Bakı Dövlət Universiteti Filologiya fakültəsi


Açar sözlər: R.Əskər, Qutadğu bilik, poema, türk, tarix, tərcümə.   GÜLNAR AXUNDOVA



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə97/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   93   94   95   96   97   98   99   100   ...   122
SON - BDU-100 KONFRANS 1

Açar sözlərR.Əskər, Qutadğu bilik, poema, türk, tarix, tərcümə.  
GÜLNAR AXUNDOVA 
Bakı Dövlət Universiteti 
 
BDU-nun İLK AZƏRAYCANLI REKTORU - REPRESSİYA QURBANI T.Ş.SİMURQ 
 
Zəngin tarixi keçmişə malik, elm məbədi olan Bakı Dövlət Universiteti yüz il öncə Azərbaycanda 
təhsilin təməl daşını qoymuşdur. 1937-ci il repressiya qurbanları sırasında Bakı Dövlət Universitetinin 
yetişdirdiyi ziyalılar, həmçinin bu təhsil ocağının dörd rektorunun olması heç də səbəbsiz deyildi. Sovet 
quruluşu üçün milli-mənəvi dəyərlərlə zəngin ziyalılar təhlükə obyekti idi. Repressiya qurbanları Tağı 
Şahbazi 1926-1929-cu illərdə, Maqsud Məmmədov 1929-1930-cu illərdə, Məmmədkazım Ələkbərli
1934-1935-ci illərdə, Balabəy Həsənbəyov isə 1935-1937-ci illərdə Bakı Dövlət Universitetinin rektoru 
olmuşdur. Yüksək təhsilə malik, milli-mənəvi dəyərləri qoruyan, rektorluqdan başqa müxtəlif vəzifələr tutan 
bu şəxslər, təbii ki, Sovet quruluşu üçün təhlükə idi. 


BDU-nun Filologiya fakültəsi - 100 
67 
Universitetin ilk azərbaycanlı rektoru, yazıçı, publisist Tağı Şahbazi Simurq 1892-ci ildə Bakı 
şəhərində anadan olmuşdur. Bakıdakı 9 saylı və rus-tatar məktəbində təhsil alan Tağı Şahbazi Üçüncü 
Gimnaziyada latın dilindən imtahan verərək şəhadətnamə almış, sonra Xarkov Darülfünunun Fizika və 
Riyaziyyat fakültəsinin Təbiyyat şöbəsinə qəbul olmuşdur. Tələbəlik illərində “Sosial-demokrat bolşevik 
firqəsi”nin tələbə fraksiyasına daxil olmuş, Bakıda “Hümmət” təşkilatının, eləcə də Xarkovda “Cənub türk-
tatar işçisi” hərəkatının fəal iştirakçılarından biri olmuşdur. O, gənc yaşlarından məsul işlərdə çalışmış, 
Azərbaycanda sovet rejimi qurulduqdan sonra da bir sıra mühüm yerlərdə 

Bakı Səhiyyə şöbəsinin müdiri, 
Azərbaycan SSR Xalq Maarif Komissarlığında nazir müavini, “Maarif və mədəniyyət” jurnalının baş 
redaktoru, Azərbaycanı öyrənən və təbliğ edən Cəmiyyətin təşkilatçılarından biri, Azərbaycan SSR Mərkəzi 
İcraiyyə Komitəsi Rəyasət heyətinin üzvü vəzifələrində çalışmışdır.
Tağı Şahbazinin bədii yaradıcılığında qadın azadlığı, mənəviyyat problemləri, dini fanatizm və 
başqa məsələlər yer alır. Tağı Şahbazinin “Ağanın kənizi”, “Azadlıq üçün cinayət”, “Aldanmış ümid” və 
başqa kitabları mövzu rəngarənglikləri ilə fərqlənir.
Simurqun yaradıcılığında əks olunan yenidənqurma siyasətin təbliği belə onu “37 məngənəsi”ndən 
xilas edə bilməmişdir. O, 1937-ci il noyabrın 2-də Azərbaycan SSR XDİK Dövlət Təhlükəsizlik İdarəsi 
tərəfindən həbs edilmiş, 1938-ci il yanvarın 2-də SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının çıxardığı 
qərarla əmlakı müsadirə olunmuş, həyatına güllələnmə ilə son verilmişdir. 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin