Bakı 2022 Azərbaycan müstəqilliyi – xarici siyasəti


-Sivilizasiyalararası dialoq və multikulturalizmin inkişafı



Yüklə 30,67 Kb.
səhifə8/9
tarix14.05.2023
ölçüsü30,67 Kb.
#113429
1   2   3   4   5   6   7   8   9
Azərbaycan müstəqilliyi – xarici siyasəti

-Sivilizasiyalararası dialoq və multikulturalizmin inkişafı
Azərbaycan əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olub. Ölkəmiz Şərq ilə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüdür. Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində və ləyaqətlə yaşayıblar. Dini dözümlülük və multikulturalizm burada hər zaman mövcud olub. "Multikulturalizm" sözü mövcud olmadığı bir zamanda belə həmin ideyalar daim yaşayıb.
Bunun nəticəsidir ki, bu gün Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Burada bütün dinlərin və etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Bu, bizim siyasətimiz və həyat tərzimizdir. Əsrlər boyu Azərbaycan ölkəmizdə mövcud olan siyasi və sosial vəziyyətə baxmayaraq bu sərvəti qoruyub saxlayıb.
Bizim üçün multikulturalizm dövlət siyasətidir. Ölkəmizdə hər iki ildən bir Mədəniyyətlərarası Dialoq Forumu təşkil edilir. Mütəmadi olaraq Azərbaycan Bakı Beynəlxalq Humanitar Forumuna ev sahibliyi edir. Burada da əsas məqsəd müxtəlif dinlərin nümayəndələrinin bir araya gətirilməsindən, aramızda daha mühüm qarşılıqlı anlaşmanın yaradılmasından ibarətdir.
Azərbaycan dinlərarası dialoq kimi vacib məsələyə həsr edilmiş Dünya Dini Liderlərinin Zirvə toplantısına ev sahibliyi edib. Bu mövzu bu gün dünyanın gündəliyində duran ən mühüm məsələlərdəndir və Sivilizasiyalar Alyansının rolu artmaqdadır.
2008-ci ildə biz "Bakı Prosesi"nin təşəbbüskarı olduq ki, bu da mədəniyyətlərarası dialoq üçün geniş bir platformaya çevrildi. Azərbaycan, eyni zamanda, həm İslam Əməkdaşlıq Təşkilatına, həm də Avropa Şurasına üzv olan yalnız bir neçə dövlətdən biridir. Beləliklə, 2008-ci ildə Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin Bakıda təşkil edilmiş toplantısına İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərini dəvət etdik. Bu iki təşkilatı təmsil edən 100-dən çox nazir ilk dəfə Bakıda bir araya gəldi.
2009-cu ildə Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının mədəniyyət nazirlərini bir arada topladı və Avropa dövlətlərinin mədəniyyət nazirlərini Bakıya dəvət etdik. Bu proses "Bakı Prosesi" adlandırıldı. Bu proses inkişaf edir və getdikcə daha çox dəstəklənir. O, qlobal təşəbbüsə çevrilir, həmrəylik, qarşılıqlı anlaşma və mədəniyyətlərarası dialoqa öz töhfəsini verir.
2016-cı il Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkəmizdə "Multikulturalizm ili" elan edilib. Nəticədə milli və beynəlxalq səviyyədə multikulturalizmin bəşəri ideallarını qoruyub saxlamaq və yaymaq tədbirlərini nəzərdə tutan xüsusi Fəaliyyət Planı hazırlanıb.
2016-cı il aprelin 25-27-də Azərbaycan BMT Sivilizasiyalar Alyansının "İnklüziv cəmiyyətlərdə birgəyaşayış" mövzusuna həsr olunmuş 7-ci Qlobal Forumuna ev sahibliyi edib. Bu mühüm tədbirə dövlət və hökumət başçıları, nazirlər, dövlət rəsmiləri, media və beynəlxalq təşkilatların nümayəndələri də daxil olmaqla, 147 ölkədən 4 mindən çox iştirakçı qatılıb. Forumun mövzuları davamlı inkişaf üçün inklüziv cəmiyyətlərin əsas komponenti kimi təşviq edilməsinin də daxil olduğu Davamlı İnkişaf üzrə 2030 Gündəliyini özündə əks etdirib. Forumun əsas nəticəsi Bakı Bəyannaməsi oldu. Bu Bəyannamə ayrı-seçkilik, düşmənçilik və zorakılığa rəvac verən dini nifrətə istənilən dəstəyi kəskin şəkildə qınadı və üzv dövlətləri zorakı ekstremizmin bütün forma və təzahürlərinə qarşı birləşməyə çağırdı.
Bakı Bəyannaməsi dövlətlər və beynəlxalq təşkilatlar üçün beynəlxalq dialoq və multikulturalizmin zorakılıq, ekstremizm və ksenofobiyaya qarşı mübarizə vasitəsi kimi təşviqində əsas rəhbər prinsipə çevrilməkdədir.
Gələn ilin aprel ayında Azərbaycan "Bakı Prosesi" çərçivəsində 2011-ci ildən etibarən hər iki ildən bir keçirilən Beynəlxalq Mədəniyyətlərarası Dialoq üzrə 4-cü Dünya Forumuna ev sahibliyi edəcək. Roma Papası Fransiskin bu il oktyabrın 2-də Azərbaycana pastoral səfəri ölkəmizin mədəniyyətlərarası və dinlərarası dialoqa verdiyi töhfənin mühüm nümunəsi idi.

Yüklə 30,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin