Baki – 2020 Mövzu Yumurta


Çini qabların keyfiyyətinə qoyulan tələblər və nöqsanları



Yüklə 0,9 Mb.
səhifə191/307
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57268
növüMühazirə
1   ...   187   188   189   190   191   192   193   194   ...   307
2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2

2. Çini qabların keyfiyyətinə qoyulan tələblər və nöqsanları

Çini qablar RTŞ-lərinə əsasən sortlaşdırılır. Təsərrüfat çini qablar ağ, şəffaf, rəngsiz şirə ilə örtülmüş, nazik, yaxşı işıq keçirən olmalıdır.

Məmulatda şirə hamar, axıntısız, parlaq və termiki cəhətdən davamlı, naxışı aydın və bədii olmalıdır.

Nazik divarlı xüsusi təsərrüfat məmulatları (çay sevizi) yüksək işıq keçirməyə malik olmalıdır.

Çini qablar işlətməyə yararlı və davamlı vazaların, yağ qapaqlarının qapağı və başqa məmulatlar bəzəyinə görə əsas məmulata uyğun olmalıdır.

Çaynikin qapağı onun gövdəsini 70º əydikdə düşməməlidir.

Yastı qabların ayağı və içi boş məmulatların kənarı yaxşı emal olmalı, cilalanmalı və pardaqlanmalıdır. Çini qablar əsasən üç sorta, I, II və III sortlara ayrılır. Çini məmulatlar bu və ya digər sorta, gözlə görünən nöqsanlarına əsasən daxil edilir. Burada nöqsanın növü, ölçüsü, harada yerləşməsi, məmulatın özünün (iri, xırda olması) ölçüsü nəzərə alınır.

Çini qabların nöqsanları. Çini qabların nöqsanları 3 qrupa ayırmaq olar:

1. Qabın davamlılığına təsir edən nöqsanlar.

2. Məmulatın sanitar-gigiyenik xassələrinə təsir edən nöqsanlar.

3. Məmulatın xarici görünüşünə təsir edən nöqsanlar.

I qrup nöqsanlara deformasiya, aşağı termiki və mexaniki davamlılıq, şirənin pis yayılması, az ağlığı və zəif işıq keçirtmə daxildir.



Deformasiya. Deformasiya məmulatın formasının pozulması deməkdir. Bu nöqsan çini kütləsinin bir qaydada qarışdırılmaması, yaxşı qurudulmaması və ya düzgün bişirilməməsi nəticəsində əmələ gəlir. Yastı məmulatda deformasiya nöqsanı onun əyilməsindən, içi oyuq məmulatda isə diametrinin müxtəlif ölçülər təşkil etməsindən ibarətdir. Deformasiya məmulatın böyüklüyündən asılıdır. Iri məmulatlarda çox, xırda da isə az deformasiyaya verilir.


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin