Deşik. Deşik məmulatı gövdəsində rast gəlir, iki tərəfli və bəzən isə üstü nazik şirə qatı ilə örtülmüş olur.
Sızanaq və qovuq. Bu nöqsanlar məmulatın üzərində əmələ gələn şişkinliklərdən ibarət olur və bu məmulatın gövdəsinə bişən zaman qaza oxşar maddələrin düşməsindən irəli gəlir. Sızanaq qovuqdan bir qədər iri olur. Bu nöqsanlar heç bir sortda olmamalıdır.
Basmanın büzülməsi. Basma naxış olan plenkanın cırılmasından əmələ gəlir. Bu temperaturun sürətlə qalxması və ya basmanın məmulata köçürüldükdən sonra pis yuyulması nəticəsində olur. Bədii görünüşü pozmadan büzülmə buraxılır. Əla sortda 2, I sortda 3, II və III sortlarda 4 nöqsana yol verilir. Heç bir sortda şirənin cadarlanması, burun və dəstəyin deşik olması, boyağın bişməməsi, deformasiyanın kəskin bilinməsi, şirəsiz iz nöqsanları olmamalıdır. Belə nöqsanlı məmulatlar çıxdaş edilir.