Dərilərin ölçülərinə görə sortlaşdırılması. Cinsiyyətindən və yaşından asılı olaraq iri-xırda olan xəzlərin növləri ölçüsünə görə sortlaşdırılır. Dərinin ölçüsünü müəyyən etmək üçün uzununu eninə vururlar ( eni dərinin orta xəttindən ölçülür).
Dərilərin sort bölgüsü. Xəz-dərilərinin sort bölgüsü dedikdə onun əmtəəlik xassələrinin məcmusu başa düşülür. Daha doğrusu, xəzlərin sortlara bölünməsi onların tükünün keyfiyyətini əks etdirir. Burada xəzin əldə edildiyi mövsümün rolu çox böyükdür. Çünki müxtəlif mövsümlərdə əldə edilən xəzlər müxtəlif keyfiyyət göstəricilərinə malik olur ( eyni havada belə). Təcrübədən məlum olur ki, yayda tük qısa və seyrək olur, qışda tük koldan , uzun və sıx olur, payızda tük böyümək dövrü keçirir. Dərilər sortlara ayrılarkən bu dövrlərin əhəmiyyəti böyük rol oynayır. Xəz-dərilərin növündən asılı olaraq onlar müxtəlif sortlara ayrılır. Dəri sortlara tükün hansı stadiyada olduğundan asılı olaraq ayrılır. Bəzi xəzlər iki, üç və dörd sorta bölünür. Sortu təyin edən əlamətlər – tükün kolpanlığı, sıxlığı, uzunluğu və yumşaqlığıdır. Hər bir xəz növünün özünəməxsus sort əlamətləri vardır. Aşağıda xəzlərin çoxuna məxsus nümunəvi sort xarakteristikası göstərilir.
1-ci sorta tükün dolğun, qıl tükləri uzun və tiftik tükləri sıx olan dərilər, 2-ci sorta tükü nisbətən seyrək, qıl tükləri və tiftiyi kifayət qədər inkişaf etməmiş dərilər, 3-cü sorta tükü yarımçıq inkişaf etmiş, qıl tükləri və tiftiyi isə qısa olan dərilər, 4-cü sorta tükləri qısa, cod və tiftiksiz kimi, yaxud tiftiyi yeni gəlməyə başlayan dərilər – qurd, meşə ayısı, sibir porsuğu, çaqqal (mənsub edilir).
Dostları ilə paylaş: |