2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2
Çuqunqaravəemallıqablar. Çuqun qablar üçün C412-C428 markalı boz çuqundan istifadə olunur. Çuqun qara qablara son zamanlar tələbat xeyli azalmışdır. Ona səbəb onların suya və turşulara qarşı davamsız olmasıdır. Belə ki, su mühitində dəmir ionları suya keçir və yeməkdə olan vitaminləri parçalayır, yeməyin rənginə, dadına mənfi təsir göstərir. Həm də dəmir qablar ağır olur və tutqun rəngli olur. Belə qablara qazanlar, tavalar, qarşoklar misal ola bilər.
Emallı çuqun qabların tərkibi də çuqun qara qabların tərkibi kimidir və eyni qablar üçün istifadə olunur/ Emallı qablar daha yüksək gigiyenik xassəyə malikdir. Bunlarda dəmir ionları yemək məhsullarını görmür, vitamin parçalanmır, yeməyin dadına və rənginə təsir olunmur. Onların çeşidi olduqca çoxdur. Bunlara kostrullar, skovorodlar, su üçün baklar, sous qabları və s. qablar misaldır.