Xəz məmulatlarına verilən tələblər xarakterinə görə isə ümumi və spesifik tələbələrə bölünür. Xəz məmulatlarının keyfiyyətinə verilən ümumi tələblərə onların öz təyinatına uyğunluğu öz funkiyasını yerinə yetirməsi istifadə rahatlığı, orqanizm üçün zərərsiz olması, təmiz saxlanmasının mümkünlüyü və asan olması estetik və iqtisadi tələblərə uyğunluğu aid edilir. Xəz məmulatlarına verilən tələbləri 3 qrupa bölmək olar:
1. Xəz məmulatlarına verilən estetik tələblər
2. Xəz məmulatlartına verilən gigiyenik tələblər
3. Xəz məmulatlarına veriləns istismar tələblər
Xəz məmulatlarına verilən tələblərə daha konkret yanaşsaq aydın olur ki, ayrı-ayrı məmulatlara verilən tələblər onların təyinatından və spesifik xüsusiyyətlərindən asılı olaraq müxtəlif ola bilir.
Xəz mallarının estetik xassələri yalnız modadan deyil, onların hazırlandığı materialın xassələrindən, konstruksiyasından, həmin məmulatın texnoloji emalından və digər amillərdən də asılıdır. Yuxarıda göstərilən amilləri nəzərə almadan müasir tələbə uyğun gözəl, yaraşıqlı, yararlı, zövqlü tələbi oxşayan, istehlakçını bəzəyən geyim yaratmaq olmaz.
Bütün məmulatlarda olduğu kimi xəz mallarına verilən gigiyenik tələblər insanların həyat fəaliyyəti üçün olduqca zəruridir. Belə ki, xəz məmulatlarının gigiyenik xassələrinin yüksək olması istehlakçının istilik itirməsini azaldır, bədəndə daimi temperaturun olması üçün şərait yaradır, orqanizmi mühafizə edir və müxtəlif iqlim şəraitində əmək qabiliyyətini saxlamağa imkan verir. Xəz məmulatlarına verilən gigiyenik tələblər insan orqanizminin fizioloji xüsusiyyətlərilə sıx sürətdə əlaqədardır. Xəz məmulatlarının gigiyenik funksiyasını nəzərə alaraq bu tələbləri 2 əsas qrupa bölmək olar.
Bədəni onu əhatə edən mühitdən və mexaniki təsirlərdən mühafizə edən gigiyenik tələblərə bu amillər: aşağı və yüksək temperatur, radiyasiya, külək, duman, yağış, qar və mexaniki təsirlər daxildir.
Orqanizmin normal fəaliyyət göstərməsi üçün olan tələblər: bura bədəndə sabit temperaturun saxlanması, bədəndə müəyyən maddələrin ayrılması, bədənin təmiz saxlanması, normal qan dövranının təmin edilməsi, sərbəst nəfəs alma, maneəsiz adamın hərəkəti və s. tələblər daxildir. Yuxarıda göstərdiyimiz tələblərlə yanaşı xəz mallarına verilən ən mühüm tələblərdən biri də onlara verilən istismar müddəti saat, gün, ay və illə təyin edilir. Xəz məmulatlarının yararsız hala düşməsi müxtəlif səbəblərdən ola bilər. Xalis xidmət müddəti fiziki cəhətdən məmulatın istismar müddətini başa vurmasıdır. İstismar zamanı xəz məmulatlarının yararlıq xassələri pisləşə bilər və yaxud məmulat tamamilə dağıla bilər. Beləliklə, xəz məmulatlarının köhnəlməsi baş verir. Xəz məmulatlarının köhnəlməsi və yaxud tamamilə dağılması müxtəlif amillərin təsiri altında baş verir. Bu təsirlər ayrılıqda və kompleks ola bilər. Xəz məmulatlarında baş verən fiziki və mənəvi köhnəlməni bir-birindən fərqləndirmək lazımdır.
Dostları ilə paylaş: |