8-ci mövzu. İdarəetmə sistemində istifadə olunan
sənədlərin növləri
İdarəetmə sistemində istifadə olunan əsas sənədlər: ərizə,
tərcümeyi-hal, əmr, əmrdən çıxarış. Protokol, protokoldan çıxarış,
nizamnamə, əsasnamə, təlimat, arayış, məktub, teleqram,
telefonoqram, zəmanət, xasiyyətnamə, referat, hesabat, məlumat,
raport, etibarnamə, akt, müqavilə, saziş, memorandum, rəy,
sərəncam, fərman, sərəncamdan çıxarış, nota. Müraciət. Təqdimat,
izahat, xəbərdarlıq, tələbnamə, qaimə, qəbz, elan və s.
9-cu mövzu. Peşəkar fəaliyyətdə işgüzar yazışmalar.
Rəsmi-işgüzar üslubun linqvistik səciyyəsi.
Müasir dövrümüzdə işgüzar ünsiyyətin sosial şəbəkə və
mesencerə yerləşdirilməsi. İşgüzar adamlarn yazılı kommunikasiya
29
qaydalarını mənimsəmək zərurəti. İşgüzar yazışmaların etikası.
İşgüzar məktubların növləri: məktub- xahiş, məktub-məlumat,
müşayiətedici məktub, məktub-dəvət, məktub-dəvət, məktub-
təşəkkür. İşgüzar məktub növlərinin fərqləndirilməsi. Yazışmalarda
nəzakət qazydaları. İşgüzar məktubların məzmunu: müraciət,
preambula (müqəddimə, giriş), əsas mətn, nəticə, imza,
postskriptum, qoşma. İşgüzar məktubların strukturu. Virtual aləmdə
ünsiyyətin qeyri-rəsmi ünsiyyət xarakteri daşıması, bəzi qaydalara
əməl olunması: sosial şəbəkədə hər hansı başqa adla təqdim
olunmasına baxmayaraq ad və soyadı ilə, Siz deyə müraciət
olunması; smayliklərə meylilik olmaz; istənilən fikrin xüsusi
vurğulanmasına ehtiyac olsa da onları kapslokla ayırmaq olmaz;
insanın sosial şəbəkələrdəki reposit mühakimələrinin öyrənilməsi.
Telefonla danışıq etikası. Telefonla ünsiyyətin əsas qaydaları.
Telefonla işgüzar danışıq qaydaları. Telefonla ünsiyyət zamanı
gözlənilməsi mütləq olan qaydalar. İşgüzar münasibətlərdə
kommersiya sirlərinin qorunması. Rəsmi-işgüzar üslubun linqvistik
səciyyəsi. Rəsmi-işgüzar üslubun hüquqi və ictimai-administrativ
sferalara xidmət etməsi. Rəsmi-işgüzar üslubun sabitliyi və
qapalılığı. Tarixən yaranmış janrları, spesifik leksikası, morfoloji və
sintaktik ifadələrinin onu konservativ və mühafizəkat üslub kimi
səciyyələndirməsi. Rəsmi-işgüzar üslubun müxtəlif janrlı sənədləri
əhatə etməsi, fərqli məzmun daşıması, özünəməxsus ümumi və
mühüm cəhətləri ilə xarakterizə olunması: dəqiqlik – şərhi istisna
edən; dil standartı. Bu cəhətlərin ifadə olunması. Nitqin rəsmi-
işgüzar üslubunun leksik əlamətləri. Üslubun leksik tərkibinə daxil
olan xüsusi terminlər, peşə terminləri, arxaizmlər. Rəsmi-işgüzar
üslubun sosial təcrübəyə əsaslanması. Nitqin rəsmi-işgüzar
üslubunun morfoloji əlamətləri, bura daxil olan nitq hissələri. Nitqin
rəsmi-işgüzar üslubunun sintaktik əlamətləri. Nitqin rəsmi-işgüzar
üslubunun yanrları. Şəxsi-işgüzar sənədlərin dili. İşgüzar ünsiyyət
bacarığına yiyələnməyin əhəmiyyəti.
|