səviyyələr arasındakı keçid:
Hidrogen atomunun enerji şüalaması
Hidrogen atomunun enerji şüalaması zamanı səviyyələr arasındakı keçid:
Dostları ilə paylaş: |