yiyələnməlidir: şəxsi ideyaların yaranması texnologiyasını
5
bilmək; mətni modellər əsasında qurmaq bacarığı, qrammatik,
stilistik, məntiqi, nitq səhvlərinin düzəldilməsi; elmi mətnlərin
redaktə olunması üsulları, elmi mətnlərin tərtibi prinsirlərinin
linqvostilistik parametrlərini; akademik yazılara qoyulan
beynəlxalq norma və tələbləri bilməyə nail olmaq.
Vəzifələr:
- müasir cəmiyyətdə insanın sosial həyatın müxtəlif
fəaliyyət sahələrinə uyğun, münasib nitqdən istifadə etmək üzrə
bacarıq və səriştələrə yiyələnməsinin təmin edilməsi;
- məsələni aktuallaşdıran başlıca amil kimi müstəqillik əldə
etmiş Azərbaycanın beynəlxalq hüququn subyekti kimi
dövlətlərarası münasibətlərdə müstəqil şəkildə siyasi, iqtisadi,
elmi forumlarda iştirak etməsinə zəmin yaradılması;
- qloballaşan dünyanın tələbləri çərçivəsində işgüzar
aləmdə və elm məkanında beynəlxalq standartlara uyğun işgüzar
və akademik kommunikasiya qurmaq vərdişlərinə yiyələnməyin
yollarının müəyyənləşdiilməsi;
- beynəlxalq hiper elm aləminə inteqrasiya edərək elm
dünyasında gedən proseslərin öyrənilməsi, elm aləmində öz fikir
və ideyalarını bölüşmək üçün informasiya-kommunikasiya
texnologiyalarından istifadə etməklə yanaşı, işgüzar və elm
adamları ilə “eyni dildə” danışmağın öyrənilməsinin təmin
edilməsi;
- işgüzar, elm və təhsil sahəsində ümumi anlaşma üçün
müəyyən qayda və normaların dünyada qəbul olunmuş vahid
beynəlxalq
standartlara
uyğun
bacarıqları
əsasında
tənzimlənməsi;
-
müasir
dövrümüzdə
işgüzar
və
akademik
kommunikasiyanın geniş spektri nəzərə alınaraq ona aid bilik və
bacarıqların mənimsənilməsi, praktikada uğurlu tətbiqi üçün
vacib olan şərtlərin nəzəri cəhətdən işlənib hazırlanması.
6
Bunun üçün bakalavr və magistrantlar bacarmalıdır:
mətnin elementlərini təşkil etmənin məntiqi sıralanması, işgüzar
və elmi akademik mətn üzərində işləyərkən müxtəlif model və
texnologiyalardan istifadə etmək, mətnin adresat tərəfindən
qavranılması faktorunu nəzərə almaq, başqasının fikirlərinə
hörmət etmək və başa düşmək, problemi şəxsi fərziyyəyə görə
əsaslandırmaq, tezisin xülasəsin vermək, mətni fərziyyədən
nəticəyə qədər sıralamaq, müxtəlif mənbələrdən informasiyanı
seçmək, ümumiləşdirmək, istifadə etmək, tənqidi yanaşmaq,
arqumentləşdirmək, müxtəlif plagiatlardan uzaq durmaq, mətni
nitqin elmi üslubunun normalarına uyğun məzmunlu, tam və
məntiqi əlaqəli qurmaq, öz fikirlərini aydın və dəqiq ədəbi dildə
ifadə etmək.
- işgüzar və akademik kommunikasiyanın, etalon elmi
mətnlərin linqvostilistik parametrləri bilinməlidir;
- elmi axtarışların nəticələrini məruzə və ya təqdimat
şəklində prezentasiyasının təqdim edilməsi, mətnin elementlərini
təşkil etmənin məntiqi sıralanması, işgüzar və elmi akademik
mətn üzərində işləyərkən müxtəlif model və texnologiyalardan
istifadə etmək bacarılmalıdır;
- mətnin adresat tərəfindən qavranılması faktorunu nəzərə
almaq, başqasının fikirlərinə hörmət etmək və başa düşmək,
problem şəxsi fərziyyəyə görə əsaslandırilmalıdır;
- tezisin xülasəsini vermək, mətni fərziyyədən nəticəyə
qədər sıralamaq, müxtəlif mənbələrdən informasiyanı seçmək,
ümumiləşdirmək,
istifadə
etmək,
tənqidi
yanaşmaq,
arqumentləşdirmək, müxtəlif plagiatlardan uzaq durmaq, mətni
nitqin elmi üslubunun normalarına uyğun məzmunlu, tam və
məntiqi əlaqəli qurmaq, öz fikirlərini aydın və dəqiq ədəbi dildə
ifadə etmək bacarıqları əldə olunmalıdır.
|