Bakı 2022 Azərbaycan müstəqilliyi – xarici siyasəti


-İkitərəfli iqtisadi əlaqələrin inkişaf etdirilməsi, ölkəmizin enerji və nəqliyyat strategiyasının həyata keçirilməsi



Yüklə 30,67 Kb.
səhifə6/9
tarix14.05.2023
ölçüsü30,67 Kb.
#113429
1   2   3   4   5   6   7   8   9
Azərbaycan müstəqilliyi – xarici siyasəti

-İkitərəfli iqtisadi əlaqələrin inkişaf etdirilməsi, ölkəmizin enerji və nəqliyyat strategiyasının həyata keçirilməsi
Azərbaycanın xarici iqtisadi əlaqələrinin inkişaf etdirilməsi, ölkənin iqtisadi potensialının xaricdə təşviq olunması, qeyri-neft sektorunun şaxələndirilməsi, ixracın təşviqi və genişləndirilməsi, xarici sərmayələrin ölkəmizə cəlb edilməsi, tərəfdaş ölkələrə Azərbaycan sərmayələrinin yatırılmasının təşviqi, Azərbaycanın və xarici ölkələrin dövlət və işgüzar dairələrinin nümayəndələrinin səfərlərinin təşkili, iqtisadi əməkdaşlıq üzrə Azərbaycanın xarici dövlətlərlə birgə hökumətlərarası komissiya və işçi qruplarının iclaslarının keçirilməsi, ölkəmizdə istehsal olunan məhsul və xidmətlərin yeni bazarlara çıxarılması, eyni zamanda, xarici ölkələrdə tətbiq olunan müasir texnologiyaların ölkəmizə cəlb edilməsi ikitərəfli əməkdaşlıqda əsas istiqamətlərdir. Bu istiqamətdə Xarici İşlər Nazirliyi İqtisadiyyat Nazirliyi və digər aidiyyəti dövlət qurumları ilə birlikdə Hökumətlərarası Birgə Komissiyaların iclaslarının keçirilməsi, biznes forumların təşkil edilməsi üçün iş aparır. İkitərəfli iqtisadi əlaqələrin inkişaf etdirilməsində turizm sahəsində əməkdaşlıq da mühüm yer tutur. Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin diplomatik nümayəndəlikləri Azərbaycanın turizm imkanlarının tanıdılması üçün turizm baxımından cəlbedici ölkələrdə birgə iş aparırlar.
Regional və beynəlxalq tərəfdaşlar ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın təşəbbüskarı olduğu və həyata keçirdiyi enerji və nəqliyyat layihələri regional əməkdaşlığa töhfə verib. Biz fəal şəkildə Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin həyata keçirilməsində iştirak edirik. Transxəzər beynəlxalq marşrutunun yaradılması və tezliklə istifadəyə verilməsi, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tikintisi əhəmiyyətli layihələr sırasındadır. Çinin İpək Yolu İqtisadi Kəməri konsepsiyasının tam reallığa çevrilməsi sözügedən dəmir yolunu regionun ən vacib infrastrukturları sırasına qoşacaq.
Əminik ki, Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu layihəsinin erkən tamamlanması iqtisadi artıma yeni stimul verəcək, layihəyə cəlb olunan ölkələr, eləcə də bütün region üçün nəqliyyat imkanlarını genişləndirəcək.
Azərbaycan irimiqyaslı enerji layihəsinin - "Cənub Qaz Dəhlizi" layihəsinin təşəbbüskarıdır. Bu, enerji əməkdaşlığı və enerji təhlükəsizliyi layihəsidir. Bu enerji və nəqliyyat dəhlizləri yalnız enerji və yüklərin daşınması demək deyil. Bu, hərtərəfli əməkdaşlıq dəhlizləridir. "Cənub Qaz Dəhlizi" layihəsinin üzvləri Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliyadır. Əminik ki, sonrakı mərhələdə Balkan ölkələri də layihəyə qoşulacaq.
"Cənub Qaz Dəhlizi"nin vacib komponentləri olan "Şahdəniz-2", TANAP və TAP layihələrinin icrası istiqamətində Azərbaycan tərəfdaşlarla birlikdə davamlı siyasətini davam etdirir.

Yüklə 30,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin