Yeməkxana priborları və bıçaq məmulatları. Bıçaqlar təyinatına görə yeməkxana və təsərrüfat, bufet və anbar bıçaqlarına bölünürlər.
Bıçaqların təyinatından asılı olaraq onların tiyələri və dəstəkləri müxtəlif olurlar. Tiyələr karbonlu və paslanmayan poladdan hazırlanır. Dəstəklər isə buynuz, plastmas, ebonit, sümük, ağac və əlvan metallardan hazırlanır.
Bıçaqların tiyələri dişli və düz olur. Onların ancaq bir tərəfi kəsən olur. Onların tiyələrinin möhkəmliyi Rokvel metodu ilə HRC-44-56 bərabərdir. Yeməkxana bıçaqlarının tiyəsi paslanmayan poladdan, melxior, neyzilber ərintilərin, dəstəkləri isə plastmas və ağacdan hazırlanır. Onların tiyələri enli, ensiz halında olur. Yeməkxana bıçaqlarının tiyələri paslanmayan poladdan müxtəlif ölçülərdə olurlar və müxtəlif marka altında buraxılır. Məsələn, HDC – uzunluğu 215-235 mm, HDD – 190-210, HDP – 190-210 mm.
Ərintilərdən hazırlanan bıçaqlar 215-235 mm, 190-210 mm, tiyəsinin qalınlığı isə 0,7-2 mm arasında olur.
Bufet üçün istifadə olunan bıçaqların uzunluğu 280 mm (çörək üçün), 170- 195 mm (limon kəsmək üçün), meyvə üçün 175 mm.
Təsərrüfat bıçaqları əsasən çörək, ət, balıq, meyvə, tərəvəz üçün işlədilir. Onların tiyəsi karbonlu poladdan, dəstəyi isə plastmas və ya ağacdan hazırlanır. Onların ölçüsü 165-360 mm, eni 11-62 mm, qalınlıqları isə 0,7-4,5 mm arasında olur.
Anbar bıçaqları 40, 45, 65, 65Q, 70Q markalı poladlardan hazırlanır. Onlar tək tiyəli və ya da çox predmetli olurlar. Onların tiyələrinin uzunluqları 40-60, 65-85, 90-110 mm olur. Onların istismar müddəti, satılan vaxtdan hesablanaraq 1 ildir.
Qayçılar. Onlar təyinatına görə təsərrüfat, cib, dərzi, manikür qayçılarına bölünür. Dərzi qayçılarının tiyələri enli olur. Cib qayçılarının ucları küt olur.
Çəngəllər. Onlar paslanmayan poladdan nilxior və başqa ərintilərdən hazırlanır. Onların dəstəyi sümükdən, buynuz, plastmas, ağacdan və ya da əlvan metaldan hazırlanır. Onlar yeməkxana, desert, və uşaq üçün hazırlanırlar. Onlar 3 və ya 4 şanalı olurlar. Bəziləri isə hətta 2 şanalı olur .
Qaşıqlar. Onlar da yeməkxana, desert, çay, kofe təyinatlı olurlar. Onlar da çəngəllər hazırlanan materiallardan hazırlanır. Qaşıqlar onların funksional təyinatına əsasən konstruksiya olunur. Onların da uzunluqları müxtəlif olur: 160- 180 mm, 140-160 mm, 95-115 mm.
Qaşığın içi, çəngəlin şanaları, bıçağın tiyəsi və başqa yeməkxana dəstlərinin səthi hamar parıldayan olmalıdır. Onlarda cızılma, çat, çökəklik olmamalıdır. Dəstəkləri isə möhkəm, məsaməsiz, hamar olmalıdır.
Yeməkxana priborlarının korroziyaya davamlılığını aşağıdakı kimi yoxlayırlar. Yağsızlaşmış məmulat 20-25ºS-də 1 saat müddətində 4%-li sirkə turşusunda saxlanılır. Yoxlamadan sonra məmulat üzərində pas ləkəsi olmamalıdır.
Plastmas dəstəklərin istiliyə davamlılığı isə aşağıdakı kimi yoxlanılır. Dəstək 15 dəqiqə 80ºS-də saxlanılır. Təcrübədən sonra dəstək çatlamamalı, yumşalmamalı, rəngsizləşməməli və deformasiyaya uğramamalıdır.
Onların markalanması zamanı hər bir partiyada mal nişanəsi, istehsal edən zavodun adı, metalın markası, məmulatın kateqoriyası və məmulatın qiyməti göstərilməlidir.
Karbonlu poladdan hazırlanan məmulatlar qablaşmadan əvvəl korroziyaya qarşı sürtkü yağı ilə yağlanmalıdır.
Yeməkxana dəstləri kağız karton qablarda qablaşdırılır. Paslanmayan poladdan olan məmulat polietilen paketlərdə qablaşdırıla bilər. Karobkada və futlyarda hər bir əşya ayrılıqda qablaşdırılır. Karobkadakı məmulat texniki-normativ sənədlərə əsasən və ya mal verən müəssisə ilə mal alan arasında olan müqaviləyə əsasən qablaşdırılır.
Bütün metal məmulatların markalanması, qablaşdırılması, daşınması və həm də daşınma şərtləri metal qablarda olduğu kimidir.
Dostları ilə paylaş: |