Şüşə kütləsinin nöqsanları. Şüşə kütləsinin keyfiyyəti onun bişirilməsinin sonunda fiziki və kimyəvi bircinsliyindən əhəmiyyətli dərəcədə asılıdır.
Şüşə kütləsinin nöqsanlarına qaz qabarcıqları, kristallik şüşə hissələri, şüşənin rənglərə çalması və ya keyfiyyətsiz rənglənməsi daxildir.
Qaz qabarcıqları. Müxtəlif qazların, azot turşularının, su buxarlarının və havanın qabarcıqlarından ibarətdir. Qabarcıqların ölçüsü 1 mm-dən bir neçə mm-ə qədərdir. Formasına görə onlar sferik, ellipis və sap şəklində dartılmış ola bilər. Qabarcıq və xal nöqsanları məmulatın xarici görünüşünü və şəffaflığını pisləşdirir, kimyəvi, mexaniki davamlılığını aşağı salır.
Dostları ilə paylaş: |