Fizioloji və psixofizioloji tələblər məmulatın insanın güc imkanına, ərzağı sərf etmə bacarığının psixologiyası ilə xarakterizə olunur.
İkinci qrupa çini-kaşı məmulatlarının isti, səs, bioloji xassələrini və gigyenikiliyini xarakterizə edən göstəricilər aiddir. Çini-kaşı məmulatlarının gigiyenik tələbləri onların qızması, suudması, çirklənmə və çirkdən təmizənmə qabiliyyəti, keramika boyaq və şirələrinin zərərsiz olma qabiliyyəti ilə xarakterizə olunur.
Çini məmulatlarının qızma səviyyəsini təyin edərkən hər şeydən əvvəl çaynik və qəhvədanın qulpunun qızmasına fikir verirlər. Məmulatın çirklənmə və çirkdən təmizlənmə səviyyəsi şirənin adsorbsiya xüsusiyyətindən, səthinin xarakterindən, müxtəlif əlavə detalların və yapışdırma naxışların çoxluğundan, şirə ilə örtülməyən səthin sahəsindən asılıdır.
Dostları ilə paylaş: |