Baki – 2020 Mövzu Yumurta



Yüklə 0,9 Mb.
səhifə161/307
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57268
növüMühazirə
1   ...   157   158   159   160   161   162   163   164   ...   307
2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2

1. Xəz yarımfabrikatlarının keyfiyyət göstəriciləri keyfiyyətinə qoyulan tələblər
Təbii xəzlərin keyfiyyətinə verilən tələblər müxtəlif səviyyədə ola bilər. Xəz məmulatlarına qarşı qoyulan tələblər maddi və mədəni yaşayış səviyyəsinin inkişafından, malların təyinatından, xammal ehtiyyatlarının olmasından, istehsalın texnoloji və iqtisadi imkanlarından asılıdır. Xəz məmulatlarının keyfiyyətinə verilən tələblər cəmiyyətin inkişafı ilə, elmin və texnikanın texnologiyanın, iqtisadiyyatın, əhali tələbinin inkişafı ilə və yeni növ xammal mənbələrinin yaranması ilə əlaqədar olaraq keyfiyyətin yaxşılaşdırılması istiqamətində daim mükəmməlləşdirilir.

Xəz məmulatları birnci növbə insanı onu əhatə edən xarici təsirlərdən mühafizə edir. İnsan orqanizmi məlum olduğu kimi müəyyən istilik mənbəyidir. Bu istilik kimyəvi, fiziloji proseslər nəticəsində əmələ gəlir. Bu proses insanın qidanlanması və nəfəs alması ilə əlaqədar olaraq daim dəyişərək insanın həyat fəaliyyətini təmin edir. Orqanizmin fəaliyyətindən və onu əhatə edən mühitdən asılı olaraq istilik müxtəlif sürətlə dəyişilir. Lakin hər halda sağlam bədəndə istilik dərəcəsi bir səviyyədə qalmalıdır. Odur ki, müxtəlif şəraitdə yaşayan və əmək fəaliyyəti ilə məşğul olan insanlar özlərini isti və soyuqdan mühafizə etmək və hərarətin sabitliyini saxlamaq üçün bədənlərini örtməyə başlayırlar. Məhz buna görə də xəz məmulatlarının ən birinci əhəmiyyəti insan bədənini soyuqdan mühafizə etməkdən ibarətdir.

İnsanların əmək fəaliyyəti genişləndikcə, mədəni səviyyəsi yüksəldikcə xəz məmulatlarının xarici görünüşünə zövqlü amillər təsir edərək onların bir insan yaraşığı kimi işlədilməsinə səbəb olmuşdur. Beləliklə də xəz məmulatları da digər tikili məmulatlar kimi insan yaşayışında xüsusi əhəmiyyət kəsb edən əşyaya çevrilmiş və insanların yaşına, peşəsinə, ictimai məşğuliyyətinə uyğunlaşmışdır. İnsanların mədəni səviyyəsi və bədii fəaliyyəti inkişaf etdikcə onlar xəz məmulatlarının formasına və zənginləşdirilməsinə fikir vermişdir. Ona görə xəz məmulatlarının forma və bəzəyinin zənginləşməsi cəmiyyətin mədəniyyəti və istehsal münasibətinin inkişafı ilə sıx əlaqədardır. Buradan da belə bir nəticəyə gəlmək olur ki, xəz geyimləri yalnız istehsal predmeti olmayıb, həm də tətbiqi incəsənətin obyektidir.

Xəz məmulatlarına qoyulan tələblər birinci növbədə onların təyinatına uyğun olmalıdır. Bu da onların yüksək istisaxlamaq qabiliyyəti ilə izah olunur.

Ümumiyyətlə, xəz məmulatlarına verilən tələblər dövrü xarakterinə görə cari və perspektiv tələblərə bölünür. Cari tələblər dedikdə, cari dövrdə istehsal olunan və satışda olan xəz məmulatlarının keyfiyyətcə qiymətləndirilməsi üçün nəzərdə tutulan kompleks keyfiyyət göstəriciləri başa düşülür. Bu tələblər mövcud və qüvvədə olan standart və texniki şərtlərdə tətbiq olunmuş olur. Lakin dövr keçdikcə bu tələblərə yenidən baxılır və onlar təkmilləşdirilir.

Cari tələblərdən fərqli olaraq perspektiv tələblər nəticə etbarilə keyfiyyətin simvolunu yaradır. Belə ki, keyfiyyətin qiymətləndirilməsi üçün yaranan bu tələblər kompleksi daha geniş əhatəyə malikdir. Burada texniki tərəqqinin imkanları işçilərin yaradıcılıq qabiliyyəti və mütəşşəkkilliyi cari dövr üzrə istehsal şəraiti, texnoloji imkanlar, yeni modernizasiya, yeni xammal mənbələri və s., şərtlər nəzərə alınır. Xəz məmulatlarına verilən perspektiv tələblər onların istehlak dəyərinin yüksəldilməsinə, yüksələn əhali tələbatını ödəməsi qabiliyyətini yaxşılaşdırılmasına xidmət edir. Prespektiv tələblər gələcək dövrün imkanlarını nəzərə almaqla yaranır.




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin