BDU-nun Filologiya fakültəsi - 100
28
Birinci mərhələdə diqqəti cəlb edən böyük alim Əzəl Dəmirçizadənin araşdırmalarıdır. Həmin
araşdırmalarda Azərbaycan ədəbi dilinin tarixi ancaq ən mühüm mənbələr əsasında öyrənilərək, janr-üslub
prosesləri əsas götürülmüşdür.
İkinci və üçüncü mərhələlərdə isə diqqəti cəlb edən akademik Tofiq Hacıyevin tədqiqatlarıdır.
Norma prinsipini əsas götürərək, “Ədəbi dil, birinci növbədə, norması ilə səciyyələnən seçmə fonetik,
leksik və qrammatik faktların sistemidir. Norma ədəbi dilin baş atributudur.
Buna görə də ədəbi dilin
dövrləşdirilməsində başlıca ölçü kimi məhz normaya, onun tarixi inkişafına əsaslanmaq daha münasibdir”
fikrini irəli sürən alim 1976-cı ildə çap etdirdiyi “Azərbaycan ədəbi dili tarixi” kitabında Azərbaycan ədəbi
dilini iki dövrə bölmüşdür: 1. Təşəkkül dövrü (IX-X əsrlərdən XVII əsrin əvvəllərinə qədər); 2. Sabitləşmə
dövrü (XVII əsrin ortalarından XX əsrin 70-80-ci illərinə qədər). Bölgüdən də aydın
olduğu kimi, müəllif
Azərbaycan ədəbi dilinin təşəkkül və inkişaf tarixini
IX əsrdən götürdüyü üçün, dövrləşdirmənin də ilk
mərhələsini IX-X əsrlərdən başlayır.
Dövlət müstəqilliyinin yenidən bərpasından sonra (1991) isə beynəlxalq
aləmlə yaranan elmi
əlaqələrin nəticəsi olaraq tədqiqatlarını daha geniş arealda davam etdirən akademik Tofiq Hacıyev 2012-ci
ildə çap etdirdiyi “Azərbaycan ədəbi dili tarixi” kitabında yeni formada dövrləşdirmə təqdim edir. Alim bu
dəfə Azərbaycan ədəbi dili tarixini türk dillərinin tarixi tərkib hissəsi kimi dövrlərə bölür: 1. Yazıya qədərki
dövr; 2. Yazılı dövr. Həmin dövrləşdirmədə, I - Yazıyaqədərki dövr, e.ə. II əsrdən eramızın
VI əsrinin
sonuna qədərki dövrü, yəni Azərbaycan xalq türkcəsinin formalaşması və fəaliyyəti dövrünü; II - Yazılı, yəni
sabitləşmə dövrünü isə VII əsrdən tədricən, XIII əsrdən isə, xüsusən divan ədəbiyyatının yaranmasından XXI
əsrin ilk illərinə qədərki dövrü əhatə edir. Alim birinci dövrü “Yazıyaqədərki dövr” adlandırmasının səbəbini
həmin dövrə aid yazılı nümunələrin günümüzə qədər gəlib çatmaması ilə izah edir. Müəllifin “Yazılı dövr”
adlandırdığı ikinci dövrü isə bir sıra mərhələlərin ədəbi nümunələri və mənbə faktları — “Dədə Qorqud
kitabı, İ.Həsənoğlu, İ.Nəsimi, Ş.İ.Xətai, M.Füzuli kimi böyük klassiklərin qəzəlləri, M.P.Vaqifin qoşmaları,
nəsr
nümunələri, yeni üslubların, janrların meydana çıxması, norma və üslubların dəyişkənliyi,
yaxud
inkişafı səciyyələndirir”.
Dostları ilə paylaş: