Mövzu 20. Metaldan olan malların ekspertizası
Plan:
1. Metal məmulatlarının istehlak xassələri və keyfiyyətinə verilən tələblər
3. Metal məmulatlarının çeşid xarakteristikası və keyfiyyət ekspertizası
1. Metal məmulatlarının istehlak xassələri və keyfiyyətinə verilən tələblər
Metal malları insanlara hər bir zaman lazımdır və onların tələbatlarının ödənilməsində daim yardımçıdır. Belə ki, yeməklərin hazırlanmasında, binaların təmir işlərində, ev əşyaları və şəxsi istifadədə, bağ və bostanda bəzi işlərin aparılmasında əvəz olunmaz bir materialdır.
Metal məmulatları bir sıra kompleks göstəricilərə malik olmalıdır. Bunlara funksional, erqonomik, estetik, istismarda etibarlılıq, təmirə yararlı, uzunmüddətli və saxlanılma xassələrinə malik olmalıdır.
Metalların funksional xassələrinə onların təyinatı daxildir. Belə ki, qabların funksional xassəsinə onların yeməklərin yaxşı bişirilmə qabiliyyəti, müəyyən həcmə malik olması, yeməkləri saxlama qabiliyyəti və s.
Bütün bu xassələr metalın konstruksiyası və qabların hansı materialdan hazırlanmasından asılıdır. Metalların içərisində bu xassələrə malik olanlar alüminium qabları, paslanmayan poladdan, emallaşdırılmış polad qablar daxildirlər.
Sinkdən hazırlanan qablar zəhərliliyinə görə yemək qabları hazırlamağa yaramır. Qara çuqun məmulatları isə yeməkdə olan vitaminləri parçalayır və bu zaman yeməkdən «dəmir» dadı hiss olunur.
Alətlər hazırlayan maşınların funksional xassələrinə onların işləmə qabiliyyətləri, materialın bərkliyi və konstruksiyası daxildir.
Metal məmulatların erqonomik xassələrinə onların istifadə olunmağa yararlığı, gigiyenik xassələri, zərərsiz olması və təhlükəsiz olmalarıdır.
Metal məmulatlarının əsas xassələrinə onların istifadəyə yararlığıdır. Onlara qabların və ya alətlərin tutma yararlığıdır ki, o da tutacaqların ölçüsü və formasından asılıdır. Məsələn, qabların tutacaqları yaxşı olar ki, plastmasdan olsun, çünki onlar istiliyi, elektriki pis keçirir, estetik cəhətdən yaxşı, yüngül olur.
Bunlardan əlavə tutacaq ölçüsü barmaqla tutmağa uyğun olmalı və kənara tərəf qatlanmış olmalıdır.
Istifadə olunan alətlərdə istifadəyə yararlı olmalıdır. Belə ki, onu istifadə edən şəxsin barmağı və əlinin içi alətin tutacağına yaxşı oturmalıdır ki, ona üstdən təsir edə bilsin. Qeyd etmək lazımdır ki, alətin yararlığından başqa istifadə edən şəxsin fizioloji qabariti də rol oynayır.
Metal məmulatların gigiyenik xassələrinə onların çirklənmə dərəcəsi və onların asan təmizlənməməyi daxildir. Asan təmizlənməsi üçün onun səthi hamar olmalıdır.
Məmulatların zərərsizliyi bütün istifadə sahələrinə aid edilir. Bunların içərisində yemək hazırlamaq üçün olan qabların zərərsizliyi daha əsas götürülür. Bunlara müxtəlif qazanlar, kostrullar, yeməkxana dəstləri daxildirlər. Ona görə də belə məmulatları zərərsiz materiallardan hazırlayırlar. Bunun üçün alüminium, paslanmayan polad, üzəri emal ilə örtülmüş çuqundan olan qablar və ya yeməkxana dəstlərindən istifadə olunurlar.
Metal məmulatların təhlükəsizliyinə onlarda kəsici çıxıntıların olmaması, metalın səthinin hamar olması, iti kəsiklərin olması daxildirlər ki, istifadə olunan metal məmulatlarında bu nöqsanlar olmamalıdır.
Bəzi metal məmulatlarının mürəkkəb quruluşa malik olmaları ilə əlaqədar olaraq onlar təmir olunmurlar. Ona görə də onların işləmə müddətinə uzunömürlülüyü və ya uzun müddət təmirsiz qalması xassələri daxildirlər.
