Bakı Dövlət Universiteti Filologiya fakültəsi


Açar sözlər: qrammatika, fonemlər sistemi, sintaksis, dilçilik, metodika



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə33/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   29   30   31   32   33   34   35   36   ...   122
SON - BDU-100 KONFRANS 1

Açar sözlərqrammatika, fonemlər sistemi, sintaksis, dilçilik, metodika.  
 
REYHAN HƏBİBLİ 
Filologiya üzrə fəlsəfə doktoru, dosent 
Bakı Dövlət Universiteti 
 
PROFESSOR TOFİQ ƏHMƏDOVUN ELMİ YARADICILIĞINDA ONOMASTİKA 
MƏSƏLƏLƏRİ 
Məlum olduğu kimi, onomastika xüsusi adları, onların xüsusiyyətlərini öyrənən dilçilik şöbəsidir. 
Azərbaycanşünaslıqda onomastik tədqiqatların inkişafı dilçiliyimizin uğuru kimi qiymətləndirilə bilər. 
Xüsusi adları araşdırmaqla xalqın tarixi, dili və mədəniyyətinin bir sıra mühüm məsələlərini aşkara 
çıxarmaq mümkündür. Azərbaycan onomastikasının müstəqil bir nəzəri dilçilik şöbəsi kimi inkişafında 
professor Tofiq Mürsəl oğlu Əhmədovun böyük rolu var. 
Professor Tofiq Əhmədovun elmi yaradıcılığı dilçiliyin bir çox sahələrini əhatə edir. Burada 
onomastika məsələləri xüsusi yer tutur. Onun səyi ilə ilk dəfə olaraq Bakı Dövlət Universitetində 
“Azərbaycan onomastikası” ümumi kursu təşkil olunmuş, “Azərbaycan toponimikası” ixtisas kursu tədris 
edilmiş, bu kursların dərs vəsaitləri hazırlanmış və çap olunmuşdur.
Azərbaycan dilçiliyi kafedrasının professoru T.M.Əhmədov tədrislə, müəllimlik fəaliyyəti ilə yanaşı, 
toponimikanın tədqiqi ilə məşğul olmuş, 1987-ci ildə “Azərbaycan toponimlər sistemi” mövzusunda 
doktorluq dissertasiyası müdafiə etmişdir. T.Əhmədov Azərbaycan toponimlərini ilk dəfə sistem halında 
təhlil etmişdir. O, toponimikaya aid “El-obamızın adları”, “Azərbaycan paleotoponimiyası” və “Azərbaycan 
toponimikasının əsasları” kimi monoqrafiyaların, 120-dən çox elmi məqalənin müəllifidir. “Azərbaycan 
dilinin böyük izahlı onomastik lüğəti” məhz onun rəhbərliyi ilə hazırlanmışdır. 
Alimin bütün araşdırmalarında onomastikanın aktual problemləri nəzərdən keçirilmiş, yeni və orijinal 
nəticələr əldə olunmuşdur. Bu tədqiqatlarda müəyyən edilən məsələlər sırasında bunları qeyd etmək olar: 
ümumi leksik vahidlərlə toponimlərin fərqi, qədim türk sözlərinin toponimlərdə əks olunması, yad dil 
toponimləri ilə alınma sözlərdən törənən toponimlərin sərhədi, fərqləndirici elementlərin semantik qrupları, 
makro və mikrotoponimlərin xüsusiyyətləri, makro, mikro və elementar arealların bir-biri ilə əlaqələri, söz 
yaradıcılığından fərqli olaraq onimlərin yalnız sintaktik üsulla yaranması, coğrafi adların işlənmə 
diapazonlarından asılı olaraq elliptik və tam formada işlənməsi, toponimlərin yaranma və formalaşma yolları 
və əsas semantik qrupları, onların müxtəlif sözlərdən törəmə olması və s.
Prof. T.M.Əhmədov onomastika və dilçiliyin digər sahələri ilə məşğul olan onlarla alimə elmi rəhbər 
və opponent olmuşdur. 
Görkəmli alimimiz Tofiq Əhmədovun onomastika problemlərinə həsr edilən, öz əhatəsi, yüksək 
elmiliyi ilə seçilən əsərləri Azərbaycan dilçiliyinə böyük töhfədir. 
Açar sözləronomastika, toponimika, xüsusi adlar, toponimlər, paleotoponimiya. 



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin