Bakı şəhəri “19” Fevral 2021-ci IL


Tətbiq edilən hüquq və mübahisələrin həlli qaydası



Yüklə 53,43 Kb.
səhifə9/10
tarix02.01.2022
ölçüsü53,43 Kb.
#45274
1   2   3   4   5   6   7   8   9   10
10-02-2021 Bank MTK və Alıcı kreditləşməyə dair üçtərəfli razılaşma son....

Tətbiq edilən hüquq və mübahisələrin həlli qaydası




    1. Bu Saziş ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə tənzimlənir.

    2. Bu Sazişdən irəli gələn və ya onunla əlaqədar yaranan bütün mübahisələr Tərəflər arasında danışıqların aparılması yolu ilə həll edilir.

    3. Mübahisələrin danışıqlar yolu ilə həllinə nail olunmadıqda, onlar Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məhkəmə qaydasında həll edilir.




  1. Sazişin qüvvədə olma müddəti



    1. Bu Saziş bağlandığı andan qüvvəyə minir və Tərəflərin Saziş üzrə öhdəliklərini tam yerinə yetirdiyi tarixədək qüvvədə qalır. Bu Sazişin 4.2.1, 4.2.2. və 4.2.3-ci yarımbəndləri Saziş MTK və Bank tərəfindən imzalandığı andan qüvvəyə minir.

    2. Bu Sazişə Tərəflərdən hər hansı biri tərəfindən 1 (bir) ay əvvəlcədən yazılı qaydada xəbərdar edilməklə, digər Tərəf qarşısında öhdəliklər tam şəkildə yerinə yetirildiyi təqdirdə xitam verilə bilər.




  1. Yekun müddəalar



    1. Bu Sazişin hər hansı müddəasının etibarsızlığı onun digər müddəalarının və bütövlükdə Sazişin etibarsızlığına səbəb olmur.

    2. Tərəflərdən biri əlaqə vasitələri (ünvan, telefon nömrəsi, email və s.) və bank rekvizitləri dəyişdikdə, digər Tərəfi müvafiq dəyişikliyin baş verdiyi tarixdən 5 (beş) iş günü müddətində yazılı surətdə xəbərdar etməlidir. Belə xəbərdarlığın edilmədiyi təqdirdə göndərilən istənilən göndəriş (bildiriş, email və s.) onun bu Sazişin şərtlərinə uyğun olaraq son məlum olan ünvanına/elektron poçt ünvanına göndərilir və Tərəf həmin ünvanda olmasa/telefon nömrəsinə (elektron poçt ünvanına) sahib olmasa da lazımi qaydada çatdırılmış hesab olunur.

    3. Bu Sazişə əlavə və dəyişikliklərin edilməsinə Tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Müvafiq əlavə və dəyişiklikər yazılı qaydada rəsmiləşdirilir və Tərəflərin imzası ilə təsdiq edildiyi andan qüvvəyə minir.

    4. Bu Saziş Azərbaycan dilində, Tərəflərin hər birinə 1 (bir) nüsxə verilməklə eyni hüquqi qüvvəyə malik olan 2 (iki) nüsxədə tərtib edilmişdir.




  1. Yüklə 53,43 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin