Bakı Dövlət Universiteti Filologiya fakültəsi



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə32/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   28   29   30   31   32   33   34   35   ...   122
SON - BDU-100 KONFRANS 1

Açar sözlər: Ə.Abdullayev, türkoloq, elmi irs, sintaksis, kadr hazırlığı. 
 
RƏNA MAHMUDOVA 
Filologiya üzrə fəlsəfə doktoru, dosent 
Bakı Dövlət Universiteti 
 
BDU-da DİLÇİLİK ÜZRƏ AKADEMİK MƏKTƏBLƏR 
 
1920-ci ildən sonra Azərbaycanda dilçilik elmi inkişaf etmiş, formalaşmış, dünya dilçiliyinə 
qovuşmuşdur. Müsəlman Şərqində ilk dünyəvi və müasir təhsil ocağı olan BDU Azərbaycan elminə və 
təhsilinə töhfələr verən, elmi məktəblər yaradan dilçilər nəslini vermişdir. Azərbaycan dilçilik elminin 
inkişafında akademik A.Axundovun, prof. M.Hüseynzadənin və prof. Y.Seyidovun böyük xidmətləri 
olmuşdur. 
Prof. M.Hüseynzadə dilçiliyimizin əsas sütunlarından, korifeylərindən biridir. Azərbaycan dilinin elmi 
qrammatikasının yaradılması onun adı ilə bağlıdır. “Müasir Azərbaycan dili” kitabı dilimizin elmi 


BDU-nun Filologiya fakültəsi - 100 
26 
qrammatikasının yazılmasında mühüm addım olmuşdur. M.Hüseynzadə müasir və mükəmməl orfoqrafiya 
qaydalarının yaradıcılarından biridir. O, Azərbaycan dilçiliyinin tarixi, onun dövrləşdirilməsi haqqında da 
maraqlı və inandırıcı mülahizələr irəli sürmüşdür. Azərbaycan dilçiliyində ilk dəfə olaraq “söz birləşməsi” və 
“təyini söz birləşmələri” terminlərini işlətmişdir. Bəkir Çobanzadə məktəbinin yetirməsi olan M.Hüseynzadə 
“Ümumi dilçilik” kafedrasının rəhbəri kimi özündən sonra “M.Hüseynzadə elmi məktəbi”ni yaratmışdır. 
Akademik A.Axundov Azərbaycanda “Axundov fonoloji məktəbi”nin əsasını qoymuşdur. 
“Azərbaycan dilinin fonemlər sistemi” əsəri təkcə Azərbaycan dilçiliyi üçün deyil, türkologiya üçün böyük 
bir hadisədir. A.Axundov Respublikamızda riyazi dilçilik elminin yaradıcısı və banisidir. Azərbaycan 
dilçiliyində ilk dəfə olaraq metod və metodologiya, dilin öyrənilməsi üsulları-sosioloji, məntiqi, psixoloji, 
fizioloji, akustik üsulları müəyyənləşdirmişdir. Dilimizin söz ehtiyatlarının toplanıb sistemə salınmasında 
onun xidmətləri danılmazdır. “Azərbaycan dilinin izahlı lüğəti” dilimizin lüğət tərkibini bütünlüklə əhatə 
edir. 
Prof. Y.Seyidov klassik Azərbaycan dilçiliyinin görkəmli nümayəndəsidir. Qrammatika 
problemlərinin tədqiqi onun fəaliyyətində mühüm yer tutur. “Azərbaycan dilində söz birləşmələri” 
monoqrafiyası nəinki Azərbaycan dilçiliyi, həm də türkoloji dilçilik üçün əhəmiyyətli bir araşdırmadır. 
Əsərdə söz birləşmələrinin dil sistemindəki yeri dəqiqləşdirilmiş, onların digər dil və nitq vahidləri ilə oxşar 
və fərqli cəhətləri izah olunmuşdur. Y.Seyidov ilk dəfə olaraq Azərbaycan dilçiliyinə əlavə söz və əlavə 
cümlə anlayışını gətirmişdir. Yazıçı və dil problemi onun yaradıcılığında xüsusi yer tutur. Ali və orta 
məktəblər üçün yazdığı dərsliklər öz orijinallığı ilə seçilir və onu bir metodist alim kimi tanıdır. O, dil 
tarixinə, dilin tədrisinə aid sanballı əsərlər yazmışdır. Y.Seyidov həm də metodika elminin məktəbini 
yaratmışdır. 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin