Estetik tələblər. Çini-kaşı məmulatları gözəl xarici görünüşü, davamlı forma və naxışlanmasına görə müasir tələblərə uyğun olması, formasının səmərəliliy, informativliyi və istehsalının mükəmmməl yerinə yetirilməsi ilə xarakterizə olunur. Kompozisiyanın tam olması məmulatın elementlərinin forma ilə vəhdət təşkil etməsindən və evin başqa predmetlərinə uyğun gəlməsindən ibarətdir.
Məmulatın forması səmərəli olduqda daha davamlı və uzun müddət işlədilən olur. Keramika məmulatlarının forması səmərəli olmadıqda az yararlılığa malik olur.
Çini-kaşıdan oan bədii-dekorativ təyinatlı məmulatların keyfiyyətin qiymətləndirilməsində estetik xassələrin göstəriciləri xüsusi əhəmiyyətə malikdir.
Ehtibarlılıq. Məişət-kaşı məmulatlarına verilən tələblərdən ən lazımlısı onların uzun müddət istifadəsi və mühafizəsidir. Məmulatın uzun müddət istifadə edilməsi fiziki və mənəvi köhnəlmədən, çininin quruluş və konstruksiyasından, belə ki,estetik xassələrinin pisləşməsindən aslıdır. Məmulatın mühafizəsi dedikdə hər şeydən əvvəl istehsal edildikdən sonra onun estetik xassələrinin əvvəlki kimi saxlanılması kimi başa düşülür.
Onun, həmçinin məmulatların daşınması və saxlanmasında böyük əhəmiyyəti var.
Dostları ilə paylaş: |