2. Metal məmulatlarının çeşid xarakteristikası və keyfiyyət ekspertizası
Metal malları öyrənərkən əsasən məmulatın çeşidinə, onların təsnifatına, müxtəlif məmulatların müəyyən olunmasına, sortlaşmanın xarakterik qəbulu ilə tanışlığa və məmulatın keyfiyyətinin təyini əsas göstərilir. Çeşid qrupunu öyrənərkən məmulatları və eksponatları ətraflı nəzərdən keçirirlər, kataloqlarda DÜIST-lərlə, plakatlarla və preyskurantlarla tanış olurlar. Məmulatın hər çeşid qurupu üçün bu qrupa hanmı məmulatlar daxil olduğunu, onların müxtəlif əlamətlərə görə təsnifləşməsini, eyni təyinatlı məmulatların ayrı-ayrı tərzinin fərqləndirici əlamətlərini, onların tətbiqi xüsusiyyətləri aydınlaşdırılır.
Məmulatlar və texniki şərtlərlə işləyərkən, ayrı-ayrı hissələrin hansı materialdan hazırlandığını, hansı halda onların emala məruz qalmasını, nöqsanların aşkar edilməsini, keyfiyyətə verilən tələbatları təyin edirlər və tədqiqat üsullarını müəyyənləşdirirlər.
Növünü təyin etmək üçün məmulat diqqətlə nəzərdən keçirilir, onlarda olan nöqsanlar aşkar olunur, hər nöqsanın yerini və onun ölçülərini və həm də nöqsanların miqdarı göstərilir. Daha sonra isə uyğun gələn TŞ-dən istifadə olunaraq məmulatın növü müəyyən olunur.
Preyskurantla işləyərkən, məmulatların adlarına görə onun quruluşu öyrənilir. Preyskurantların quruluşunda olan fərqə fikir verilir. Eyni məmulatın bəzəyinin halından, materialından, formasından, ölçüsündən və növündən asılı olaraq qiymətinin dəyişməsini təhlil edirlər, ticarət güzəştləri və şərtləri ilə tanış olurlar.
Məmulatlara xarakteristika: məmulatın adı, istehsal üsulu, materialı, bəzəyi, əsas ölçüləri, preyskurant üzrə artikulu, nöqsanların növü haqqında nəticə (TŞ-ə əsasən) kimi sxem üzrə verilir. Metal qablar öyrənilərkən bu qabların hər yarımqrupunun, həm də örtüyünün hansı tərkibdə və markada metaldan və ərintilərdən hazırlanmasına fikir verilir. Onların fərqləndirici əlamətlərinə görə qabların hazırlanma üsulunun, onun səthinin emalı və örtüyünün çəkilməsini müəyyən edirlər.
Hər yarımqrup qabların ərzaq məhsullarının kimyəvi təsirinə, suya, yuyucu məhlullara, yanacağa qarşı davamlılığı aydınlaşdırılır. Qabların gigiyenik xassələrinin nə cür olduğunu – metalın gövdəsi və örtüyü, zəhərli olub-olmaması, ərzağı boyayıb-boyamaması, qabın çirkdən asanlıqla təmizlənib-təmizlənməməsi qeyd edilir. Bütün bundan sonra müxtəlif tərzdə qabların çatışmayan və üstün cəhətləri müəyyən olunur.
Metal qabların çeşidini aşağıdakı yarımqruplara bölmək olar: çuqun qablar (qara və minalı), polad qablar (minalanmış, sinklənmiş, qalaylanmış, qara və boyalı), paslanmayan polad qablar, alüminium, bürünc qablar və mis-nikelin ərintisindən olan qablara (melxior və neyzilber).
Metal məmulatların çeşidinin öyrənilməsi onların xarici görünüşünü nəzərdən keçirməklə başlanır. Düzgün DÜIST-lərdən və kataloqlardan istifadə edərək, mövcud tərzdə qabların təyinatını və düzgün göstəricilərini, adlarını müəyyən edirlər. Bu zaman onların şərti işarələrinə fikir verilir. Sonra nümunələrdə rənginə, çalarlığına, xüsusi çəkisinə görə gövdəsinin və örtüyünün hansı metaldan hazırlandığını təyin edirlər.
Istehsal üsuluna görə qabları müəyyən etmək üçün bu və ya başqa texnoloji əməliyyatların xüsusiyyətləri ilə bağlı olan fərqləndirici cəhətləri (əlamətləri) bilmək lazımdır. Məsələn, tökmə qabların divarları daha qalın olur, nəinki təzyiq üsulları (ştamplama, uzatma, basma) ilə hazırlanan qablara. Tökmə qablarda novların təmizlənmiş izləri, dəliklər və tökmələr olur.
Tökmə qabların çeşidi təzyiq üsulu ilə hazırlanan qablar yalnız çuqundan və təkrar tökmə alüminium ərintilərindən qablar istehsal olunur. Tikişli qablar təzyiq üsulu ilə hazırlanan qablardan məmulatın gövdəsinin ayrı-ayrı hissələrinin birləşdiyi yerlərdə tikişlərin olması ilə fərqlənir. Səthi pardaxlanmış qablar, qoruyucu-dekorativ örtüklü gövdəli metal görünüşlü qablardan həm də səthinin bəzəyi üsulu ilə fərqlənirlər. Məsələn, paslanmayan poladdan, ya da alüminium və onun ərintilərindən istehsal olunan qablar, nisbətən çox vaxt səthi pardaxlanmış olur. Paslanmayan poladdan olan qablar xromlanmış və nikellənmiş buraxılmır. Poladdan olan qablar adətən qoruyucu-dekorativ örtüyə malik olur. Metal məmulatları təyinatına görə çeşidlənirlər. Bu əlamətlərinə görə onlar aşağıdakılara bölünürlər:
1. metal qablar;
2. bıçaq növləri və yeməkxana cihazları;
3. mətbəx-təsərrüfat əşyaları;
4. metal alətlər;
5. qızdırıcı cihazlar;
6. qapı və pəncərə alətləri.
Metal məmulatlarını həm də istifadə təyinatına, düzəldilmə metoduna görə də çeşidləşdirirlər. Qeyd etmək lazımdır ki, metal məmulatlarının çeşidi son vaxtlar çox genişlənmişdir. Bəzi məmulatların istifadə xassələri artmışdır. Başqa bir növləri isə konstruksiyasının əlverişliliyinə görə saxlanmaq və daşınmaq üçün əlverişlidir.
Metal qablar təyinatına əsasən aşağıdakı növlərə bölünürlər:
1. yeyinti məhsulları üçün;
2. sanitar-gigiyenik;
3. müxtəlif təyinatlı qablar.
Yeyinti məhsulları üçün istifadə olunan qablar da öz növbəsində aşağıdakılara bölünür: tazlar, çörək və şirniyyat hazırlamaq üçün peçlər (sobalar) və s. Yeməkxanalarda istifadə olunanlara aşağıdakılar aiddir: müxtəlif ölçülərdə boşqablar, podnoslar, qənd qabı, çörək qabı, konfet qabı, vazalar, bakallar, çayniklər, samovarlar və s.
Sanitar-gigiyenik qablara isə su üçün baklar, vedrə, tazlar, vannalar, əl-üz yuyanlar daxildir. Müxtəlif təyinatlı qablara isə bidonlar, müxtəlif qıflar, bağ və bostanda istifadə olunan su çiləyicilər daxildir.
Metal qablar həm də materialına və xarici səthinin işlənmə növünə görə də çeşidlənir: tökmə üsulu ilə düzəldilən qablar (çuqun və alüminium), ştampovka üsulu ilə düzəldilən qablar (polad, alüminium, latun, melxior), qaynaq üsulu ilə olan qablar (polad, alüminium). Bütün bunlardan əlavə eyni növ qablar müxtəlif formada ola bilərlər. Məsələn, kostrullar eyni zamanda silindrik, konusşəkilli, şarşəkilli ola bilərlər.
Dostları ilə paylaş: |