2. Hazır xəz mallarının istehlak xassələri və onların təyini üsulları
Hazır xəz malları, yararlı istehlak xassələrinə malik olmalıdır. Bu xassələrin cəmi kimi istilik saxlama, geyilməyə qarşı davamlılıq, çəki xassələri nəzərdən keçirilməlidir. Bu göstərilən xassələr hazır məmulatın istehlak xassələrinin formalaşmasının əsasını təşkil edir.
Xəzin istiliksaxlama xassəsi. Xəz malları ən yüksək istiliksaxlama xassəsinə malik olan məmulatlar sırasına daxildir. Xəzin istilik saxlama qabiliyyəti birinci növbədə onun tük təbəqəsinin toplusundan çox aslıdır. Beləki, hava təbəqəsi nə qədər çox olarsa, onun istilik mühafizəetmə qabiliyyəti də o qədər çox olar. Xəzin özünün hava saxlaması isə öz növbəsində tük təbəqəsinin və hündürlüyündən, tükün forması və differensiyasından çox aslıdır.
Bir qayda olaraq şimal rayonlarında yaşayan vəhşi heyvanların tük təbəqəsi daha sıx vən hündür olur. Buna görə də bu növ xəzlər yüksək istilik saxlama xassəsinə malikdir. Bunlardan , xüsusilə şimal tülküsünün, ağ dovşanın, qunduzun, tülkünün, şimal maralının dəriləri, habelə qoyun xəzi daha yüksək istiliksaxlama xassəsinə malik olur.
Hal-hazırda xəzin istiliksaxlama xassəsini təyin etmək üçün Y.M.Kondratyev tərəfindən hazırlanmış müntəzəm rejim üsulundan istifadə edilir. Bu üsulun mahiyyəti ondan ibarətdir ki, müəyyən temperaturda qızdırılmış xəz nümunəsini daimi temperaturda saxlanılmaqla onun tədricən soyudulub istiliyinin azalmasına görə xəzin istiliksaxlama qabiliyyəti təyin edilir. Bu proses 3 mərhələdə gedir. Birinci mərhələdə xəz nümunəsində qeyri- bərabər soyuma prosesi baş verir və heç bir sadə riyazi qanunauyğunluğa tabe olmur. Ikinci mərhələdə soyuma prosesi müntəzəm rejim prosesinə keçir və xətti qanunauyğunluğa əsaslanır. Bu mərhələdə nümunənin istiliksaxlama qabiliyyətini ölçürlər. Üçüncü mərhələdə isə tədqiq olunan nümunə ilə ətraf mühit arasında bərabər istilik səviyyəsi yaranır və bu istilik müqavimətinin qiymətinin böyüklüyünü hesablamağa kömək edir.
Xəz-dərilərin istiliksaxlama xassəsinin qiymətləndirilməsi, yəni istilik müqaviməti bir neçə amillərdən, o cümlədən xəzin qalınlığından, xəz təbəqəsinin hündürlüyündən, sıxlığından, tükün forması və qıvrımlığından çox aslıdır. Bundan əlavə, xəzin daha yüksək istiliksaxlaması hava qatının qalınlığından, küləyə qarşı davamlılığından və gön qatının az havakeçirmə qabiliyyətinə malik olması ilə izah olumur.
Insan geyimi müxtəlif iqlim şəraitində müəyyən səviyyədə istiliksaxlama qabiliyyətinə malik olmalıdır. Bu baxımdan əmtəəşünaslar və sanitar həkimlər tərəfindən müxtəlif xəz geyimləri üçün istilik saxlama göstəricisi müəyyənləşdirməklə müxtəlif zonalara ayrılmışdır. Belə ki, keçmiş SSRİ-nin Avropa qitəsinin III zonasında orta üzün illik qış temperaturu 12º S-dir. Bir saatda 3-4 km piyada gəzən zaman geyimin istiliyi mühafizəetmə qabiliyyəti 0,360 dərəcə m²/vt-a bərabərdir. Bundan, otaq şəraitində geyilən kostyum (don) üçün düşən pay 0,100 dərəcə m²/vt və qış üçün istifadə edilən xəz geyiminə düşən pay isə 0,260 dərəcə m²/vt-dır. Bu göstərilən məlumatlara əsaslanaraq xəz-dəri yarımfabrikatlarından lazımi səviyyədə istiliyi mühafizə edə bilən qış geyimi istehsal etmək mümkündür.
Xəz baş geyimlərinin istiliksaxlama xassəsi xəzin növündən, geyimin fasonu və konstruksiyasından asılı olaraq müxtəlifdir. Bəzi mütəxəssislərin fikrinə görə, xəz geyimlərinin istiliyi mühafizəetmə xassəsinə geyimdə olan “fəaliyyətsiz hava” qalığının həlledici təsiri vardır. Buna görə də tük qatının hava keçirməsi və küləyə qarşı davamlığı xüsusi əhəmiyyətə malikdir. Təcrübələr göstərir ki, küləyin təsirinə qarşı dözümlü olduğundan , onun hava keçirməsi, əksinə az olur. Xəzin hava keçirməsi orta hesabla 1lm²/ san-dən çox olmur.
Soyuq güclü külək axınının təsiri nəticəsində xəz təbəqəsində olan sakit hava qalığının vəziyyəti dəyişir və xəzdə olan “ fəaliyyətsiz hava” get-gedə sıxılır, daha doğrusu azalır və nəticədə geyimin keyfiyyətcə istilik müqaviməti göstəricisi azalmağa başlayır.
Xəzin dağılmaya qarşı davamlığı. Istismar zamanı xəz məmulatları müxtəlif mexaniki, fiziki-kimyəvi təsirlər nəticəsində tədricən sürtünməyə məruz qalır və dağılaraq yararsız hala düşür.
Xəzin müxtəlif təsirlərə qarşı əks dayanmasınun dağılmaya qarşı davamlılığı kimi qiymətləndirilir. Bu isə öz növbəsində xəz-dəri yarımfabrikatlarının növündən və emalı səviyyəsindən çox aslıdır. Xəzin geyilməsi qabiliyyəti onun xəz-dəri yarımfabrikatlarının növündən asılı olaraq əsaslı surətdə fərqlənir.
Bir qayda olaraq xəzin sürtünməsi onun tük qatına təsir edən mexaniki amillərlə izah edilir. Bu göstərici tük qatının üst səthinin dağılması ilə əlaqədar deyil. Xəzin dağılması tükün gövdəsində daxili gərginliyin baş verməsi və təkrarən təsiredici qüvvə hesabına baş verir ki, bunun da əsasını tükün qatlanması və dartılması təşkil edir.
Məlumdur ki, qatlanma ərəfəsində tükdə deformasiya yaranır. Bu isə qatlanma anının böyüklüyündən və müqavimət gücündən çox aslıdır. Lakin deformasiyanın xarakteri tükün yoğunluğundan və quruluşundan asılıdır.
Təkrar qatlanmalar zamanı tükün gövdəsinin parçalanması sürəti qatlanma yerində əyilmə radiusunun əks əlaqəsiistiqamətində olur. Deməli, əyilmə radiusunun müəyyən həddinə çatdıqda tük qatlanır, lakin praktiki olaraq parçalanmır. Bu anda baş verən deformasiya “ deformasiyanın kritik böyüklüyü” adlanır. Bu isə öz növbəsində tükün xüsusiyyətlərindən, müxtəlif emal mərhələrindən tükün quruluşunun dəyişilməsindən, tükün diametri və onun mikroskopik quruluşundan çox aslıdır.
Deformasiyanın kritik səviyyəsini təyin edərkən əyilmə yerində yükün həqiqi diametrinin böyüklüyünü bilmək çox vacibdir. O hallarda ki, tükün gövdəsi girdəvari olmur, belə halda tükün ən yoğun yerindən onun diametrini ölçüb onun əyilən yerində əyilmə radiusunun kritik səiyyəsinə olan nisbətini hesablamaq olar. Tük örtüyünün dağılmaya qarşı davamlılığını ancaq onun dözümlülüyünə görə yox , həm də deformasiyanın böyüklüyünə görə də mühakimə etmək olar.
Tük təbəqəsinin sürtünməyə qarşı davamlılıq göstəricisi kritik deformasiyanın faktiki deformasiyaya olan nisbəti ilə hesablanır. Bu göstərici nə qədər yüksək olarsa, xəzin geyilməyə qarşı davamlılığı da o qədər çox olar.
Çəki göstəriciləri. Geyim malları içərisində xəz geyimlərinin çəki göstəriciləri insan üçün xüsusi əhəmiyyət kəsb edir. Hamıya məlumdur ki, ağır çəkili geyimmlər, hətta soyuq şəraitdə belə insasanların tez yorulmasına, iş qabiliyyətinin zəifləməsinə, səhhətinin pisləşməsinə gətirib çıxarır. Nəzərə alsaq ki, əksəriyyət hallarda qış mövsümündə insanın geyimi çəkisinə görə həddən artıq çox olur. Bəzi standartlarda kişilər və qadınlar üçün xəz geyimlərinin bir neçə növlərinin çəki göstəriciləri normalaşdırılmışdır. Bundan əlavə 1967-ci ildə B.F. Serevitinov tərəfindən yay, yaz-payız və qış mövsümlü geyimlərin minimum, orta və maksimum çəkisi haqqında ilk məmulatlar işlənib hazırlanmışdır. Onun fikrinə görə kişilər üçün qış mövsümlü geyimlərin orta çəkisi 2,5 və qadınlar üçün isə 3 dəfə yay geyimlərindən ağır olur. Ümumiyyətlə , kişi geyimləri qadın geyimlərindən 2 dəfə ağır olur. Insan geyiminin çəkisi qış mövsümündə kişilər üçün bədən çəkisinin 1:8,6 və qadınlar üçün isə 1:12,5 olan nisbətinə, yay mövsümündə isə müvafiq olaraq 1:22,3 və 1:39,3 nisbətinə bərabər olur. Qadın xəz geyimlərinin çəkisi qış mövsümündə onun qalan geyim növlərinin və ayaqqabısının ümumi çəkisinin 65-70%-ni təçkil edirş. Bütün bunları nəzərə alaraq xəz geyimlərinin istehsalında istifadə edilən xəz yarımfabrikatlarını çəkisinə görə daha ağır, (1600-3000 q) ağır (1100-1500 q), orta (700-1100) və yüngül çəkili (250-650q) olanlara bölürlər. Yarımfabrikatların müxtəlif çəki əlamətlərinə görə daha çox fərqlənməsi öz növbəsində hazır məmulatın çəkisində də göstərilə bilir. Məsələn, müxtəlif xəz yarımfabrikatlarından hazırlanmış 48 ölçülü qadın paltolarının çəkiləri 1130 q-dək çata bilir.
Dostları ilə paylaş: |