Tüklərin sürtülməsi – tük örtüyünün mexaniki təsir nəticəsində dağılmasıdır. Bu nöqsan, xəzlik heyvanların öz yuvalarının dar deşiklərinə girib çıxarkən əmələ gəlir.
Tüklərin yatması - əsas tüklərin yaz tük tökmə dövründə qağılması nəticəsində əmələ gəlir. Bu dövrdə tüklərin ucu qırılır, xovu lütləşir, yığışır və komalaşır.
Tük yeyilmə - tüklərə tük yeyən parazitlərin daraşmasından əmələ gəlir.
Dişdək kəsikləri – heyvanların yıxılması, bir-birini dişləməsi, dalaşması vaxtı əmələ gəlir; bu zaman tük çantaları zədələnir və tüklər tökülür. Bu dişdək yerləri ləkə kimi görünür və dırnaqla cırmaqlanma formasında olur.
Ölümlə əlaqədar nöqsanlar. Ölümlə əlaqədar nöqsanlar heyvanların kütləvi kəsilməsi, xəzlik heyvanların ovlanması, dərilərin çıxarılması, konservləşdirilməsi, saxlanması və nəqli zamanı əmələ gəlir.