Metal məmulatların fiziki uzunömürlülüyü əsasən onların möhkəmliliyi, örtüyün davamlılığı, detalın hissələrinin möhkəm bərkidilməsi və s. daxildirlər.
Bəzi metal məmulatlarının uzunömürlülüyünün müddəti müəyyən edilmir. O xassəni ancaq onların kimyəvi və termiki davamlılığı, hissələrinin birləşdirilməsinə, sürtünməyə, zərbəyə qarşı davamlılığı ilə ölçürlər.
Bir sıra metal məmulatları üçün işləmə müddəti müəyyən olunmuşdur. Məsələn, NV 170-187 nümunəsinə uyğun yiyələrin istifadə müddəti 180 dəqiqə mətbəx ətçəkənlərinin etibarlılığı onun bıçağının işləmə müddəti ilə ölçülür. Bu müddət 300 saatdan az olmamalıdır.
Metal məmulatlarının estetik xassəsinə, kompozisiyanın bütövlüyü, onun rasional forması, ətraf əşyalarla əlaqələri, moda və stilin uyğunluğu, rəng uyğunluğu daxildirlər.
Rəng quruluşu metal məmulatlarının estetik xassələrində əsas yeri tutur. O, metal əşyanın görünüşünü, ölçüsünü, çəkisini və hətta onda soyuqluq və istilik əhval-ruhiyyəsini yaradır.
Metal məmulatların estetik xassələrinə onların bədii tərtibatı böyük təsir göstərir. Belə ki, estetik tərtibat onu əhatə edən başqa əşyalara uyğun gəlməlidir.
Beləliklə, metal məmulatların istehlak xassələrinə təsir edən faktorlara məmulatın özü, onun konstruksiyası, alınma üsulları daxildirlər.
Təyinatından asılı olaraq qabların xüsusi spesifik tələbləri mövcuddur. Çuqun və təkrar alüminium ərintisindən hazırlanan qabların yaxşı təmizlənməsi üçün onun səthində heç bir qüsur olmamalıdır. Qabların xarici səthi rəngli emalla da örtülə bilər. Daxildən birtərəfli emal olunmaqla hazırlanmış çuqun qabların daxili səthi su və istiliyə davamlı lakla örtülməlidir.
Təbəqəli alüminiumdan, bürüncdən, mis, nikel ərintilərindən hazırlanmış qabların səthi parlaq və təmiz olmalıdır.
Metal tökmə ilə istehsalatda yaranan qüsurlara əsasən – qazudulma, torpaq, qısalma qüsurları – xüsusilə daxili səthdəki qüsurlar həm malın görünüşünə, həm də gigiyenik olmasına mənfi təsir edir. Bu qüsurlardan ən çox məsaməliliyin çox olması ilə mayenin xarici səthə sızması nəticəsində xarici səthdə tərləmə, metaltökmədə isti halda yaranan çatlar qabların keyfiyyətinə verilən tələbləri pozur, metaltökmə zamanı qəlib materialının yanaraq metala qarışması nəticəsində məhsulların əmtəə görünüşü korlanmaqla gigiyenik təmizliyi də pisləşir.
Mexaniki emal və ştamplama zamanı əmələ gələn qüsurlara nazik təbəqəli karbonlu paslanmayan poladdan, alüminiumdan, bürünc və mis-nikel ərintilərindən qablar hazırladıqda dartma ilə ştamplanmada qabların yanlarında qırış və çatların əmələ gəlməsi, tikişlərdə mayenin axmasına səbəb olan qaynaqlama və ya lehimləmə qüsurları, bürünc və mis-nikel ərintilərdən hazırlanmış malların xarici əmtəə görünüşlərini korlayan lehimlənmiş tikişlərdəəmələ gələn şərləmələr aid edilir.
Çuqundan hazırlanmış emallı qablarda emalın çatlaması, qopması, dəyişik olması, nəzərə çarpacaq məsaməlilik, emalın tərkibinin pis olması və ya emalın səthinin dalğavari olması və emal şlikerinin səthə qeyri-bərabər çəkilməsi ilə əlaqədar olan qüsurlar.
Bütün metal qablar keyfiyyətinə və xarici görünüşünə görə iki növə: 1-ci və 2-ci növə bölünürlər.
1-ci növə aid edilən məmulatlar xarici görünüşünə görə o qədər də nəzərə çarpmayan qüsurlara malik, texniki şərtlərə uyğun qablar aid edilir.
2-ci növ qablara nəzərə çarpacaq dərəcədə xarici görünüşündə qüsurlar olan, ancaq istismar üçün yararlı olan qablar aid edilir.
Ticarət müəssisələrində metal qabların satış müəssisələri qəbul edərkən onların xarici görünüşünü yoxlamalı, ölçülərin standarta uyğun olub-olmamasına diqqət yetirməli, həmçinin su buraxmasını yoxlamalıdırlar.
Bıçaqların, qayçıların, qənd doğrayan qayçıların, qoz-fındıq sındıranların, konserv qutularını açanların ağızkəsici hissələri termiki emal olunmuş olub, standart və texniki şərtlərdə göstərilən bərkliyə malik olmalıdır.
Bıçaqların ağız hissələrinin markası və möhkəmliyi bıçaq məmulatların əsas xassələrindən biridir. Əgər bıçaqların ağzı yumşaq olarsa, onlar həm əyilir, həm də sınırlar, ona görə də bıçaqları istehsal etmək üçün hazırlanan metallar standarta əsasən 9-10-cu təmizlik dərəcəsinə qədər təmizlənməlidirlər, bu əlamətlər xüsusilə yeməkxana, bufet, cib bıçaqlarına, qaşıqlara, çəngəllərə və başqa bufet və yeməkxana ləvazimatlarına aid olub, böyük əhəmiyyət kəsb edir.
Çuqun qabların əsas mənfi cəhəti onların kövrək olduğuna görə sınmaması üçün onları qalın divarlı hazırlayırlar ki, bu da həm metal sərfinin çox olmasına, həm də qabların ağır olmasına səbəb olur. Çuqundan əsas mətbəx qazanları və qızardıcı tavalar hazırlanır.
Emal olunmuş çuqun məmulatların da mənfi cəhətləri vardır ki, buna da əsasən emalın qopması ilə çuqun səthin üzə çıxması və müxtəlif bişirilən xörəklərin çuqunun tərkibində olan zəhərli elementlərlə - qurğuşun, sürmə və arsenlə birləşərək reaksiyaya daxil olması və insanlar üçün müxtəlif xəstəliklər yarada bilməsidir. Ona görə də son zamanlar bu qablar çox da geniş çeşiddə hazırlanmır.
Çuqun qablarda yuxarıda göstərilən çatışmamazlıqları şüşəyə bənzər emalla həm içəridən, həm də çöldən çəkməklə aradan qaldırır, daxili emal ağ, xaricdən isə rəngli olur, alt hissəsi, tutacaqların ətrafı və qapağın tutacağının ətrafı emal olunmur. Emal olunmayan hissələrə suya davamlı lak çəkilir. Emal olunmuş çuqun qablarda bişirilən xörəklər dadlı olmaqla yanaşı, emal qablara həm xarici, həm də daxili görünüşcə yaxşı görünüş verməklə, asan yuyulur, təmizlənir və göz oxşayan olurlar.
Polad tavalar qalınlığı 1,5-3 mm olmaqla yumşaq poladlar ştamplama üsulu ilə hazırlanır və əl tutacaqları tikişli qablardakı kimi bütövlüyü saxlamaqla bərkidilir.
Emal və ya yağlı boyalarla rənglənmiş qabların xarici görünüşü göz oxşayan olmaqla müəyyən çatışmamazlıqları vardır ki, bunlara əsasən emalı mexaniki təmirlərə qarşı davamsız, qopa bilməsi, nəmlilik çəkə bilməsi və ya istiliyin təsirindən tam qoruna bilməməsidir.
Sinkləşdirlimiş qablar korroziyaya qarşı davamlı olur, çünki sink qab üzərində təbəqə yaradır, bu ancaq neytral mühit və atmosfer təsirlərinə qarşı davamlıdır, ancaq duz məhsullarında, qələvi, turş mühitdə sink oksidi və karbon-sink təbəqə davamsızdır və reaksiyaya daxil olub dağılır, ona görə sinkləşdirilmiş qablarda yemək hazırlamaq və hətta suyu da qaynatmaq olmur, çünki sink duzları və oksidləri mədəyə düşərsə, xəstəlik yarada bilər. Onun üçün də sinkləşdirilmiş qablar yemək hazırlamaq və su qaynatmaq üçün istifadə olunmur.
Polad qabların gövdələri qaynar halda nazik qalay təbəqəsi ilə örtülür. Qalay örtüklü qablar turşu təsirinə qarşı davamlılığına görə yüksək keyfiyyətli örtük olmaqla insan sağlamlığına mənfi təsir etmir, yeməklərdə iy olmur, ona görə də qalay örtüklü qablar süd məhsullarını daşımaq və saxlamaq, müxtəlif konservləri saxlamaq üçün geniş istifadə olunur.
Böyük dərinliyə malik polad qabların qalınlığı 0,7 mm olan dekonivə edilmiş poladlardan hazırlanır, tikiş məmulatları və qapaqlar isə dam örtük poladından hazırlanır. Bir rəngli örtük bəzən müxtəlif şəkillərlə , mənzərələrlə və bəzən də fotobasma ilə örtülür.
Emal olunmuş polad qablar, emal olunmuş çuqun qablarla müqayisədə çəkisi yüngül olur.
Başqa yarımqrup polad qablarla müqayisədə emallı polad qablar yüksək gigiyenik və həm estetik olub, emal örtük poladı paslanmadan qoruyur, bunların mənfi cəhəti zərbəyə qarşı davamsız olub, emalının tökülməsidir.
Emal olunmuş polad qablara tələbat çox olduğu üçün onlardan həm mətbəx , həm aşxana, həm də təsərrüfat malları hazırlanır.
Paslanmayan poladdan qablar hazırladıqda əsasən legirləşmiş xromlu və bəzən də xrom nikeli poladlardan istifadə edilir.
Paslanmayan poladdan hazırlanan qablar su, xörək duzu və yeyinti-turşu məhsullarından paslanmaya qarşı yüksək dərəcəyə davamlıdırlar.
Aliminiumdan hazırlanan qablar əsasən qalınlığı 0,8-2 mm olan yayma alüminium vərəqələrdən və ya təbəqə düralyumusundan hazırlanır.
Alüminium qabların hazırlanma texnologiyası əsasən dartma proseslərindən iç baş gövdənin ştamplanma ilə hazırlanması, papaq və armaturaların ştamplama ilə hazırlanması, cilalanma, pardaqlanma və armaturların bərkidilməsindən ibarətdir.
Alüminium qablar çox sayda müsbət xüsusiyyətlərə malikdir ki, bunlara xarici görünüşün qəşəng, parçalanmaya qarşı davamlı, atmosfer, neytral mühit təsirinə dözümlü, çəkiyə yüngül, möhkəm ,yüksək istilikkeçirmə qabiliyyəti olub, bişirilən yeməyin rənginə, dadına təsir etmir.
Çuqun qablarda olduğu kimi, alüminium ərintilərindən metaltökmə üsulu ilə alınmış ərintilərdən hazırlanan qabların çeşidi geniş deyildir, ancaq bu metaldan hazırlanan qablar pardaqlandıqlarına görə yaxşı xarici görkəmə malik olmaqla həm də yüngül olurlar. Təkrar ərinmiş alüminiumdan metal tökmə ilə alınmış qablar paslanmaya qarşı, təbəqə alüminiumdan hazırlanmış qablara nisbətən paslanmaya qarşı davamsız olurlar ki, bu da təkrar istifadə olunan alüminium ərintisinin tərkibində alüminium mis, dəmir və maqnezium kimyəvi aktiv birləşməsinin həyata keçirən karad sahənin olması ilə əlaqədardır.
Bürünc metal qablar əsasən L68, L62 markalı tərkibində az miqdarda sink olan bürüncdən hazırlanır. Bürünc qablar əsasən nikelləşdirilmiş örtüklü, az miqdarda pardaqlanmış və xüsusi hallarda xromlaşdırılmış halda istehsal edilir. Mətbəx qablarının daxili səthi hökmən qalayların ki, bu da əsasən bürünc və misin suyun, üzvü turşuların, yağın, südün və b. ərzaq məhsullarının təsiri ərzağa keçə bilməsidir ki, bu da olduqca ziyanlı olması ilə əlaqədardır. Ancaq qalay örtük uzun zaman istismarda korlanır, həm də bürünc qablar baha başa gəlir. Xüsusi hallarda mürəbbə bişirən qablar hazırlanır ki, bu da əsasən mürəbbə bişirəndə şəkərin çox olması və bunun da mis və sinkin duzlarının məhsulda həll olmasına imkan verilməməsilə əlaqədar olaraq bu qablar işlədilir.
Dostları ilə paylaş: |