2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2
Odadavamlımaterialhissələri.Şüşə kütləsinin kifayət qədər bişirilməməsi, mexaniki ziyan və bişmənin çox yüksək temperaturda aparılması nəticəsində əmələ gəlir.
Kristallaşmağabaşlayanşüşəhissələri.Bu nöqsanda kristallar bir-birindən aralı, zəncir və ya dama formasında olur. Bu hissələr olan şüşə kütlələri bir qayda olaraq zaylaşdırılır. Kristallaşmağa başlayan şüşə nöqsanı çay stəkanlarında və nəlbəkilərdə də olmamalıdır, digər yeməkxana qablarında isə məhdud miqdarda ola bilər.
Düyünbərkimiş şüşə laxtalarından ibarətdir. Onlar şüşə kütləsi içərisində tam əriməmiş qabarcıq, yaxud damcılar və bəzən də ləkəli təpəciklər şəklində olur.
Cızıqdamarvari rəngsiz tellərdən ibarət olub, məmulatın səthində rast gələn nöqsandır. Bu nöqsan həm məmulatın xarici görünüşünü, həm də mexaniki-termiki davamını pisləşdirir. Məmulatda cızıq nöqsanının olmasına icazə verilmir.