2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2
Hidrostatikmetodlaşüşəməmulatındasıxlığınıntəyini. Şüşə və ya şüşə məmulatlarının sıxlığı onun tərkibində olan oksidlərin növündən və onların nisbətindən asılıdır. Buna, həmçinin şüşə istehsalının texnoloji prosesi və emalı da az miqdarda təsir göstərə bilər. Şüşənin sıxlığı piknometrin köməyi ilə hidrostatik metodla, həmçinin sıxlığı şüşənin sıxlığına bərabər olan mayenin seçilməsilə təyin edilir.
Sıxlığın piknometrin köməyi ilə təyin edilməsi çox dəqiq olmasına baxmayaraq, məmulatın sınması tələb olunur. Odur ki, nəticənin çox dəqiq olması tələb olunmadıqda hidrostatik çəkmə metodu tətbiq edilir. Sıxlığı bu məqsəd üçün xüsusən uyğunlaşdırılmış tərəzilərdə təyin edirlər. Tərəzinin sol gözünə qarmaq bərkidilmidir ki, ondan nazik metal məftil vasitəsilə torvari silindr asırlar. Su olan şüşə qabın içərisində yerləşdirilmiş silindr asılan tərəzini tarazlayırlar və bu vəziyyəti sıfır kimi qəbul edirlər. Sonra kiçik ölçülü məmulatı (çay stəkanı, qədəhi və s.) həmin tərəzidə çəkirlər. Məmulatı çəkərkən aşağıdan silindr asılmış sol gözündə yerləşdirirlər, sağ gözünə isə tarazlıq almaq üçün çəki daşı qoyurlar. Çəkilmiş nümunəni torvari silindrə keçirirlər və tərəzini yenidən tarazlaşdırırlar. Bu zaman silindr şüşə qabın divarına, yaxud divarına toxunmamalıdır. Məmulatın çəkidəki itkisini onun həcmi kimi qəbul edirlər. Sıxlıq aşağıdakı düsturla hesablanır.