Baki – 2020 Mövzu Yumurta



Yüklə 0,9 Mb.
səhifə175/307
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57268
növüMühazirə
1   ...   171   172   173   174   175   176   177   178   ...   307
2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2

Erqonomik xassələri. Şüşə məmulatlarının istismar şəraitilə əlaqədar olaraq erqonomik tələblər meydana çıxır. Bu tələblər, hər şeydən əvvəl şüşə məmulatlarında erqonomik xassələrlə, yəni istifadə rahatlığı və gigiyenikliyi göstəriciləri ilə təyin edilir.

Məişət qablarının komfortluğu (istifadə rahatlığı) onun tutmağa, aparmağa, saxlama funksiyasının yerinə yetirməsinə imkan verməsi, yuyulması və s. asanlığı ilə müəyyən edilir. Bu zaman məmulatın forma və tutumu, dəstəyinin vəziyyəti, onların formasının barmaqlara və s. uyğun olması nəzərə alınır. Məmulata qulluq rahatlığı qiymətləndirilərkən onun yuxarı hissəsinin diametrinə, səthinin xarakterinə, iti, kəsən və cızılmış sahələrinin olmasına, künclərinə, çıxıntılarına diqqət yetirilir. Məmulatın rahatlığı, həmçinin daşınma, qablaşdırma, saxlama mümkünlüyü üçün də nəzərə alınır.

Şüşə qabın gigiyenik xassələri, hər şeydən əvvəl şüşənin təbiəti və xassələri ilə müəyyənləşdirilir. Şüşə məmulat yüksək kimyəvi davamlılığa malik olmalıdır, insan orqanizmi üçün zərərsiz olmalıdır. Gigiyenik cəhətdən qiymətləndirilmə zamanı çirklənmə göstəricisi də nəzərə alınır. Onlar sadə, yüngül və tez təmizlənən olmalıdır.


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin