10-02-2021 Bank MTK və Alıcı kreditləşməyə dair üçtərəfli razılaşma son....
Bankın hüquqları: MTK və Alıcının bu Saziş üzrə öhdəliklərinin vaxtında yerinə yetirilməsini onlardan tələb etmək;
Bu Saziş üzrə öz hüquq və vəzifələrini üçüncü şəxs(lər)ə güzəşt etmək;
Bu Saziş çərçivəsində Alıcıya kreditin verilməsinə dair Azərbaycan Respublikası qanunvericiliyinin, Bankdaxili qaydaların tələbləri təmin edildikdə və Bank tərəfindən müsbət qərar qəbul edildikdə kreditləri Bankın daxili qaydaları və/və ya müvafiq idarəetmə orqanın qərarında nəzərdə tutulmuş, həmçinin, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun ipoteka, habelə güzəştli ipoteka kreditlərinin verilməsi üzrə müəyyən etdiyi şərtlərlə vermək;
Bu Saziş çərçivəsində əldə olunan razılıq üzrə kreditin verilməsindən Sazişin şərtlərinin pozulması halında birtərəfli qaydada imtina etmək;
Bu Sazişin imzalanması, o cümlədən, Sazişin qüvvədə olduğu müddət ərzində Sazişin məqsədləri üçün, həmçinin, kreditin verilməsinə dair müsbət qərar qəbul olunduğu halda kredit verilən tarixədək öz mülahizəsinə uyğun zəruri hesab etdiyi sənədləri MTK və/və ya Alıcıdan tələb etmək.