Baki – 2020 Mövzu Yumurta


Xəz-dəri xammalı və yarımfabrikatlarda baş verən nöqsanlar



Yüklə 0,9 Mb.
səhifə148/307
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57268
növüMühazirə
1   ...   144   145   146   147   148   149   150   151   ...   307
2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2

2. Xəz-dəri xammalı və yarımfabrikatlarda baş verən nöqsanlar
Dəri səthində olan bütün zədələr, ölçüsündən və yerindən asılı olmayaraq “nöqsan” hesab edilir. Bu nöqsanlar xammalın keyfiyyətini az və ya çox dərəcədə aşaağı salır. Nöqsanların mənşəyi çox müxtəlifdir. Onlar heyvanların sağlığında və ölümündən sonra olur, tutulması, öldürülməsi, dərilərin çıxarılması, yağsızlaşdırılması, konservləşdirilməsi, saxlanılması, qablaşdırılması və nəql olunması vaxtında əmələ gələ bilər.

Dərilərin heyvan sağlığındakı nöqsanları. Heyvanların sağlığındakı nöqsanlar dəri xəstəlikləri, dərinin mexaniki zədələnməsi, çirklənməsi və heyvanların düzgün yemlənməməsi nəticəsində əmələ gələ bilər. Ən çox qarşılanan nöqsanlar deşik, çopurluq, qalınlaşma kimi olanlardır.

Gönlük dərilərdə olan sağlıq dövrünə aid nöqsanlar əsas etibarı ilə dərilərin gön örtüyünə aiddir.



Deşik – 1-1,5 mm diametrində olur. Bu nöqsan iribuynuzlu qara malların və maralların dərisinin mozalan sürfələrinin təsiri ilə yırtılması nəticəsində əmələ gəlir ki, bu da çox ciddi və geniş yayılmış nöqsandır.

Çopurluq – heyvanların yatalaq xəstəliyi – “çiçək” xəstəliyinə tutulması nəticəsində əmələ gəlir və dəri səthində formasız bir naxışla özünü biruzə verir.

Xəzlik dəri və xəz xammallarında heyvan sağlığı dövründə olan nöqsanlar gönlük dərilərdən fərqli olaraq tük örtüyündə də vacib rol oynayır və belə dərilərin keyfiyyət göstəriciləri məhz bu nöqsanlarla təyin olunur. Bunlar aşağıdakılardır:




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin