Qaragül - quzu yarımfabrikatlarının sortlaşdırılması. Qaragül – quzu yarımfabrikatları müxtəlif cinsli qoyunların quzu dərilərindən ibarətdir. Qara, boz və çal rəngli saf cinsli qaragül dəri, qara və əlvan rəngli müxtəlif cinslərin (quyruqlu qoyundan başqa) qarışığından olan qaragül, dəri, saf və qarışıq cinsli qaragülcə (doğulmamış quzu), təbii və boyanmış Krım dərisi, təbii və boyanmış güllü dəri bu qrupa daxildir.
Qaragül-quzu yarımfabrikatının sortlaşdırılması xəz dərilərinin sortlaşdırılması kimi deyildir. Qoyunların tükü yaşına görə kəskin dəyişir ki, bu da dərinin qiymətləndirilməsində xüsusi əhəmiyyətə malikdir. Bir qayda olaraq qoyunun yaşı artdıqca xəz- dərisinin keyfiyyəti aşağı düşür. Quzunun lap ilk doğulan günlərində alınan dərisi ən yaxşı dəri sayılır.
Ən yaxşı dəri yarmfabrikatının qaragül cinsli quzularından, sonra isə Ukrayna cinsli quzu dərisindən əldə edirlər. Quyruqlu qoyunlar və Rusiya qabayunlu qoyunları aşağı qiymətli dəri verir.
Qaragül qrupu dəriləri sortuna və rənginə sortlaşdırılır və nöqsanlarına görə isə kateqoriyalara ayrılır.
Sort bölgüsü dərinin keyfiyyətinə görə təyin edilir, keyfiyyət isə əsas etibarilə heyvanın yaşından və tükünün xarakterindən asılıdır. Sortun əsas əlaməti – dərinin güllərinin tipi, ölçüsü, yerləşməsi, elastikliyi, yumşaqlığı, parıltısıdır. Qaragül dəri 2-4 günlük qaragül cinsli quzuların dərisidir. Qaragül qoyunların hələ doğulmamış ( düşük) quzu dərisinə qaragülcə deyilir.
Bütün quzu cinsləri arasında qaragül və qaragülcə ən qiymətli dərilərdir. Qaragül dərilərin gülləri elastik olur və müxtəlif qiymətləri olan bir neçə yerə bölünür. Ən qiymətli gül-qısa qıvrılmış val və paxla formalı qıvrımlardır. Yal formalı güllər bunlardan aşağı, yarımhalqa və halqalı güllər ən aşağı qiymətlidir. Noxudu güllər, dolaşıq buruqlu güllər, yatıq güllər və açılmış güllər nöqsanlı sayılır. Hər növ dərinin gülləri müxtəlif uzunluqda olur.
Qaragül dərinin sortu güllərinin xasiyyətindən və həmin güllərin yerləşməsindən , tükün yumşaqlığından, parıltısından və s. əlamətlərindən asılıdır.
Rənginə görə qaragül dəri çal və gümüşü olur.
Qara rəngli qaragül dəri standarta görə 30 sorta ayrılır.
Qara rəngli bütün qaragül dəriləri aşağıdakı beş qrupa bölünür: jaket qrupu; dalğalı qrup; Qafqaz qrupu; Azdəyərli qrup və xırda dəri qrupu.
Dostları ilə paylaş: |