Baki – 2020 Mövzu Yumurta


Çini-kaşı məmulatlarının keyfiyyət göstəriciləri və ekspertizası metodları



Yüklə 0,9 Mb.
səhifə197/307
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57268
növüMühazirə
1   ...   193   194   195   196   197   198   199   200   ...   307
2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2

3. Çini-kaşı məmulatlarının keyfiyyət göstəriciləri və ekspertizası metodları

Çini-kaşı məmulatlarının keyfiyyət göstəriciləri onların xassələrinə görə təyin edilir. Həmin xassələri texnoloji proseslərin köməyilə lazımi istiqamətlərdə dəyişdirmək olar. Lakin hazır məmulatların xassələrini dəyişdirmək mümkün olmur. Həmin göstəricilər məmulatın keyfiyyətinə və onun öz təyinatına istismar şərtinə nə dərəcədə uyğun gəldiyini müəyyən etməyə imkan verir. Sənaye müəssisələrində məmulatlar tam keyfiyyətcə formaya salındıqdan sonra texniki nəzarət şöbələri tərəfindən keyfiyyətcə qiymətləndirilir, müvafiq qaydada sortlarına ayrılır.

Bildiyimiz kimi malların keyfiyyəti onların yararlılığını təyin edən xassələrin məcmusu ilə ölçülür. Bu xassə göstəricilərinin təyin etməsi üçün isə orqanoleptik, ekspert, sosioloji, alət, hesablama və təcrübə istismar üsullarından istifadə edilir.

Orqanoleptik üsulla xassə göstəricilərinin təyin edilməsində nəticələr ballarla ifadə olunur. Orqanoleptik üsul əsas etibarı ilə bu və ya digər xassə göstəricilərinin təyin edilməsində alət üsulunun olmaması və ya zəif inkişaf etdiyi hallarda geniş tətbiq edilir.

Əmtəələrin xassə göstəricilərinin ekspert üsulu ilə təyini bir adamın deyil, bir qrup ixtisaslı ekspertin fikrinə əsasən aparılır. Ekspert komissiyasının tərkibinə maddi marağı olan şəxslər daxil edilməməlidir. Qrup tərkibi 7 nəfərdən az omamalıdır. Ümumiyyətlə ekspert komissiyasının işinin nəticəsi onun təşkil olunması səviyyəsindən asılıdır. Ekspert metodu ilə məmulatların xassə göstəriciləri balla qiymətləndirilir. Bu zaman keyfiyyət səviyyəsinin qiymətləndirilməsinin dörd bal sistemindən istifadə olunur “əla”, “yaxşı”, “kafi”, “pis”. Belə qiymətləndirmə 5, 4, 3, 0 ballara uyğun gəlir. “Əla”- qiyməti məmulatın keyfiyyətinə verilən tələbə çox uyğun gələndə, “yaxşı” az və ya çox dərəcədə uyğun gəldikdə, “kafi” lazımi dərəcədə uyğun gəlmədikdə və “pis” qiyməti keyfiyyət göstəricilərinin lazımi tələblərə cavab vermədiyi halda qoyulur.

Çini-kaşı məmulatlarının, keyfiyyət səviyyəsinin qiymətləndirilməsində istehlakçıların fikirlərinin toplanması və təhlilinə əsaslanan sosioloji metod da tətbiq edilir. İstehlakçı fikirlərinin yığılması üçün anket sorğusu, konfranslar, sərgi satışlar, müşavirələr keçirilir. Bu metodla alınan nəticənin dəqiqliyi və inandırıcılığı sorğunun düzgün aparılmasının təşkilindən, böyük istehlakçı kütləsinin cəlb edilməsindən, anket məlumatlarının yığılması və işlənilməsində riyazi metodların tətbiqindən asılıdır.

Əmtəəşünaslıq təhlillərində ən geniş yayılmış üsullardan biri də alət metodudur. Alət metodu bədii çini məmulatlarının xassə göstəricilərinin miqdarının təyinində texniki ölçü cihazlarının köməyinə əsaslanır. Bu metod obyektiv metod sayılaraq çini məmulatlarının istehsalında geniş tətbiq edilir. Bu metodun köməyi ilə çini-kaşı məmulatların çəkisi, diametri, tutumu, hündürlüyü, möhkəmliyi, gigiyenikliyi və s. kimi xassə göstəriciləri təyin edilir. Çini-kaşı məmulatların keyfiyyəti əsas etibarı ilə laboratoriya (alət) və orqanoleptik üsulu ilə təyin edilir. Alət metodu ilə, çini-kaşı məmulatlarının ağlığı, şirə qatının və bəzəyinin termiki və kimyəvi davamlılığı, sıxlığı və suudması təyin edilir. Orqanoleptik üsul ilə məmulatda olan nöqsanların miqdarı və məmulatın standart və texniki şərtləri tələblərinə uyğunluğu təyin edilir.

Bütün çini-kaşı məmulatlarında rast gələn nöqsanlar aşağıdakı kimi qruplaşdırılır:

1. Saxsı və şirə nöqsanları;

2. Naxışlanma zamanı əmələ gələn nöqsanlar.

Saxsı və şirə nöqsanlarına deformasiya, xal, çodalanma, ərimiş yer, zibil, şirənin axması, keçəl yer, sızanaq, oyuq (çökək yer), çat, lülək və qulpunun pozulması daxildir.


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   193   194   195   196   197   198   199   200   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin