Bakı şəhəri “19” Fevral 2021-ci IL


Tərəflərin hüquq və vəzifələri



Yüklə 53,43 Kb.
səhifə5/10
tarix02.01.2022
ölçüsü53,43 Kb.
#45274
1   2   3   4   5   6   7   8   9   10
10-02-2021 Bank MTK və Alıcı kreditləşməyə dair üçtərəfli razılaşma son....

Tərəflərin hüquq və vəzifələri



    1. MTK-nın hüquqları:

      1. Bu Sazişin şərtlərinə əməl edilməsini Alıcı və Bankdan tələb etmək;

      2. Bank tərəfindən Alıcıya kredit verildiyi halda verilən kredit üzrə Alıcının Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi üçün Mənzil ilə bağlı müvafiq məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsini təmin etmək.

    2. MTK-nın vəzifələri:

      1. Alıcının ilkin qiymətləndirilməsini həyata keçirmək və MTK ilə Alıcı arasında Mənzilin və/və ya payların alğı-satqısı müqaviləsinin imzalanmasının uyğunluğunu yoxlamaq məqsədi ilə Alıcını identifikasiya edən sənədləri, o cümlədən Bank tərəfindən zəruri hesab edilən sənədləri Banka təqdim etmək;

      2. Bu Sazişin imzalanması, o cümlədən, Sazişin qüvvədə olduğu müddət ərzində Sazişin məqsədləri üçün, həmçinin, kreditin verilməsinə dair Bank tərəfindən müsbət qərar qəbul edildiyi halda kredit verilən tarixədək özünə və Alıcıya aid siyahısı Bank tərəfindən müəyyən edilən, habelə Bank tərəfindən öz mülahizəsinə uyğun tələb olunan digər sənədləri sonuncuya təqdim etmək;

      3. Alıcıya məxsus məlumat və sənədləri Banka ötürmək məqsədilə Alıcıdan müvafiq razılığın əldə olunmasını təmin etmək;

      4. Mənzilin və/və ya payların alğı-satqısı müqaviləsi üzrə ödənişlərin aparılması (qəbul edilməsi), habelə MTK-nın Bank qarşısında olan öhdəliklərin icrası məqsədi ilə köçürmələrin aparılması üçün Bankda müvafiq cari bank hesab(lar)ı açmaq;

      5. Özünün əmlak və maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdikdə bu barədə dərhal Banka məlumat vermək;

      6. Mənzilin dəyərinin bu Sazişlə müəyyən edilmiş hissəsi Alıcı tərəfindən ona ödənildikdən sonra Alıcıya Mənzil üzrə borcun olmaması barədə müvafiq təsdiqedici sənədləri (arayış və s.) 3 (üç) iş günü müddətində təqdim etmək;

      7. Bankın əvvəlcədən yazılı razılığını almadan özü ilə Alıcı arasında imzalanmış Mənzilin və/və ya payların alğı-satqısı müqaviləsi, o cümlədən bu Saziş üzrə öz hüquq və vəzifələrini üçüncü şəxslərə ötürməmək;

      8. Mənzil üzərində Alıcının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını və Alıcı ilə Bank arasında ipoteka müqaviləsi bağlanaraq Mənzilin Bankın xeyrinə ipoteka hüququ ilə yüklü edilməsini təmin etmək;

      9. Alıcının Bank qarşısında öhdəliklərinin təminatı qismində ipoteka hüququ ilə yüklü edilmiş Mənzilə Alıcının öz öhdəliklərini icra etməməsi nəticəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tutma yönəldildikdə və o satışa çıxarıldıqda, Mənzili almaq (mülkiyyət hüquqlarını əldə etmək);

      10. Mənzilin məhv olması və ya əhəmiyyətli şəkildə zədələnməsi təhlükəsi yarandıqda dərhal bu barədə Banka məlumat vermək;

      11. Bankın tələbi əsasında bu Müqavilənin antikorrupsiyaya dair müvafiq bəndinin tələblərinə riayət edilməsinə dair hesabat vermək və fəaliyyət göstərdiyi yerlərdə/sahələrdə Bank tərəfindən audit fəaliyyətinin həyata keçirilməsinə müvafiq şərait yaratmaq;

      12. Bu Müqavilənin antikorrupsiyaya dair müvafiq bəndinin tələblərinin pozulması nəticəsində Banka dəyən zərəri tam ödəmək.


    3. Yüklə 53,43 Kb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin