Baki – 2020 Mövzu Yumurta


Xəz-dəri yarımfabrikatlarının sortlaşdırılması



Yüklə 0,9 Mb.
səhifə153/307
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57268
növüMühazirə
1   ...   149   150   151   152   153   154   155   156   ...   307
2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2

3. Xəz-dəri yarımfabrikatlarının sortlaşdırılması
Xəz – dəri yarımfabrikatları standarta əsasən öz əmtəəlik xassələrinə və emal keyfiyyətinə görə sortlaşdırılır. Dərinin müəyyən xassələri olmalıdır.

Dərinin nəhdi yumşaq, təmiz, quru, ləkəsiz, plastik olmalı və hər tərəfə dartılaraq uzanmalıdır.

Dərinin tükü yaxşı daranmalı və piyi, tozu və s. kənar qarışıqları təmizlənməlidir. Dəridə olan deşik, keçəl yerlər, dişləmə yerləri, yanıq yerlər və s. nöqsanlar rədd edilməli və dərinin simmetriyası pozulmadan hazırlanmalıdır.

Burada xəz- dərilərinin gön qatının yumşaqlığı, təmizliyi, quru olması, plastikliyi, dartılmağa qarşı davamlılığı, tükünün yaxşı daranması, kənar qarışıqlardan təmizlənməsi və s. kimi yararlı xassələr əsas kimi qəbul edilir.

Dərilərə qoyulmuş yamaqlar əsas dəridən seçilməməlidir, boyaqlar hər yerdə eyni tonda olmalı, qayçılanma hər yerdə bərabər olmalıdır, tüklər səlis, eyni dərəcədə parlaq olmalıdır. Qayçılanmadan sonra standartın tələbinə görə tüklərin uzunluğu 14-16-18 mm olmalıdır.

Xəz- dərilərinə boyaqlar ülgü ilə vurulduqdan sonra naxışlar aydın seçilməli və ləkələr, çirklənmə halları olmamalıdır.

Dərinin alt tərəfindəki tikişi dərini hər tərəfdən 1,5-2 mm tutmalı və möhkəm pambıq sapları ilə tikilməlidir; tikişin hər sm-nə 5-6 ilmə düşməlidir; tikiş zamanı tüklər sapın altına düşməməli, sap dərini kəsməməli və ilmələr boş keçməməlidir. Tikişlər yaxşı dartılmalı, düz getməli və saplar tükün üzərinə çıxmamalıdır.

Hımin şərtlərə uyğun olmayan dərilər standartdan kənar sayılır.

Xəz yarımfabrikatları standarta əsasən məkanına, ölçüsünə, sortuna, rənginə və habelə faktik nöqsanlarına görə sortlaşdırılır.


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin