2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2
Dərilərin məkana görə sortlaşdırılması. Dəriləri ona görə məkan üzrə sortlaşdırmaq lazım gəlir ki, eyni növlü dərilər heyvanın yaşadığı coğrafi mühitdən asılı olaraq müxtəlif əmtəəlik xassəsi alır.
Müxtəlif yerlərdə yaşayan heyvanların xəzi müəyyən bir keyfiyyətdə olur; bir rayonda yaşayan heyvanların dərisi öz əmtəəlik xassələri cəhətcə qonşu rayonda yaşayan heyvanların dərisindən fərqlənir. Bir məkanın dəriləri özünə məxsus ölçüdə və kolpanlıqda olur; bunların tükü müəyyən rəngdə və yumşaqlıqda olur və nəhdi də müəyyən qalınlıqda olur.