Bundan sonra birlikdə «Tərəflər» və ya müvafiq olaraq «Tərəf» adlandırılacaq, Azərbaycan Respublikasının qanunvericiliyinəvə öz Nizamnaməsinə əsasən fəaliyyət göstərən «Azərbaycan Beynəlxalq Bankı» ASC (bundan sonra «Bank» adlandırılacaq), müvafiq surətdə müvəkkil edilmiş nümayəndəsi Abdullayev Saadi Aydın oğluşəxsində, bir tərəfdən, “Kristal-Abşeron” Mənzil Tikinti Kooperativi (bundan sonra «MTK» adlandırılacaq), Sədr Dostumalıyev İbrahim Cəfər oğlu şəxsində, ikinci tərəfdən və öz adından çıxış edən Əliyev Elşən Oktay oğlu (bundan sonra «Alıcı» adlandırılacaq), digər tərəfdən, aşağıdakılar barəsində bu sazişi (bundan sonra «Saziş» adlandırılacaq) bağladılar: