Bakı 2022 Azərbaycan müstəqilliyi – xarici siyasəti


- İkitərəfli əlaqələrin inkişaf etdirilməsi



Yüklə 30,67 Kb.
səhifə4/9
tarix14.05.2023
ölçüsü30,67 Kb.
#113429
1   2   3   4   5   6   7   8   9
Azərbaycan müstəqilliyi – xarici siyasəti

- İkitərəfli əlaqələrin inkişaf etdirilməsi
Dövlətlərarası münasibətlərin əsasını suveren dövlətlər arasındakı münasibətlər təşkil edir. Heç də təsadüfi deyil ki, dövlətimizin başçısı tərəfindən Azərbaycanın dünya ölkələri ilə ikitərəfli əlaqələrinin inkişaf etdirilməsi xarici siyasətimiz qarşısında prioritet vəzifə kimi qoyulub. Azərbaycanın 2012-ci ildə 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi ölkəmizin dünya ölkələri ilə uğurlu ikitərəfli əlaqələrə malik olmasının göstəricisidir. İkitərəfli əlaqələrin inkişaf etdirilməsində qonşu dövlətlərlə hərtərəfli əməkdaşlıq prioritet istiqamətlərdən biridir. Ermənistan istisna olmaqla, bu gün bütün qonşu dövlətlərlə Azərbaycanın ikitərəfli siyasi, iqtisadi, humanitar və digər əlaqələri ardıcıl surətdə inkişaf edir. Qonşu dövlətlərlə ikitərəfli əməkdaşlığımız regional əməkdaşlıq mexanizmi olaraq üçtərəfli formatlarda da davam etdirilir.
Mərkəzi Asiya, MDB ölkələri, ərəb-İslam dünyası, Cənub-Şərqi Avropa və Avropa İttifaqına üzv dövlətlər, Asiya ölkələri, Şimali və Cənubi Amerika və Afrika qitəsi ölkələri ilə əlaqələrimiz qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında inkişaf edir. Bu xüsusda, MDB və İƏT-ə üzvlüyümüz, Avropa İttifaqı ilə institusional əlaqələr, Ərəb Dövlətləri Liqası, Afrika İttifaqı, Amerika Dövlətləri Təşkilatı yanında müşahidəçi statusumuz, "Asiyanın ürəyi - İstanbul prosesi"ndə fəal iştirakımız, Şanxay Əməkdaşlıq Təşkilatının Dialoq Tərəfdaşı statusumuz üzv dövlətlərlə ikitərəfli əməkdaşlığımızın inkişafı üçün əlverişli zəmin yaradır. Ümid edirik ki, Avropa İttifaqına təklif edilmiş strateji tərəfdaşlığa dair Saziş əlaqələrimizin keyfiyyətcə yeni səviyyəyə qaldırılmasına imkan yaradacaq.
İkitərəfli əlaqələrin inkişaf etdirilməsi məqsədilə diplomatik təmsilçiliyimizin coğrafiyası genişlənir. Son olaraq Azərbaycan Respublikasının Livan Respublikasında, Əlcəzair Xalq Demokratik Respublikasında səfirliyi və İraq Respublikasında diplomatik nümayəndəliyi fəaliyyətə başlayıb. Hazırda dünya boyunca Azərbaycanın 80-dən artıq diplomatik nümayəndəliyi mövcuddur.

Yüklə 30,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin