Xəzli dərilərin rənginə görə sortlaşdırılması. Xəzli dərilər təbii rəngində və rənglənmiş halda istifadə edilir. Bəzi xəz növlərinin rəngi xeyli dəyişkən olur. Bu xüsusiyyət xəzli dərinin dəyərinə təsir edir. Belə xəzli dərilər rənginə görə sortlara ayrılır. Emal edildikdən sonra boyanmış xəzlər də boyağının keyfiyyətindən asılı olaraq rənglərə bölünür.
Xəzlərin nöqsanlarına görə kateqoriyalara ayrılması. Hər sort dərilərdə olan nöqsanlara görə onlar aşağıdakı dörd kateqoriyaya ayrılır: normal, xırda nöqsanlı – A, orta nöqsanlı – B, böyük nöqsanlı – V. Nöqsanlar bal üzrə qiymətləndirilir və dərilər bal miqdarına görə müvafiq kateqoriyalara ayrılır.
10 bala qədər nöqsan olan dərilər normal sayılır, 11-dən 20 bala qədər nöqsan olan dərilər – A kateqoriyasına, 21-dən 30 bala qədər – B kateqoriyasına və 31-dən 45 bala qədər – V kateqoriyasına düşür. Emal edilmiş və boyanmış xəzlərin nöqsanları əsas etibarı ilə uzununa və eninə gedən tikişlərdən , diş yerlərindən, alt qatının didilməsindən, tük yerlərinin iki tərəfli deşik olmasından (tükün düşməsi nəticəsində) və tükün qıvrımlığından ibarətdir.
Dostları ilə paylaş: |