Bankın vəzifələri: Bu Saziş çərçivəsində bağlanan kredit müqaviləsi üzrə öhdəliyin tam həcmdə və ya qismən yerinə yetirilməsi barədə Alıcı tərəfindən tələb edilən təsdiqedici sənədi sonuncuya təqdim etmək.
Tərəflərin məsuliyyəti
Bu Saziş üzrə öhdəliklərin tam yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə Tərəflər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Bu Sazişin şərtlərinin pozulmasında təqsirli olan Tərəf digər Tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir.
MTK bu Saziş ilə əlaqədar olaraq Banka təqdim etdiyi müvafiq sənədlərdəki məlumatların həqiqiliyinə görə tam məsuliyyət daşıyır.
MTK öz qanuni təmsilçilərinin, həmçinin öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi digər şəxslərin hərəkətləri nəticəsində Banka vurulan zərərə görə məsuliyyət daşıyır.
Zərərin əvəzinin ödənilməsi MTK-nı bu Saziş üzrə öhdəliklərin icrasından azad etmir.
Antikorrupsiya
MTK öz fəaliyyətində korrupsiyaya qarşı mübarizəyə dair yerli qanunvericiliyin və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərini rəhbər tutur və həmin tələblərə riayət edilməməsinə görə məsuliyyət daşıyır.